"Xəzərin səviyyəsinin azalması davam edərsə, SOCAR texniki xidmət məsələsində risklərlə üzləşəcək" - Xaliq Məmmədov

img

Xəzərdə suyun səviyyəsi dəniz faunasının vəziyyətinə ciddi təsir edir. Trend-in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Xaliq Məmmədov Xəzər dənizinə həsr olunan beynəlxalq konfrans zamanı deyib.

Onun sözlərinə görə, gəmilərin daxil ola bilmədiyi dayaz sularda tədqiqat aparmaq asan deyil.

"Xəzərin səviyyəsi sürətlə azalır və əgər bu tendensiya davam edərsə, SOCAR öz avadanlıqlarının texniki xidməti məsələsində risklərlə üzləşəcək", - deyə o bildirib.

Vitse-prezident qeyd edib ki, SOCAR-ın atmosferə zərərli tullantıların azaldılması, dekarbonizasiya üzrə strategiyaları var.

"Biz bu istiqamətdə ilk addımı atan birinci iri şirkət olduq və bu sahədə layihələri reallaşdırmaqda davam edəcəyik", - X.Məmmədov deyib.

Peşə etikası

Son xəbərlər