Məişət zorakılığından əziyyət çəkənlər üçün sığınacaqların sayının artırılması təklif olunur

img

Məişət zorakılığından əziyyət çəkən insanlar üçün sığınacaqların sayının artırılmasına çox böyük ehtiyac var.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitəsinin sədri Hicran Hüseynova Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, zorakılıq faktları var və vətəndaşlar sığınacaqlarla təmin edilməlidir.

"Elə etməliyik ki, bəzi qeyri-peşəkarlar yaranan boşluqlardan istifadə etməsinlər", - deyə H. Hüseynova əlavə edib.

Peşə etikası

Son xəbərlər