Xaricdə təhsil Dövlət proqramı üzrə tələbə seçimində ayrıseçkilik iddiaları var - əvvəl xaricdə oxuyubsa...

Fuad Hacıyev: “Bəzi məsələlərə görə xaricdə təhsil almaq istəyən şəxslər Dövlət proqramından kənarda qalır”

img

İyunun 28-dən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil üzrə müsahibələrin keçirilməsinə start verilir. Bu barədə Təhsil Nazirliyindən bildirilib. Qeyd olunub ki, müsahibə mərhələsi Təhsil Nazirliyi, Dövlət Neft Fondunun nümayəndələri və müvafiq sahə üzrə ekspertin iştirakı ilə həyata keçirilir. Müsahibənin nəticəsinə uyğun olaraq, namizədlər haqqında yekun qərar verilir.

Məlumat üçün qeyd edək ki, dövlət Proqramının hədəf göstəricisi 2022–2026-cı illərdə, hər il 400 nəfərədək olmaqla, ümumilikdə isə 2000 nəfərədək Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.

Qeyd etdiyimiz kimi, dövlət proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə müraciət edən namizədlərin müsahibə mərhələsinə start verilib. Ancaq müsahibə  mərhələsində ayrıseçkiliyə yol verilməsi ilə bağlı məlumatlar yayılır. Qeyd edilir ki,  əvvəllər xaricdə təhsil alan şəxsə daha çox üstünlük verilir. Bu da təhsilini ölkəmizdə alanlara qarşı ayrıseçkilik yaradır, onların narazılığına səbəb olur.

  • “Xaricdəki universitetlərə qəbul olmaq istəyənlər əvvəllər xaricdə təhsil alıbsa, onlara üstünlük verilir”

Xaricdə təhsil üzrə ekspert Fuad Hacıyev bildirdi ki, bəzi məsələlərə görə xaricdə təhsil almaq istəyən şəxslər dövlət proqramından kənarda qalır: “Xaricdəki universitetlərə qəbul olmaq istəyənlər əvvəllər xaricdə təhsil alıbsa, onlara üstünlük verilir. Ancaq ölkəmizdə təhsil alanlara ögey yanaşılır. Bakalavr təhsilini xaricdə almaq imkanı yoxdursa, bu, şəxsin günahı deyil. Həmin məsələyə görə Dövlət proqramından kənarda qalmaq düzgün addım deyil”.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər