Sumqayıtda zorakılıqla üzləşən qadın 4 uşağı ilə birgə Sosial Xidmətlər Agentliyinin müəssisəsinə yerləşdirildi

img

Əri tərəfindən döyüldüyü iddia edilən və 4 azyaşlı uşağı ilə Sumqayıtda parkda qalması ilə bağlı görüntüləri yayılan qadın barəsində məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfində məsələ nəzarətə götülüb.

Nazirlikdən bildirilib ki, artıq onlar Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib.

"Dəstəyə görə Daxili İşlər Nazirliyinin əməkdaşlarına və prosesdə iştirak edən hər kəsə minnətdarlığımızı bildiririk!", - deyə Nazirlikdən bildirilib.

Peşə etikası

Son xəbərlər