çərşənbə axşamı günü, 10 noyabr 2026
     

MİDA və DTX güzəştli mənzil seçiminə əl uzatmış cinayətkar dəstənin kökünü qazdı...

Image


İyulun 8-də Dövlət Təhlükəsizliyi Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) birgə brifinqi keçirildi. DTX əməkdaşı Günel Hüseynova, MİDA-nın Beynəlxalq əlaqələr və strateji planlaşdırma şöbəsinin müdiri Fərman Qurbanlı və RİAK Elmi İstehsalat Şirkətinin rəhbəri Rüfət Quliyevin iştirakı ilə keçirilən  brifinqdə səslənən fikirlərə keçməzdən əvvəl müəyyən fikirlərimizi qeyd etmək istəyirik.

MİDA-da baş tutan brifinqdə bildirildi ki, “Güzəştli mənzil” sistemi vasitəsilə 30.03.2022-ci il tarixdə keçirilmiş mənzil seçimi mərhələsinin nəticələri ləğv edilib. Bilirsiz ki, MİDA-nın sözügedən tarixdə keçirdiyi güzəştli mənzillərin seçim prosesində ciddi nöqsanlar baş verdi və bu da cəmiyyətdə kifayət qədər ciddi rezonans yaratdı. “Güzəştli mənzil” sistemi vasitəsilə 30.03.2022-ci il tarixdə keçirilmiş mənzil seçimi mərhələsinin nəticələrinin ləğv edilməsi onu göstərir ki, hökumət də, MİDA özü də prosesin şəffaf olmasında maraqlıdır. Yəni bəzi iddiaçılar deyirdilər ki, guya mənzillərin o şəkildə satılması prosesini qurumun daxilindəki bəzi şəxslər özü təşkil edib və sair. Amma Dövlət Təhlükəsizliyi Xidməti  tərəfindən bu məsələnin ciddi araşdırılması, olayda əli olanların aşkarlanması, nəticələrin ləğv edilməsi və ən əsası da brifinqin keçirilməsi, bura jurnalistlərlə yanaşı QHT rəhbərlərinin və təmsilçilərinin dəvət edilməsi, bu brifinqdə DTX-nın özünün də nümayəndəsinin iştirakı göstərdi ki, hökumət və MİDA rəhbərliyi bu məsələdə şəfafflığın tərəfdarıdır. Amma nə edəsən ki, hər yerdə olduğu kimi bu sahədə də cinayətkarlar, saxtakarlar olub.  

Qeyd edək ki, brifinqdə jurnalistlərə əvvəlcə “Güzəştli mənzil” sistemi vasitəsilə 30.03.2022-ci il tarixdə keçirilmiş mənzil seçimi mərhələsinin nəticələrinin ləğv edilməsinə dair  Dövlət Təhlükəsizliyi Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatı təqdim edildi. Məlumatda qeyd edilir: “Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin 30.03.2022-ci il tarixdə mənzillərin güzəştli şəkildə satışının həyata keçirildiyi “Güzəştli mənzil” sistemi üzrə mənzillərin seçimi prosesinə kənar şəxslərin qanunsuz müdaxiləsi halları ilə bağlı Agentliyin Dövlət Təhlükəsizliyi Xidmətinə müraciəti əsasında aparılan araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - E.E.Məmmədov, R.A.Hacıyev, F.İ.Hüseynov, Y.İ.Lətifzadə, T.T.Abdullayev, C.F.Məmmədov və digərləri müəyyən edilərək saxlanılmışlar.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə E.E.Məmmədov, R.A.Hacıyev, F.İ.Hüseynov, Y.İ.Lətifzadə, T.T.Abdullayev, C.F.Məmmədov və digərləri Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə məsuliyyətə cəlb edilmişlər. Araşdırmalarla təsbit edilmişdir ki, həmin şəxslər qabaqcadan əlbir olub ayrı-ayrı qruplar halında maddi maraq zəminində onlara müraciət etmiş “Güzəştli mənzil” sistemi istifadəçilərinin güzəştli şərtlərlə mənzilə sahib olmalarını qeyri-qanuni yollarla reallaşdırmaq məqsədilə xüsusi kompüter proqram təminatları hazırlayıb və ya uyğunlaşdırıb tətbiqini həyata keçirməklə mənzil seçimi prosesinin sürətli keçidini təmin edərək qanunsuz müdaxilə etmiş və bununla da digər vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə maneçilik törətməklə əhəmiyyətli zərər vurmuşlar.

“Güzəştli mənzil” sistemi Agentliyin sərəncamında olan mənzillərin güzəştlə əldə olunması sahəsində ölkə vətəndaşlarına elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada göstərilməsini həyata keçirir ki, onun da əsas məqsədi mənzilləri güzəştlə almaq istəyən şəxslər üçün bərabər şərait yaratmaq, mənzillərin seçilməsi və alınması prosedurunu sadələşdirmək, vətəndaşların müraciətlərinə baxılması zamanı şəffaflığı və operativliyi təmin etməkdir. Yuxarıda qeyd edilən araşdırmalar nəticəsində müəyyən edilmiş halların “Güzəştli mənzil” sisteminin əsas iş prinsiplərinə zidd olması nəzərə alınaraq, 30.03.2022-ci il tarixində keçirilmiş mənzil seçiminin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Agentliyin sərəncamında olan mənzillərin güzəştlə satışının ədalətli, şəffaf və bərabər şəraitdə keçirilməsini təmin etmək məqsədilə Yasamal Yaşayış Kompleksinin 2-ci mərhələsində 442 mənzilin seçimi yenidən həyata keçiriləcəkdir. Mənzil seçimi prosesinin yenidən təşkil olunacağı tarix barədə ictimaiyyətə məlumat veriləcəkdir”.

MİDA-nın Beynəlxalq əlaqələr və strateji planlaşdırma şöbəsinin müdiri Fərman Qurbanlı media nümayəndələrini və QHT rəhbərlərini DTX və MİDA-nın birgə keçirdiyi “Güzəştli mənzil” sistemi vasitəsilə 30.03.2022-ci il tarixdə keçirilmiş mənzil seçiminin nəticələrinə dair brifinqdə salamladı. O qeyd etdi ki, həmin tarixdə Yasamal Yaşayış Kompleksinin 2-ci mərhələsində yerləşən 442 mənzilin seçim prosesi başa çatıb və bundan sonra güzəştli mənzil sisteminin istifadəçilərinin həyata keçirdikləri əməliyyatların təhlili zamanı müəyyən şübhəli halların olduğu aşkarlanıb. Bu barədə Agentlik tərəfindən DTX-ya müraciət edildiyini deyən aparat rəhbəri vurğuladı ki, bundan sonra DTX tərəfindən araşdırılma aparılıb və o araşdırmalar yekunlaşıb: “Araşdırmaların nəticələrinə əsasən müəyyən edilib ki, mənzil seçmə prosesinin sürətlə həyata keçirilməsi məqsədilə  edilmiş müdaxilələr nəticəsində güzəştli mənzil sisteminin əsas iş prinsiplərindən və əsas məsələlərindən biri olan mənzil əldə etmək istəyən şəxslər üçün bərabər şəraitin yaradılması prinsipi pozulub. Bu səbəbdən də 30 mart 2022-ci il tarixində keçirilmiş seçim prosesinin bütün nəyicələrinin ləğv edilməsi barədə qərar qəbul edilib. Bu gün biz sizə həm güzəştli mənzil sistemində mənzil seçimi barədə, həm də 30 mart 2022-ci il tarixində baş verən hadisə barədə məlumat verəcəyik”.

F. Qurbanlı jurnalistlərə güzəştli mənzillərin saeçim modulu barədə məlumat verdi və dedi ki, güzəştli mənzillərin seçimi barədə elan seçimdən ən azı 30 gün əvvəl verilir.

O bildirdi ki, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində seçim prosesində 442 mənzilin 60 %-i xüsusi kompüter proqram təminatlarından istifadə edilməklə əldə edilib.  O qeyd etdi ki, güzəştli mənzil sisteminin tətbiqinin əsas məqsədi mənzil almaq istəyənlərə şərait yaradılmasıdır: “Sistemə müdaxilə nəticəsində güzəştli mənzillər  qeyri-qanuni yolla satın alınıb. Bir sıra şəxslər əvvəlcədən əlbir olaraq qrup şəkildə onlara müraciət etmiş güzəştli mənzil sistemi istifadəçilərinə qeyri-qanuni olaraq mənzil əldə etmək üçün proqram sistemi yaradıblar”.

O, brifinqdə vurğuladı ki, güzəştli mənzil seçimi sisteminin təməl prinsiplərindən biri bərabər şəraitin təmin olunmasıdır. Aparat rəhbərinin sözlərinə görə, bu proqram təminatı bərabər şəraitin yaradılmasına ziddir. “Seçim prosesində mənzillərin 60 %-dən çoxunu seçiblər. Bərabər seçim pozulduğuna görə bütün seçki nəticələrinin ləğv olunması barədə qərar qəbul edilib”. 

Araşdırma prosesi ilə bağlı geniş məlumat verən DTX əməkdaşı Günel Hüseynova da seçim prosesində qanun pozuntusu olduğunu və bir neçə nəfərin məsuliyyətə cəlb edildiyini, 1 nəfərin isə beynəlxalq axtarışa verildiyini qeyd etdi.  “Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus 442 mənzilin güzəştli şərtlərlə seçim prosesi həyata keçirilərkən kənardan müxtəlif şəxslər tərəfindən informasiya texnologiyaları sahəsində xüsusi proqram təminatından istifadə etməklə, mənzil seçmə prosesində müdaxilə halları müşahidə edilib. Qeyd edilən halların araşdırılması ilə bağlı DTX-ya müraciət ünvanlanıb. Faktla bağlı qurumun İstintaq Baş İdarəsi 14 aprel 2022-ci ildə Cinayət Məcəlləsinin müvafiq qanunlarına uyğun olaraq cinayət işi başlayıb və icraata qəbul edilib. Başlanılmış cinayət işi üzrə aparılmış araşdırma zamanı MİDA-nın növbəti layihəsi olan 2-ci mərhələ üzrə mənzillərin güzəştli şərtlərlə seçim prosesi həyata keçirilərkən mənzil seçiminin sürətli keçmək şərti ilə müdaxilə edilməsi faktı təsdiqini tapıb. İstintaq Baş İdarəsi tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində qeyd edilən şəxslərin şəxsiyyəti müəyyən edilərək ifşa edilərək, onlar təqsirləndirilən şəxs qismində cəlb edilib və barələrində işin hallarından aslı olaraq müvafiq qəti imkan tədbirləri seçilib. Bir nəfər barəsində beynəlxalq axtarış elan edilib. Qeyd etmək istərdim ki, 14 apreldən bu günə qədər DTX-nin İstintaq Baş İdarəsi tərəfindən istintaq eksperimenti daxil olmaqla, çoxsaylı istintaq hərəkətləri həyata keçirilib. Gələcəkdə belə üsullara əl atmaq istəyən şəxslər və yaxud onlara yenidən müraciət edəcək şəxslər məsuliyyət daşıyacaqlar”.

Sonda jurnalistlərin sualları cavablandırıldı. “Bakı-Xəbər” qəzeti olaraq iki sual ünvanladıq.

“Belə iddialar var ki, mənzillərin bir hissəsi öncədən bron edilir və seçim günü həmin mənzilləri seçmək olmur. Bu iddiaların nə dərəcədə əsası var” sualını MİDA-nın aparat rəhbəri Fərman Qurbanlı cavablandırdı: “Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus güzəştli mənzillərin əvvəlcədən bronlaşdırılması barədə iddiaların əsası yoxdur. Bu tip iddialara sosial şəbəkələrdə rast gəlirik və onları cavablandırırıq. Bütün mənzillər seçim başlayan zaman aktiv olur. Sadəcə iş sürətli həyata keçirilir. Seçimin sürətli həyata keçirilməsi belə fikir formalaşdırır ki, mənzil yoxdur. Son mənzil seçimi prosesində kifayət qədər araşdırmalar aparılıb. Həmin araşdırmalar zamanı seçim başlayan vaxt bütün mənzillərin seçim üçün aktiv olması öz əksini tapıb" - deyə qeyd edən aparat rəhbəri "növbəti seçim nə zaman olacaq və saxtakarlıqda əli olan vətəndaşlara yenidən iştirak şansı veriləcəkmi" sualımıza belə cavab verdi : “Tezliklə. Yaxın vaxtlarda olacaq. Qeyd etdiyimiz kimi, sistemdə təkmilləşdirilmə işləri aparılır, dəyişikliklər olacaq. Tezliklə növbəti seçimlə bağlı elan qaydalara uyğun olaraq 30 gün əvvəlcədən veriləcək”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ