Məleykə Abbaszadə riyaziyyatı imtahan fənlərinə ümidlə salmışdı, nəticələrdən özü də məyusdur...

Nizami Hüseynov: “Riyaziyyat fənninin göstəriciləri o qədər də ürəkaçan deyil”

img

Abituriyentlərin riyaziyyat fənni üzrə hazırlıq səviyyələrinin qənaətbəxş olmamasının səbəbləri açıqlanıb. Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə media nümayəndələrinə açıqlamasında qeyd edib ki, həmin fənn üzrə aşağı nəticə göstərilməsi necə var idisə, yenə də eyni vəziyyət qalıb.

Maraqlıdır, riyaziyyat fənni üzrə nəticələr niyə aşağıdır? Pedaqoqlar qeyd edilən fənni zəif tədris edir, yoxsa başqa səbəblər var?

  • “İmtahan nəticələrinin aşağı olması məktəblərdə tədrisin keyfiyyətinin aşağı olmasından xəbər verir”

Təhsil eksperti Nizami Hüseynov qeyd etdi ki, riyaziyyat fənninin göstəriciləri o qədər də ürəkaçan deyil. Bu zəiflik ona görədir ki, riyaziyyat fənninin məsafədən öyrədilməsi mümkünsüzdür: “Məlumdur ki, pandemiya ilə bağlı olaraq son illər dərslər onlayn şəkildə keçirildi.

Riyaziyyatda nəticələr göstərir ki, suallar bu fənn üzrə asanlaşdırılmalıdır. Riyaziyyat elə bir fəndir ki, onu əyani şəkildə başa salmaq lazımdır. Bu da abituryentlərin nəticəsinə təsir edib. İmtahan nəticələri yoxlanılarkən pandemiya nəzərə alınmır. Halbuki, bölgələrdə şagirdlərin çoxunda internetə əlçatanlığın olmaması onları dərs prosesindən kənarda qoyub. Bu isə, xüsusilə dəqiq fənlərin, riyaziyyat fənninin tədrisində çətinlik yaradıb”.

Həmsöhbətimiz onu da əlaə etdi ki, imtahan nəticələrinin aşağı olması məktəblərdə tədrisin keyfiyyətinin aşağı olduğundan da xəbər verir. Onun sözlərinə görə, imtahan nəticələri göstərir ki, məktəblər öz funksiyasını yerinə yetirə bilmir: "Tədrisin keyfiyyətinin aşağı olması imtahan nəticələrinə təsir edir. Ümumiyyətlə, son illər şagirdlər daha çox Azərbaycan dili və xarici dil fənlərindən yüksək nəticə göstəriblər”.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər