Bakıda klinikaya müayinəyə gələn qadın özünü binadan atdı

img

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında intihar baş verib. Trend xəbər verir ki, klinikaya müayinəyə gəlmiş Aysel Xəlilova özünü klinikanın 10-cu mərtəbəsindən atıb.

Klinikanın 4-cü mərtəbəsinin eyvanına çırpılan A.Xəlilova vəfat edib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Tibb Universitetindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, baş vermiş hadisə ilə bağlı hüquq mühafizə orqnları araşdırma aparır.

Araşdırmalar başa çatdıqdan sonra istintaq orqanı hadisəyə hüquqi qiymət verəcək.

Peşə etikası

Son xəbərlər