Balaxanı qəsəbəsində yerləşən M.Ə.Sabir Adına Kütləvi Kitabxanada "Audiokitab" ın təşkilatçılığı ilə kitabxananın oxucuları arasında "Bilik yarışması" keçirilib. Yarışa gənclər və yeniyetmələrdən ibarət 4 komanda qatılıb. Qalib komandaya ölkədaxili tur hədiyyə edilib. Tədbirin keçirilməyində məqsəd gənclərin kitabxanalara cəlb olunmasına və onların kitaba olan maraqlarının artırılmasına və intelektual bacarıqlarının formalaşmasına töhfə verməkdir.
Ülviyyə GÜLBABAQIZI