çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Azərbaycan mədrəsələrinin diplomları ilə bağlı problem nədədir?

Image


Azərbaycanda gələcəyin din xadimləri mədrəsə təhsili almaq üçün İrana və başqa ölkələrə üz tutmamalıdır. Əlbəttə, biz bunun ziyanlı tərəflərini dəfələrlə praktik şəkildə görmüşük. Bu baxımdan da ölkəmizdə milli ideologiyaya, dövlətçilik təməllərinə söykənən mədrəsələrin fəaliyyət göstərməsi arzuediləndir.

Bildiyimiz kimi, Azərbaycanda bir neçə mədrəsə mövcuddur, onlar uşaqlara, gənclərə dini biliklər verirlər. Bəzi iddialara görə, ölkədəki bəzi mədrəsələrin verdiyi diplomlar da tanınmır. Bildiyimiz qədər, Zaqatalada yerləşən  Əliabad İslam Mədrəsəsinin də verdiyi diplomun tanınmasında problem var. Deyilənə görə, milli dini kadr yetişdirilməsi sahəsində bu mədrəsə xüsusi seçilir.

Bütövlükdə, ölkəmizdəki mədrəsələrin vəziyyəti, səviyyəsi necədir? Doğrudanmı, onların verdiyi diplomlar tanınmır?

  • “Bu gün Azərbaycanda səviyyəli şəkildə dini kadr yetişdirən mədrəsə yoxdur”

Tanınmış ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanda mədrəsələr məsələsinə QMİ baxıb, nəzarət edib. “Keçən əsrin 90-cı illərindən sonra Bakı İslam Universitetinin açıldığı müddətdə mədrəsələr də fəaliyyətə başlayıb. Bu fəaliyyət göstərən mədrəsələrin də heç biri milli olmayıb. Məsələn, İranın Nardaranda, Göyçayda, Bakının bir çox yerlərində mədrəsələri vardı. İndiki radikalların kökünü onlar yetişdiriblər. Həmin bu Taleh Bağırzadədir, Şahin Həsənlidir və başqaları da o mədrəsəyə gedib-gəliblər, o adamların təbliğatından duyğulanıblar. Yəni onlar belə yetişdiriliblər. Sonra türklərin mədrəsələri vardı, Əliabad mədrəsəsi də onun içindədir. Mən də 1998-ci ildə orada oxumuşam. Onlar da sırf təriqətçidirlər, sırf məhzəbçilik ideologiyasını, xurafatçılığı yayırlar. Məsələn, sufizmi, zikr etməyi təbliğ edirlər. Orada cəmiyyətdən, ictimaiyyətdən kənara çəkilmək, fayda verməmək təlqin olunur. Yəni hər kəs bir şeyxə bağlanmalıdır, hər kəsin bir mürşüdü olmalıdır. Gözünü yumub, təsbeh əlində gecə saat 4-də oturub səhərə qədər zikr etməlidir. Yəni bunların da yolu budur. Amma orada tədris çox yaxşıdır. Di gəl ki, QMİ orta əsrlər dövrünə aid qanunlarla işlədiyinə, orada müasir dövrə uyğun savadlı adam olmadığına görə, qurduqları bütün universitetləri, mədrəsələri orta əsrlərə uyğun qurublar. Yəni sənədləşmə, vergi, qanun-qayda məsələlərini onlar dərk etməyiblər. Çünki Şeyx başda olmaqla buna savadları çatmayıb. Bunu tam məsuliyyətlə deyirəm, çünki orada vaxtilə mən də işləmişəm. Ona görə də həmin mədrəsələrin diplom vermə qayda-qanunu nəzərə alınmayıb. Heç olmasa orada oxuyan uşaqlara rəhmləri gəlməyib ki, onlara mədrəsəni bitirmək barədə diplom vermək statusları olmasa da, heç olmasa bir arayış versinlər. Yəni filankəslər bu qədər müddətdə burada oxuyublar və sair. Səmimi danışaq, imansızlıq ediblər. Bunları nəyə görə deyirəm. Çünki bu gün Azərbaycanda İranın ayağa qalxan radikal adamları var. Onları məhz QMİ və onun bu cür mədrəsələri yetişdirib. Amma təəssüf ki, bunu heç kəs araşdırmır. O nümayişə çıxanları hamı tənqid edir. Heç Taleh Bağırzadəni araşdıran yoxdur ki, o ilk ibtidai təhsilini Azərbaycanda kimin yanında alıb. Hansı molladan, hansı axunddan alıb, onu İrana oxumağa kim göndərib. Bunu heç kəs araşdırmır. Əliabad İslam Mədrəsəsində hazırda QMİ-nin adamları oturub, onlar Türkiyədən gələn külli miqdarda vəsaiti yeyib-dağıdırlar. Osman Nuri Topbaş adlı bir şəxs var kı, sünni yönlü mədrəsələrin hamısını o maliyyələşdirir. Bunlar da, iranlılar da təriqətçidir. 2000-ci ildə Nardaranda yerləşən mədrəsədə təhsil almışam. Onlar da siyasi təbliğat yeridirdilər. Sonra Allaha şükür ki, bunun üstü açıldı və biz də ordan uzaqlaşdıq. Bildik ki, orada siyasi təxribatla məşğul olurlar və onların məqsədi din öyrətmək deyil. O mədrəsə bağlandı. Bunu Şeyx bizlərə tövsiyə edirdi. O vaxt uşaq idik, 7-ci, 8-ci sinifdə oxuyurduq. Bunun hamısı Şeyxin gördüyü işlərin nəticəsdir. Bu gün də onlardan qalan müəyyən mədrəsələr var. Məsələn, Zaqataladakı Əliabad İslam Mədrəsəsi. Bu mədrəsəni də QMİ xalqa bəhrə, təhsil verməkdən  ötrü saxlamayıb. Çünki yenə də orada məzunlara diplom verilmir. Belə deyim ki, uşaqları aldadırlar. O dövrdə bizi də aldatdılar. Ora yeyinti üçün lazımdır.  Osman Nuri Topbaş əfəndi Türkiyədə böyük şirkətləri olan bir biznesmendir, imkanlı adamdır. Bu adam ianələr verir, mədrəsələr saxlayır. QMİ-nin bu cür mədrəsələrdə kuratorları var”.

T.İrfan qeyd etdi ki, QMİ sədrinin müavinləri din pərdəsi altında xoşagəlməz əməllərlə məşğul olurlar. Bundan başqa, T.İrfan qeyd etdi ki, Vahabov soyadlı dinlə əlaqəsi olmayan şəxsin Əliabad mədrəsəsinin rəhbəri təyin edilməsi ciddi fəsadlar yaradıb. O vurğuladı ki, həmin şəxs pandemiya dövründə mədrəsəyə ayrılan vəsaiti, ərzağı talan olub: “O, dinlə əlaqəsi olmayan adamdır və guya mədrəsənin böyüyüdür. Mən araşdırdım, dedilər ki, pandemiya dövründə orada dərs olmayıb və tələbələr üçün ora gələn ərzağı da dağıdıb yeyiblər, qohum-əqrabalarını ora yerləşdiriblər. Belə deyək, dini özləri üçün bir biznesə, alətə çeviriblər. Zaqatala da gözdən könüldən uzaq bir yerdir, oturublar orada. Şeyxin müavini Qəmər xanım o vaxt məndən 500 manat pul istədi ki, pul ver diplomunu verək. Sonra mən o vaxt Qəmər xanımla da, Hacı Fuadla da danışdım. Başıma uzun müddət oyunlar açandan sonra axırda ortaya bir vasitəçi saldım. Orada oxuyanda bir müəllimim vardı, bir imanlı, insaflı adamdır. Onun vasitəsilə mənə bir kağız-arayış vermədilər. 500 manatı vermədiyimə görə mənə diplom vermədilər. Korrupsiya və rüşvət ən çox din sahəsindədir. Zaqatala Əliabad İslam Mədrəsəsində o hal baş verir. Zaqatala Əliabad İslam Mədrəsəsində təftiş aparılsın görək ki, Türkiyədən gələn o milyonların hara xərcləndiyinə dair o mədrəsəyə rəhbərlik edənlər kiməsə hesabat verirmi? Bu mədrəsə artıq kollec olub, kollec olubsa bu nə üçün diplom verməməlidir? Bir nümunə mənəm. IX sinifdən çıxıb gedib o kollecdə təhsil almışam. Mənim diplomumu sən nə üçün verməməlisən? Görünür bu zərbəni ya Şeyx Allahşükür Paşazadə özü vurur, ya da ki, müəyyən qüvvələri öz savadsızlıqları ucbatından buraxıblar. Özlərinin başı çıxmır, bunlar ancaq pul yeyirlər. Şeyxin xanım müavini oturub orada və bütün mədrəsələrə gələn ərzaqları, vəsaitləri mənimsəyir. Rəy də verir ki, buyurub işləyin. Orada onunla həmin mədrəsələri calaşdıran adamlar var. Bir adam var, səhv etmirəmsə adı Fuad Quliyevdir. O adam oturub Bakıda. Həm Gəncliyə Yardım Fondunda işləyir, həm  QMİ-də çalışır, həm də mədrəsələrin kuratorudur. Mən onun nə etdiyini araşdırmışam. O adamın İsmayıllıda minlərlə bal yeşikləri var, Afrikaya qədər onun obyektləri, yerləri var. Xaricdən din üçün gələn bütün ianələrin hamısını bunlar sümürürlər, villalar tikirlər. Heç bir diplom-filan da vermirlər. Yəni ölkədə din sahəsini bu cür qarışıq vəziyyətə salanlar elə bu cür şəxslərdir. Bunun da başında hazırda QMİ durur. Bu gün Azərbaycanda səviyyəli şəkildə dini kadr yetişdirən mədrəsə yoxdur. Bu sahədə bir dənə normal dini təhsil verən məkan İlahiyyat İnstitutudur. Mən oranı da deyə bilmərəm ki, gələcəkdə nə olacaq. Mədrəsələr arasında indiyə kimi normal milli düşüncədə, təfəkkürdə kadr yetişdirilməyib. Mən bu barədə Əliabad mədrəsində təhsil alan adam kimi danışıram. Dediyim kimi, orada da məzhəbçilik təlqib olunur, Nəqşibəndilik tədris edilir, zikr dərsi keçirlər, xurafat və cəmiyyətdən təcrid olunmaq, qatı anti-şiəçilik, Şah İsmayıl, Səfəvi düşmənçiliyi öyrədiblər, iranlılar da türk düşmənçiliyi öyrədirlər. Bunlar uzun müddət Azərbaycanda fəaliyyət göstəriblər. QMİ pul müqabilində bunlara göz yumub. Düzdür, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaranandan sonra həmin mədrəsələrin çoxunun fəaliyyəti dayandırıldı, amma yenə də Şeyxin nüfuzu yerində olduğundan, müəyyən mədrəsələri saxlayıb... İndiyə qədər həmin mədrəsəni bitirib ortaya çıxan bir adam görməmişik, heç onun faydası da olmayıb. Diplom verməyən kolleclə hara getmək olar? Onlar yetim-yesir uşaqların başını aldadıb ora cəlb edirlər ki, gəlib yoxlayan olanda orada tələbələrin olduğunui görsünlər”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ