Nüfuzlu xarici universitetlərdən təklif alan BMU tələbəsi ABŞ-da birbaşa doktorantura pilləsində oxuyacaq

img

Bakı Mühəndislik Universitetinin (BMU) Kimya mühəndisliyi ixtisasinin sonuncu kurs tələbəsi Lamiə Hidayətovaya Almaniyanın FH Münster Universitetinin magistratura, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Oklahoma Universitetinin isə birbaşa doktorantura pilləsinə qəbul təklifi gəlib.

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin xəbərinə görə, iki xarici ölkənin ali təhsil müəssisəsi arasında seçimini edən L.Hidayətova təhsilini Oklahoma Universitetində Kimya və biokimya (Chemistry and Biochemistry) ixtisası üzrə doktorantura pilləsində davam etdirəcək. Onun bu universitetdən qazandığı təqaüdün məbləği 40 min ABŞ dolları təşkil edir.

Bununla yanaşı, L.Hidayətova həmin universitetdə ilk il müəllim köməkçisi (teaching assistant), növbəti illərdə isə elmi işçi (research assistant) vəzifələrində çalışacaq.

Peşə etikası

Son xəbərlər