Müdafiə Nazirliyi ona qarşı borc iddiası ilə bağlı məlumatları qəti təkzib etdi

img

Bəzi kütləvi informasiya vasitələrində Türkiyənin Öztek Tekstil Terbiye A.Ş. şirkəti tərəfindən İstanbul məhkəməsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı guya borc iddiası qaldırılması ilə bağlı yalan məlumatlar yayılıb.

Nazirlikdən bildirilib ki, Müdafiə Nazirliyi adıçəkilən şirkətlə hər hansı alqı-satqı müqaviləsi bağlamayıb.

"Nazirliyə qarşı guya məhkəmə iddiası qaldırılması ilə bağlı milliyyəti bəlli olmayan şəxslər tərəfindən yayılan məlumatın isə heç bir real əsası yoxdur, yalandır və dezinformasiya xarakteri daşıyır. Bu kimi yalan məlumatlarla Müdafiə Nazirliyinin fəaliyyətinə kölgə salınmağa çalışılır", - məlumatda deyilir.

Peşə etikası

Son xəbərlər