“Bakcell” abunəçiləri üçün onlayn qaydada “eSIM” almaq imkanı

img

Bakcell abunəçiləri “eSIM” əldə etmək üçün artıq onlayn qaydada müraciət edə biləcəklər. Bir müddət əvvəl Azərbaycanda ilk dəfə olaraq eSIM texnologiyasını tətbiq edən “Bakcell” bununla bağlı daha bir yenilik edib.

Mobil nömrəsi hazırda aktiv olan abunəçi esim.bakcell.com səhifəsinə daxil olub istifadəsindəki  mövcud “Bakcell” nömrəsini, əldə etmək istədiyi yeni mobil nömrəni (eSIM), ad və soyadını, şəxsiyyət vəsiqəsinin nömrəsini və müvafiq FİN kodunu qeyd etməlidir. Bu zaman ekranda əks olunan xüsusi QR kodu skan etməklə yeni “eSIM” virtual nömrəni əldə etmək mümkündür.

Smartfonun “eSIM” texnologiyasını dəstəkləməsini yoxlamaq və xidmət barədə daha ətraflı məlumat almaq üçün esim.bakcell.com səhifəsinə keçmək lazımdır.

Azərbaycanda ilk dəfə olaraq “Bakcell” tərəfindən istifadəyə verilmiş “eSIM” sayəsində plastik SIM karta ehtiyac qalmır. Yeni nəsil SIM texnologiyası olan “eSIM” “Bakcell” abunəçilərinə mobil şəbəkəyə qoşulmaq və rabitə xidmətlərindən istifadəni xeyli sadələşdirən yeni imkanlar yaradır. “eSIM” vasitəsilə tək SIM kartlı smartfonlarda bir neçə nömrədən istifadə etmək mümkündür.

Peşə etikası

Son xəbərlər