çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Büdcənin milyonları ilə alınmış avtobuslar Bakı marşrutlarından bir-bir yoxa çıxır...

Image


Son zamanlar Bakıda ardıcıl olaraq  avtobuslarda gecikmələr olur. Sərnişinlər bəzən 20-30 və bəzən 40 dəqiqəyə yaxın müddətdə dayanacaqda qalır. Demək olar ki, gündəlik olaraq bir neçə istiqamət üzrə avtobusların gecikməsinə, ləngiməsinə dair məlumatlar yayılır. Bir neçə gün əvvəl  yayılan rəsmi məlumata görə, 20 istiqamət üzrə 40-a qədər, bundan sonrakı günlər 29 müntəzəm marşrut xətti üzrə avtobuslar gecikib.

İyunun 29-da Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, Vahid Dispetçer Xidmətinin həmin gün səhər pik saatlarına olan məlumatına əsasən, Bakı – Sumqayıt şosesi – Moskva prospektindən 20 Yanvar dairəsi – Tbilisi prospekti istiqamətində nəqliyyat sıxlığı ilə əlaqədar 2, 7A, 13, 14, 18, 29, 37, 65 ,67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətləri üzrə 20-yə yaxın avtobus 10-15 dəqiqə gecikmə ilə hərəkət edir. Azadlıq prospekti – Binəqədi şosesindən Azadlıq m/st istiqamətində isə nəqliyyat sıxlığı səbəbindən 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətləri üzrə 10 ədədə yaxın avtobusun intervalında 13-15 dəqiqəlik gecikmələr yaranıb. Digər rəsmi məlumatlara görə isə təxminən 16-23 dəqiqə aralığında gecikmə baş verib. Ümumiyyətlə, son günlər avtobusların gecikməsi “ənənə” halını alıb. Rəsmi qurumlar buna səbəb kimi tıxacı göstərsələr də, qeyri-rəsmi mənbələr bunun əsas səbəbinin avtobus çatışmazlıq olduğunu deyirlər. Bildirirlər ki, xarab olan avtobusları təmir etmək əvəzinə metalloma, zibilliyə atırlar, nəticə də bu cür olur. Qeyd edilir ki, bir marşrutu üzrə 10, yaxud 15 avtobusdan ibarət tərkib xəttə çıxmalıdırsa, bunun yalnız yarısı xəttə çıxır. O da məlumdur ki, dövlət təşkilatı olan “BakuBus”ların da büdcə hesabına alıb ölkəyə gətirdiyi avtobusların çoxu dəmir “qəbiristanlığında” yağılıb, günəşin altında çürüyür. Dövlətin bir ətək pulu göyə sovrulub, nəticədə isə paytaxtın ictimai nəqliyyat problemi həll olunmayıb.

  • “Müəyyən marşurutlar üzrə sahibkarın, o cümlədən də “Bakubus”un “qənaət” istəyi ləngimələrə səbəb olur”

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bizimlə söhbətində bildirdi ki, ictimai nəqliyyatın gecikməsi halları əvvəllər də olub, amma rəsmən açıqlanmadığı üçün buna elə də ciddi əhəmiyyət verilməyib. Ə.Hüseynovun sözlərinə görə, avtobus marşurutlarının gecikməsinin səbəbləri müxtəlifdir. “Əslində, ictimai nəqliyyatda bu gecikmələr həmişə olub, bundan da çox olub. Amma son günlər bunu nəyə görəsə daha çox vurğulayırlar. Gecikmələrə hər zaman rast gəlmişik. Şəhərdə nəqliyyatın intensivliyi, nəqliyyat sıxlığı qış aylarından aşağıdır. Hətta fevral, mart, aprel, may ayları ilə müqayisə etsək bu cür nəticə ilə tanış ola bilərik. BNA və Vahid Dispetçer Xidməti son on-on beş gündür ki, bu məlumatları mətbuatda açıqlayırlar. Əvvəllər isə demirdilər. İndi ləngimələr açıqlanır. Onu xüsusi vurğulamaq istəyirəm ki, bu ləngimələr indikindən də çox idi. Nəqliyyatın ləngiməsinin səbəbləri də müxtəlifdir. Demək istəyirlər ki, şəhərin müxtəlif yerlərində, küçələrində tıxac var nəqliyyat ona görə ləngiyir. Bunu xüsusi vurğulayırlar ki, səbəb sıxlıqdır, tıxacdır. Amma bunun başqa səbəbləri də var. Ola bilir ki, müəyyən avtobuslar xəttə çıxa bilmir. Yadınıza gəlirsə, bir neçə ay əvvəl Hesablama Palatasının Milli Məclisə bir hesabı vardı. Azərbaycanda dövlətə məxsus olan və Bakıda fəaliyyət göstərən “Bakubus” şirkəti var. Həmin hesabatda qeyd edilirdi ki, “Bakubus” avtobuslarının təxminən 300-ə yaxını nasaz olduğuna görə xəttə çıxarılmır”.

“Bakubus”a məxsus olan avtobusların xarab olduğu zaman təmir edilməyib Hovsandakı metalloma atıldığına dair iddialara gəlincə, Ə.Hüseynov bildirdi ki, bu iddia deyil, Hesablama Palatasının hesabında əks olunan faktdır: “Bunlar hesabatda qeyd edilirdi. Avtobusların ehtiyat hissələrini söküb yığıblar və o birisi avtobuslar da nasaz vəziyyətdədir, istismara yaramır. Yəni nəqliyyat vasitələri yararsız vəziyyətə düşdüyü üçün xəttə çıxa bilmir. Digər tərəfdən, özəl daşıyıcıların əksəriyyətinin çox ciddi maddi problemi var. Bu səbəbdən də avtobusların hamısını xəttə buraxa bilmirlər. Yol-nəqliyyat hadisələri olur. Avtobusların yararsız vəziyyətdə olması da ciddi problem yaradır və xəttə çıxmalı olan avtobusların sayını azaldır. Yollarda sıxlıq, tıxac, avtobusların hamısının xəttə çıxarıla bilməməsi, yol-nəqliyyat hadisələri, müəyyən marşurutlar üzrə sahibkarın, o cümlədən də “Bakubus”un “qənaət” istəyi ləngimələrə səbəb olur. Ləngimələrin səbəbi hər şey ola bilər”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ