Yetkinlik yaşına çatmayan uşaqların döyülməsi ilə bağlı cinayət işi başlandı

img

Sumqayıt şəhərində üç azyaşlı fiziki zorakılığa məruz qalıb.

Trend xəbər verir ki, iyunun 30-da sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan 3 uşağın analarının narkotik maddə istifadə etməsi ehtimal olunan qeyri-rəsmi münasibətdə olduğu şəxs tərəfindən zorakılığa məruz qalması barədə məlumat yayılıb.

Hadisə ilə bağlı Trend-ə DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi açılıb.

Onun sözlərinə görə, istintaq hərəkətləri davam etdirilir.

"İstintaq çərçivəsində təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri təmin olunacaqdır", -deyə E.Hacıyev bildirib.

Peşə etikası

Son xəbərlər