Faiq Ələkbərli Türkiyədə beynəlxalq konqresdə iştirak edib

img

30 iyun-2 iyul 2022 il tarixlərində Türkiyənin Kayseri bölgəsinin Ərciyəz dağı ətəklərində yerləşən Dəvəli qəsəbəsində III Beynəlxalq Dəvəli- Aşıq Seyrani və Türk Kültürü Konqresi keçirilib. Dəvəli Bələdiyyəsinin təşkilatçılığı ilə III Uluslararası Dəvəli-Aşık Seyrani vəTürk Kültürü Konqresi Mustafa Aksu Kültür Mərkəzində və Dəvəli liseyində baş tutub. Gostivar Uluslararası Vizyon Üniversiteti, Kıbrıs Batı Üniversiteti, Azərbaycan Milli Elmlər Akademiyası və Kayseri Olgunlaşma İnstitutunun ortaqlıq etdiyi konqredə müxtəlif ölkələlərdən (Azərbaycan, Əfqanıstan, Şimali Makedoniya, İraq və b.)100 dən çox alimləri, tədqiqatçıları iştirak edib.

Konqreyə dəvət alan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Əhməd Cavadın şeirlərində Türk birliyi ya da Turan ülküsü” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, Əhməd Cavadın şeirlərindəki türkçülük, turançılıq düşüncələri üç dövrü (1-ci dünya müharibəsinə qədərki və müharibə dövrü, Azərbaycan Cümhuriyyəti dövrü, Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı dövrü) əhatə etmişdir. Ələkbərliyə görə, Cavad bütün dövrlərdə türkçülük və turançılığa sadiq qalaraq, bu ideyaları azərbaycançılıqla uzlaşdırıb.

İradə SARIYEVA

Peşə etikası

Son xəbərlər