Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə qardaş Türkiyədə meşə yanğınlarının söndürülməsi əməliyyatına cəlb olunub.
Ümumilikdə ötən sutka ərzində Muğla bölgəsində 2 dəfə uçuş yerinə yetirən təyyarə yanğın sahələrinə təxminən 120 ton su töküb.
FHN-ə istinadən əməliyyat görüntülərini təqdim edirik: