Kürdəmir rayon Çərtəyəz kənd sakini, Qarabağ müharibəsi veteranı Əzizov Ədalət Kərim oğlu pedaksiyamız vasitəsilə ölkə Prezidentinə müraciət edib.
Ədalət Əzizov Meliorasiya və Su Təsərrüfatı ASC-nin Kürdəmir rayon İdarəsinin hazırki sədri Zaur Mikayılovun və əvvəlki sədr Rövşən Xələfovun əleyhinə maliyyə xarakterli müxtəlif ittihamlar irəli sürür. Müharibə veteranı olduğunu yazan Ədalət bəy idarədə müxtəlif qanunsuzluqların olduğunu bildirir və respublika rəhbərliyindən məsələnin araşdırılmasını xahiş edir.
Vətəndaş Ədalət Əzizovun itihamları birtərəfli olduğu üçün təfsilatlı ictimailəşdirməyə lüzum görmədik. Əgər İdarə rəhbərliyinin məsələ ilə bağlı reaksiyası olsa, birlikdə hər ikisini ictimailəşdirə bilərik.
Hazırladı: Namiq QULİYEV