Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlıya mükafat təqdim olundu

img

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı uzunillik elmi fəaliyyəti zamanı apardığı tədqiqatları və nüfuzlu elmi jurnallarda nəşr olunmuş məqalələri ilə Türk mədəniyyətinə və dilinə göstərdiyi xidmətlərə görə Türkiyənin  Hacı Bektaş Vəli  Kültür Dərnəyi, Qırğızıstandakı K.Tınıstanov adına İssık-Göl Dövlət Universiteti və Türk Dünyası Söz Akademiyasının birgə təsis etdiyi “Manasın mirasçıları: Türk dünyası kültürünə hizmet ödülü”nə layiq görülüb.  

Bu günlərdə Azərbaycan Aşıqlar Birliyində qonaq olan “Dünya Söz Akademiyası” Dərnəyinin başqanı, professor Hayrettin İvgin Hacı Bektaş Vəli  Kültür Dərnəyinin başkanı Mustafa Özcivan,  K.Tınıstanov adına İssık-Göl Dövlət Universitetinin rektoru professor Kurmanbek Abdıldayev və  və Türk Dünyası Söz Akademiyasının başkanı Hayrettin İvginin imzaladığı mükafatı və medalı Məhərrəm Qasımlıya təqdim edib.

“Dünya Söz Akademiyası” Dərnəyinin (Türkiyə) başqanı, professor Hayrettin İvgin Azərbaycan elmi ictimaiyyətinə yaxşı tanışdır. Dəfələrlə respublikamızda olan H.İvgin Azərbaycan ədəbiyyatının və mədəniyyətinin qardaş Türkiyədə yorulmaz təbliğatçılarındandır.

Görüş zamanı həmçinin Azərbaycan və Türkiyə ədəbi-mədəni əlaqələrinin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı fəaliyyətin genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə AAB-nın  əməkdaşları ilə yanaşı şair Vüqar Əhməd və gənc, istedadlı xanəndə Almaxanım Əhmədli də iştirak edib.

Baki-xeber.com

Peşə etikası

Son xəbərlər