çərşənbə axşamı günü, 10 noyabr 2026
     

AMEA aspirantları üçün illər öncə tikilmiş mənzillərin bölgüsü yenidən aparıla bilər?

Image


AMEA-nın Aspirantlar Yataqxanasında yaşayan əməkdaşlarının mənzil təminatı məsələsinin həlli üçün xüsusi komissiya yaradılacaq. Bunu AMEA-nın Rəyasət Heyətinin açıq iclasında qurumun prezident əvəzi  akademik Arif Həşimov təklif edib.

A.Həşimovun təklifi müxtəlif fikirlərə yol açıb. Belə ki, Qurumun  bəzi alimlərinin iddialarına görə, bir neçə il əvvəl AMEA-nın Aspirantlar Yataqxanasında yaşayan əməkdaşları üçün bina tikilib, sadəcə o binadakı mənzillər AMEA rəhbərliyində təmsil olunanların özləri və yaxınları arasında bölüşdürülüb.

Yaradılacaq komissiya alimlərin haqqı olan mənzillərin geri qaytarılmasında nə kimi rol oynaya bilər? Yataqxanada yaşayanlar illərdir ki, pozulmuş hüquqlarının bərpasını gözləyir, bu baxımdan, AMEA aspirantları üçün illər öncə tikilmiş mənzillərin bölgüsü yenidən aparıla bilər?

  • “Səmimi deyim ki, AMEA-nın indiki Rəyasət Heyətinin tərkibinin bu məsələdə doğru qərar verəcəyinə inanmıram”

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər” qəzetinə bildirdi ki, AMEA-nın Aspirantlar Yataqxasında yaşayan alimlərin mənzil təminatı ilə bağlı xüsusi komissiyanın yaradılması məsələsi gündəmdədir: “Akademiyanın Rəyasət Heyətində bu məsələ müzakirə olunub. Mənim akademiya ilə bu və digər şəkildə bağlılığım yoxdur. Çox təəssüflər olsun ki, sözügedən iclasa məni dəvət etməyiblər. Amma bütün hallarda bu işdə zəhməti, əməyi olan, rol oynayan şəxs kimi hesab edirəm ki, məni həmin iclasa dəvət etsəydilər mən orada həm reallıqlarla bağlı fikirlərimi bildirəcəkdim, həm də indiyə qədər baş verən qüsurlar, qanunsuzluqlar barədə danışıb konkret faktları ortaya qoyacaqdım. Fikrimcə, mənim o iclasda iştirakım akademiyanın xeyrinə olan bir məsələ olardı. Onlar qərar qəbul edərkən ora ən azı ictimai müzakirənin nəticəsi olan məqamları daxil edərdilər. Təəssüflər olsun ki, mən orada iştirak etməmişəm. Bu kimi məsələlərdə AMEA ictimai müzakirələrə açıq olmalıdır və qərarlarında eyni zamanda ictimai müzakirələrdən doğan məqamlar əks olunmalıdır. Aspirantlar Yataqxanası ətrafında o qədər biabırçılıqlar, xoşagəlməzliklər, qüsurlar, qanunsuzluqlar, hətta cinayət faktları baş verib ki, onları araşdırmadan yenidən bir komissiya yaradıb bu yataqxana ilə bağlı qərar vermək yanlışlıqdır. Mənim Arif Həşimova çox böyük hörmətim var, onunla bir yerdə işləmişik, AMEA-nın ikinci şəxsi olub, onu peşəkar, ədalətli bir insan kimi tanıyıram. Amma təəssüf ki, onun ətrafında zamanında yataqxana məsələsi, yataqxana sakinlərinə tikilən binanın taleyi ilə bağlı yanlış qərarlarda əli olan, o yataqxananın ərazisində tikilən binaların mənzillərini “paylamaqda” “əməyi” olmuş insanlar var. İnanmıram ki, onlarla Arif Həşimov kimi təmiz bir insan hansısa uğurlar əldə edə bilsin. Ən azından düşünürəm ki, Azərbaycan elmi gəncliyini özündə birləşdirən ictimai birliyin rəhbəri olaraq komissiyanın işinin düzgün qurulmasına faydamı verə bilərdim. Qayıdıram yataqxana məsələsinə. Biz dəfələrlə sizinlə söhbətimizdə bu məsələ ilə bağlı mövqeyimi bildirmişəm. Yataqxana ərazisində bina tikilməsi təşəbbüsünü ilk dəfə olaraq 2007-ci ildə akademiyada mən irəli sürmüşəm. 2007-ci il cənab Prezident tərəfindən “Gənclər İli” elan ediləndə məhz həmin ərazidə gənc alimlər üçün yaşayış binası tikilməsi təşəbbüsü ilə çıxış etdim. Akademiyanın o zamankı rəhbəri çox unikal insan, gözəl elm təşkilatçısı Mahmud Kərimovla o vaxtkı Gənclər və idman naziri Azad Rəhimovla bərabər, üçümüzün imzası ilə cənab Prezidentə xidməti məktub hazırlayıb göndərmişik. O məktubu zamanında mən hazırlamışam. O məktubda xahiş etmişik ki, yataqxana ərazisində gənc alimlər üçün bina tikilsin. Həmçinin akademiyanın yataqxanasında yaşayan, bu qurumun əməkdaşları olan insanlar orada mənzillə təmin olunsunlar. Bu işi biz başladıq. Bu çox gözəl, humanist bir aksiya idi. Bu işdə nə qədər əziyyət çəkdiyimin bu gün də fərqindəyəm. Böyük əzab-əziyyətlə akademiyada evə ehtiyacı olanları müəyyənləşdirdim. Bu çox çətin prosesdir. Lakin 2013-cü ildə  akademiyaya prezident seçilən təzadfi bir insanın səyi nəticəsində həmin o obyektiv siyahı gizlədildi.  Bundan sonra biabırçılıqlar başladı. Aspirantlar Yataqxanasının sakinləri üçün tikilən binadakı mənzillər haqqı olanlara çatmadı, müdriklik yaşında olan akademiyanın o vaxtkı rəhbəri  həmin binadan 4 mənzil qamarladı. Akademiyanın vitse-prezidenti olan insanların da bu işdə nöqsanları, qüsurları var. Onlar eyni zamanda bu işə səs verib, bu qərara şərik olublar. Orada akademiyanın işlər müdiri olmuş təsadüfi bir şəxsin hətta öz sevgilisinə belə oradan mənzil verməsi biabırçılıqdır. O insanlara dövlət vəzifə, məqam etibar etdi, onlar da bundan görün necə sui-istifadə edirlər. O zaman mətbuatda faktlar dərc olundu, o mənzillərin orderlərinə, müqavilələrinə qədər mətbuatda getdi. Akademiyanın o vaxtkı prezidenti Akif Əlizadə AMEA tarixində çox böyük biabırçılığa yol verdi”.

İ.Orucovda olan məlumatlara görə, fon yaratmaq üçün o binada hansısa gənc alimlərə mənzil verilib, halbuki, elə deyil. İ.Orucov deyir ki, ev verilənlərin bəzilərinin Bakıda bir deyil, bir neçə evi var. “Hətta eşitmişəm ki, orada ev verilən gənc alimlərdən rüşvət də alınıb. Təbii ki, bunlar iddilardır, faktlar deyil... Səmimi deyim ki, AMEA-nın indiki Rəyasət Heyətinin tərkibinin bu məsələdə doğru qərar verəcəyinə inanmıram. Nəyə görə inanmıram? Çünki bu adamlar vaxtilə bizim tikdirdiyimiz binlardakı mənzillərin satılması ilə bağlı qərara səs veriblər. İndi onlar orada təmsil olunur. Akademiyada uğursuzluğun kökündə bu insanlar durur... Bunlar üçün müqəddəs heç nə yoxdur. Mən bu gün də akademiyanın Rəyasət Heyətini ədalətsizlikdə suçlayıram. Əgər AMEA ədalətli olsaydı, zamanında paylanmış mənzillərin məsələsinə aydınlıq gətirərdi. Ramiz Mehdiyev akademiya prezidenti seçiləndə ümid edirdim ki, ələ keçirilən  mənzillərin aqibəti ilə bağlı qərar verəcək, o bunu etmədi. Akademiyanın rəhbərliyi, Rəyasət Heyəti yeni rəhbərliyi formalaşdıqdan sonra (indiki tərkibdə yox-İ.O) bu məsələni qaldıracağam və tələb edəcəyəm. Çünki bu mənim haqqımdır. Tələb edəcəyəm ki, komissiya yaradılsın və o mənzillərin aqibəti araşdırılsın. Komissiyanın ədalətinə o zaman inanardım ki, o binaların aqibəti araşdırılardı və burada o maddə öz əksini tapardı. Təəssüf ki, o maddə öz əksini tapmayıb...” - deyə İ.Orucov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ