Dayanacaqlarda işləməyən intellektual aparatlarla bağlı göyə sovrulmuş milyonların hesabını kim verəcək?..

Elxan Əliyev: “Bu sahəyə milyonlarla pul ayrıldı, nəticə isə göz qabağındadır”

img

Bir neçə il əvvəl sərnişinlərin avtobusların neçə dəqiqədən sonra gələcəyini izləməsi üçün dayanacaqlara monitorlar quraşdırılıb. Ancaq təəssüf ki, hazırda həmin monitorlar sadəcə əşya rolunu oynayır. Belə ki, bir çox dayanacaqda monitorlar işləmir. Əlavə olaraq, bəzi dayanacaqlar elə yerdə quraşdırılıb ki, həm digər maşınların hərəkət intensivliyinə maneə olur, həm də insanlar üçün əlverişli deyil.

Qeyd edək ki, xarici ölkələrdə monitorlar, harada quraşdırılmasından asılı olmayaraq, daim işlək vəziyyətdədir. Yəni avtobuslararası intervalı müəyyən edən sistem sərnişlərin daim ixtiyarındadır. Türkiyədə bu informasiya terminalları, bizdən sonra tətbiq olunmasına baxmayaraq, işlək vəziyyətdədir. Ancaq bizdə vəziyyət acınacaqlıdır. Dayanacaqlarda aparatların quraşdırılmasına çoxlu sayda vəsait sərf olunur, ancaq qısa müddət sonra həmin terminallar işləmədiyi üçün toz basmış vəziyyətdə olur.

  • “Nəqliyyatın yaxınlaşdığını göstərən monitorlar uzun illərdir quraşdırılsa da, artıq çalışmamaqdan toz basmış vəziyyətdədir”

Sosial sahə üzrə ekspert Elxan Əliyev qeyd etdi ki, monitor və ödəmə terminallarının işləməməsi ölkənin ictimai nəqliyyat sektoru barəsində çox mənfi rəy formalaşdırır: “Nəqliyyatın yaxınlaşdığını göstərən monitorlar uzun illərdir quraşdırılsa da, artıq çalışmamaqdan toz basmış vəziyyətdədir. Bu aparatlar qısa müddət işlədi. Sonra onların işlək olmaması, düzgün məlumat verməməsi ilə bağlı məlumatlar yayıldı. Hər səfərində “düzələcək” və ya “xaricdən yeniləri alınacaq” kimi cavabların şahidi olduq. Ancaq bu sahəyə milyonlarla pul ayrıldı, nəticə isə göz qabağındadır”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, avtobus dayanacaqları elə yerdə quraşdırılmalıdır ki, həm hərəkətin intensivliyinə mene olmasın, həm də sərnişinlərə əlçatan olsun. Təəssüf ki, Bakı şəhərində uzun illər bu sahədə özbaşınalıq olub, ictimai nəqliyyatın işi ilə bağlı böyük problemlər olub. Nəinki dayanacaq, heç avtobuslar belə normal qaydada işləməyib.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər