Tibb işçiləri pandemiya ilə bağlı əlavə ödəniş almadıqlarından narazıdır...

İcbari Tibbi Sığorta Agentliyi: “Mart ayı üzrə ödənilmiş müddətli əlavələr qeyd edilən iş saatlarına mütənasib olaraq həyata keçirilib”

img

Məlum olduğu kimi, pandemiyanın başladığı dövrdə, ölkə başçısının tapşırığına əsasən, koronavirus infeksiyası ilə mübarizə aparan həkimlərin əməyinin qiymətləndirilməsi məqsədilə tibb işçilərinə daha yüksək əməkhaqqı verilməsi qərara alındı.

Ancaq son zamanlar COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi ilə bağlı şikayəti var. İşçilər bildirirlər ki, yanvar ayında 1000 manat əlavə ödəmə alırdılarsa, mart ayında bu məbləğ 100-150 manat olub.

  • “Virusa yoluxmuş xəstələrin sayında mart ayı üzrə azalma qeyd edildiyindən, bu istiqamət üzrə tibbi xidmət göstərmiş tibb işçilərinin iş saatları xəstə sayına görə tənzimlənib”

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirildi ki, bu ilin mart ayından başlayaraq ölkədə koronavirus infeksiyasına yoluxanların sayında azalma müşahidə edilib: “Bu baxımdan tibb müəssisələrində də virusa yoluxmuş xəstələrin sayında mart ayı üzrə azalma qeyd edildiyindən bu istiqamət üzrə tibbi xidmət göstərmiş tibb işçilərinin iş saatları xəstə sayına görə tənzimlənib. Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə mart ayı üzrə ödənilmiş müddətli əlavələr qeyd edilən iş saatlarına mütənasib olaraq həyata keçirilib”.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər