Ermənistanın Azərbaycanın mədəni irsinə qarşı törətdiyi vandalizm aktları ilə bağlı sayt yaradıldı

img

Ermənistanın işğalından azad olunan Azərbaycan ərazilərində yerləşən tarix-mədəniyyət abidələrinin real vəziyyətini dünyaya çatdırmaq üçün yeni portal yaradılıb.

"Report"un məlumatına görə, heritage.gov.az saytını Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti hazırlayıb.

Saytın yaradılmasında məqsəd işğal dövründə mədəni irs nümunələrimizə qarşı Ermənistan tərəfindən həyata keçirilən vandalizm, özününkiləşdirmə və dağıntı faktlarını açıq internet resurslarında yerləşdirməklə törədilən qanunsuz əməllər barədə geniş ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir.

İyulun 7-də saytın təqdimat mərasimi keçiriləcək.

Peşə etikası

Son xəbərlər