Artıq Lerik rayonunun çox dağ kəndində insan kimi yaşamağa adi şərait yoxdur. Burada elə kəndlər var ki, 30 ildən çoxdur gözdən uzaq, könüldən iraq düşüb. Nəticədə insanların həyat tərzi pisləşib, üst-üstə yığılıb qalmış sosial məsələlərin həlli artıq müşkülə dönüb. Odur ki, kəndlərdə ata yurdunu atıb getməkdən başqa bir çıxış yolu yoxdur. Artıq rayonun çox yerində dağılmış evlərə, kol-kos basmış hektarlarla bərəkətli torpaqlara həyəcansız baxmaq olmur. İllər keçsə də, yerli məmurlar Lerik kəndlisinin taleyini düşünmür, dövlət kreslolarını yalnız daha çox var-dövlət yığmaq üçün zəbt ediblər. Hətta onlar öz xeyirlərinə dövlət rəhbərini belə aldada bilirlər.
Lerikdə ağır vəziyyət davam edir. Vıjaker kənd sakini Əlisa İsmayılov deyir: - Bizim rayonda olan özbaşınalıq çətin dünyanın bir yerində olsun. Burdakı məmurlar dövlət başçısını da aldada bilirlər. Bir misal çəkmək istəyirəm. 2018-ci ildə bizim kəndimizə asfalt yol çəkilməli idi. Bundan ötrü Prezidentin Sərəncamı əsasında külü miqdarda vəsaitdə ayrıldı. Amma heç bir iş görülmədən yolun tam asfaltlanması barədə dövlət başçısına yalan məlumat verildi. Prezident də Lerik rayonda səfər zamanı öz çıxışında yolun keyfiyyətlə çəkilib başa çatmasını dedi. İndi 30 ildir kəndimizdə yaranan problemlərlə maraqlanan yoxdur. Burdakı həyat çoxdan sönüb. Demək olar ki, Vıjaker də dağılmaq üzrədir. Burada məcburiyyət üzündən qalanlar son vaxtlar yandırmağa yanacaq tama bilmirlər. Böyüklərin istifadə etdiyi odun qalxıb qızıl qiymətinə, Vıjakerə “mavi” qazın çəkilişinə adamın heç inanmağı gəlmir.
Dzdipok da rayonda problemlərdən ən çox əziyyət çəkən dağ kəndidir. Son illər burada köçə-köç başlanıb. Kənd sakini İsfəndiyar Əşrəfov bildirir ki, sovet dağılanı bizə tərəf baxan olmayıb. Problemlər üzündən doğma kəndimizdə insan kimi yaşaya bilmirik. Hazırda hər şey bir qana qalsın, ən çox ehtiyacımız evlərdə yandırmağa oduna, ictimai nəqliyyatadır. Qaldı isə, kənddə olan ağır vəziyyət yalnız Azərbaycanın inkişafına xələl gətirir.
Hamarat, Siyov, Conu, Vov, Qışlaq, Hovil, Bürsülüm, Qılqılov, Yuxarı Qışlaq, Daster, Ləkər, Loda, Vənədi ... kəndlərinin camaatı dzdipoklulardan da pis gündədir.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyini üzvü