çərşənbə axşamı günü, 10 noyabr 2026
     

“Check-up” müayinə icbarı tibbi sığorta siyahısına daxil edilə bilərmi...

Image


Normalda hər bir insan heç olmasa ildə bir ətraflı müayinə olunmalıdır ki, sağlamlıq vəziyyəti haqda məlumatı olsun. Çox təəssüf ki, əhalinin xeyli bir faizi, el dili ilə desək, təpədən dırnağa müayinə oluna bilmir. Səbəb vətəndaşların öz sağlamlıqlarına biganə qalması deyil, əsasən müayinə qiymətlərinin əl yandıran olmasıdır.

Qiymətlər o qədər bahadır ki, bir ailənin 3-4 nəfər üzvünün müayinə olunması üçün, necə deyərlər, bir ətək pul lazımdır. Azərbaycanda əhali vaxtlı-vaxtında müayinə olunmadığı üçün daşıdıqları xəstəliklərdən xəbərsiz olurlar. Bir də o yerdə ayılırlar ki, iş-işdən keçib, xəstəlik ağırlaşıb, müalicəsi mümkünsüz olub. Bütün bunlar onunla bağlıdır ki, müayinə prosesi ödənişlidir, özü də çox bahadır. Dövlət xəstəxanalarında adı “ödənişsiz” olan müayinələr də, məlumdur ki, ödəniş müqabilində həyata keçirilir. Son illər “Check-up” müayinə termini ortaya çıxıb və insanların “Check-up” müayinə olunması çox vacibdir. Amma qeyd etdiyimiz kimi, bu da ödənişli olduğu üçün insanlar üçün elə də əlçatan deyil. Azərbaycanda İcbari Tibbi Sığortanın tətbiq edilməsi insanlara əməlli-başlı dəsəkdir və bu xidmətdən vətəndaşlar geniş şəkildə istifadə edir. İcbari Tibbi Sığorta zərfinə daxil olan xəstəliklərin sayının artırılması çox müsbətdir və vətəndaşlar bunu məmnunluqla qarşılayır. Vətəndaşlar deyirlər ki, “Check-up” müayinənin də icbari tibbi sığortaya daxil edilməsi çox yaxşı olardı. Hansısa səbəbdənsə  “Check-up” müayinə icbari tibbi sığortaya daxil edilməyib. İnsanlar icbari tibbi sığorta ilə pulsuz müayinə olunmaq istəyir.

“ Check-up” müayinə hansı səbəbdən icbari tibbi sığortaya aid deyil?

Ekspertlər deyir ki, bu icbari tibbi sığortaya daxil edilsəydi insanlar istədikləri vaxt gedib başdan-ayağa pulsuz müayinə olunardılar.

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu göndərdik, eyni zamanda ekspert rəyi öyrəndik.

  • Aydın Əliyev: “İnsanlar haqlıdırlar və “Check-up” müayinənin də icbari tibbi sığorta zərfinə daxil edilməsi çox zəruridir”

Həkim-radioloq Aydın Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, “ Check-up” müayinənin də icbari tibbi sığorta zərfinə daxil edilməsi vacibdir. O hesab edir ki, Agentlik bu məsələni xüsusilə diqqətə alacaq: “Əlbəttə, “Check-up” müayinənin icbari tibbi sığorta zərfinə daxil edilməsinə böyük zərurət var. Bəzi zəruri müayinələr var ki, onlar ən azından ildə bir dəfə həyata keçirilməlidir. Məsələn, döş qəfəsi orqanlarının rentgeni, kardioqramma, qarın boşluğunun ultra səs müayinəsi, qanun ümumi analizi, xanımlarda süd vəzinin mamoqrafiya müayinəsi ildə bir dəfə olmalıdır. Hətta 35 yaşdan yuxarı xanımlarda süd vəzinin mamoqrafiyası ildə iki dəfə həyata keçirilməlidir. Yəni zəruri müayinələr var ki, bunlar edilməlidir. Təbii ki, bu müayinələri də icbari tibbi sığortanın qarşılaması vacibdir. Çünki işləyən insanların hamısı həm əməkhaqlarından ora pul köçürür, həm də işlədikləri idarənin büdcəsindən icbari tibbi sığorta üçün pul ayrılır. Ona görə insanlar haqlıdır və “Check-up” müayinənin də icbari tibbi sığorta zərfinə daxil edilməsi çox zəruridir”.

A.Əliyev hesab edir ki,  “Check-up” müayinə icbari tibbi sığortaya daxil edilərsə insanlar bundan rahat istifadə edib müayinə olunarlar. Müayinə məsələsində vətəndaşların incidildiyini deyən ekspertin sözlərinə görə, bu yolverilməzdir: “Aşkar görsənən odur ki, səhiyyə, tibb sektorunda çalışan əksər məmurların, idarəçilərin məramı heç də vətəndaşlara xidmət deyil. Mən 30 ildir ki, bu sahədəyəm və bunları hiss edirəm. Düşünürəm ki, heç tibb sahəsində olmayan insanlar da bunu açıq-aşkar hiss edir…”

  • Agentlik: “Qeyd edilən tibb müəssisələrində də vətəndaşlar istənilən ixtisaslı həkimin müayinəsindən keçə bilər”

İcbari Tibbi Sığorta Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, hazırda vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 3500-dən artıq diaqnozu əhatə edən 2550 sayda tibbi xidmət göstərilir. Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər və tariflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilib. Xidmətlər Zərfi hazırlanarkən son 5 ildə ölkə əhalisi arasında ölüm faizi, əlillik faizi yüksək olan, eləcə də sayında davamlı artım müşahidə olunan xəstəliklər nəzərə alınıb:  “Agentliyin rəsmi internet səhifəsinə daxil olaraq, Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərlə daha ətraflı tanış olmaq  mümkündür: https://its.gov.az/page/xidmetler-zerfi-3  

Vətəndaşlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən yararlanmaq üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə ixtisaslaşdırılmış ambulator yardım üçün (ixtisaslı həkim - kardioloq, uroloq, oftalmoloq, endokrinoloq və s. - müayinəsi) şəxsiyyət vəsiqələrini təqdim etməklə müraciət edə bilərlər. Bu tibb müəssisələrinə rayon/şəhər mərkəzi xəstəxanaları, müalicə-diaqnostika mərkəzləri, birləşmiş şəhər xəstəxanaları, birləşmiş uşaq xəstəxanaları, şəhər klinik xəstəxanaları, vərəm əleyhinə tibb müəssisələri, habelə Kliniki Tibbi Mərkəz, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və s. tibb müəssisələri aiddir. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələri ilə linkə daxil olaraq tanış ola bilərsiniz: https://its.gov.az/files/9/TEBIB%20SIYAHI.pdf

Qeyd edilən tibb müəssisələrində də vətəndaşlar istənilən ixtisaslı həkimin müayinəsindən keçə bilər və Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərdən ödənişsiz yararlana bilərlər. Vətəndaşa hər hansı tibbi xidmətin göstərilməsi müraciət etdikləri tibb müəssisəsində mümkün olmasa, bu zaman ixtisaslı həkim tərəfindən TƏBİB-in tabeliyindəki digər dövlət tibb müəssisəsinə və ya Agentliyin müqavilə bağladığı 57 özəl tibb müəssisəsindən birinə göndəriş verilə bilər.

Əgər vətəndaş TƏBİB-in tabeliyindəki müəssisədə ona göstərilmiş tibbi xidmətlərin keyfiyyətindən narazıdırsa və ya tibb personalı tərəfindən ona qarşı hüquq pozuntusuna yol verilibsə, bununla əlaqədar ilk növbədə tibb müəssisəsinin məsul şəxslərinə, yaxud birbaşa rəhbərliyə müraciət etməlidir.

Vətəndaş ona verilmiş cavabdan və yaxud görülmüş tədbirdən razı qalmazsa, TƏBİB-in 012 310 17 70 nömrəsinə zəng edə, [email protected] elektron poçt ünvanına və ya rəsmi ünvanına (Bakı AZ1154, İsmayıl Hidayətzadə küç. 11) müraciət edə bilər”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ