çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Suraxanı qeydiyyatında olmayanlar qəbiristanlıqda ölü basdıra bilməz - bunu da gördük...

Image


“Yeni Suraxanı qeydiyyatında olmayanlar qəbiristanlıqda dəfn olunmur”. Yeni Suraxanı ərazində yerləşən məzarlığın divarına yazılan bu ifadəni tanınmış ilahiyyatçı Tural İrfan “Facebook” hesabında ictimailəşdirib.

Görün hansı vəziyyət yaranıb ki, bəziləri qəbiristanlıqları da monopoliyaya alıb, kimin dəfn olunmasına, kimin dəfn olunmamasına “qərar” verir. Əlbəttə, bu absurd elandan sonra başqa qəbiristanlıqları idarə edənlər də ortaya çıxıb deyəcəklər ki, ümumiyyətlə rayonlular, kəndlilər burada dəfn oluna bilməzlər. Qəbiristanlıqlar insanların son mənzilidir və son mənzilə də bu şəkildə müünasibət təbii ki, yolverilməzdir. Neçə yəni bu rayonda qeydiyyatda olmayan şəxslər burada dəfn oluna bilməz? Bu da yeni çıxıb?

  • “Təəssüflər olsun ki, bununla bağlı din sahəsində fəaliyət göstərən qurumlar da səslərini çıxarmır”

İlahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə bildirdi ki, bu absurd yanaşmadır və yolverilməzdir: “Bildiyiniz kimi, qəbiristanlıqlar bələdiyyələrin tabeliyindədir. Qəbir yeri və sair məsələlərə bələdiyyələr baxır. Məlum məsələdir ki, bələdiyyələr digər torpaq sahələri kimi qəbir yerlərini də satmaqla məşğuldur. Hər bir qəbiristanlığın, hətta hər yerin öz qiyməti var. Qəbiristanlıqlarda da yerlər müxtəlifdir, mərkəzi yerlər, yaxşı yerlər, ucqar yerlər var. Məsələn, bələdiyyə məmurları, İcra Hakimiyyətində işləyən məmurlar digər torpaqların yaxşı yerlərini talayıb mənimsədikləri kimi qəbiristanlıqlarda da çoxlu yerlər götürüblər. Həm öz nəsil-tayfaları üçün, həm də satmaq məqsədilə. Mən buna aid konkret faktlar da deyə bilərəm.  Onlar qəbiristanlığın mərkəzi yerində bu əraziləri hasara alıblar. Hətta bu zaman köhnə qəbirləri dağıtmaqdan belə çəkinmirlər. Özü də öz yaxınları üçün bəlkə də yüz adamın dəfn oluna biləcəyi yerlər götürürlər. Yaxınları vəfat etdikdə onların qəbirlərini təmtəraqlı düzəltmək üçün elə bir qəbirə 1 sot yer lazım olur. Məsələn, adi icra nümayəndəsinin müavini var ki, yarım hektar yer götürüb. Bələdiyyə sədrinin müavini işləmiş şəxs var ki, öz nəsli üçün qəbiristanlıqda yer götürüb onu çəpərləyib. Həmçinin də bələdiyyə sədrləri və bələdiyyə üzvləri qəbir yerlərini satmaqla məşğul olurlar. İndi də elanlar yazıb vururlar ki, qeydiyyatda olmayanlar burada dəfn oluna bilməzlər. Onu vurğulayım ki, bu rəsmi qərar deyil, sadəcə qəbiristanlığa nəzarət edənlərlər camaatdan rüşvət almaq üçün qanunsuz şəkildə bu elanı yazıb yapışdırıblar. Bu ölü sahiblərindən pul almağın çox çirkin yoludur. Bilirsiz ki, Bakıda yaşayan rayon əsilli əhalinin 90 faizi rayon qeydiyyatındadır. Evlərin qeydiyyatı ilə bağlı ciddi problemlər olduğu üçün Bakıdakı evlərinə çıxarış ala bilməyən insanlar, məlumdur ki, öz evlərinə qeydiyyata da düşə bilə bimirlər, müvəqqəti qeydiyyatda olurlar. Rayon camaatı da yaxınları vəfat etdikdə dəfn üçün həmin qəbiristanlıqlara müraciət etdikdə “sizin bu qəsəbəyə, rayona qeydiyyatınız yoxdur” bəhanəsilə onlardan rüşvət tələb edirlər, alırlar. Tutaq ki, kimsə Zaqataladandır, kimsə qazaxlıdır, kimsə Naxçıvandan gəlib, məcburdur ki, o pulu verib ölüsünü dəfn etsin. Yerlərin də öz qiyməti var. Bir nəfər dahi şəxsiyyətdir, alimdir, akademikdir, amma imkansızdır, sahibi yoxdur, onu aparıb ucqar bir kənd qəbiristanlığının bir ucqar yerində dəfn edəcəklər. Çünki nizam yoxdur”.

T.İrfan vurğuladı ki, hər rayonun özünün tanınmış simaları, tanınmış şəxsiyyətləri var. T.İrfanın sözlərinə görə, necə ki, böyük miqyasda tanınmış şəxsiyyətlər Fəxri Xiyabanda dəfn edilir, rayonlarda da Fəxri Xiyaban tipli kiçik miqyaslı qəbiristanlıqlar olmalıdır ki, həmin rayonun məşhur alimləri, dövlət üçün xidmətlər etmiş şəxsiyyətləri orada dəfn olunsunlar.  “Amma bələdiyyələr insanlığa yaraşmayan bu şəkildə dinimizi də təhqir edirlər, mənəvi dəyərlərimizi də. Təsəvvür edin ki, bu dünyada min bir əziyyət çəkən insan öləndən sonra da bu cür məmurların əli ilə onların ölüsü əzaba düçar edilir, ölü sahibləri əziyyət çəkir. Bu bələdiyyə məmurları elə şərait yaradırlar ki, ölü yiyələri şəhərə düşüb məzar yeri axtarsınlar, onlar məzar yeri axtarmaması üçün isə müəyyən məbləğdə rüşvət verməlidir ki, ölüləri dəfn edilsin. Təəssüflər olsun ki, bununla bağlı din sahəsində fəaliyət göstərən qurumlar da səslərini çıxarmırlar. Düzdür, hüquqi cəhətdən baxanda onların buna səlahiyyətləri yoxdur. Bu işə bələdiyyələr baxır. Amma bunun bir mənəvi tərəfi də var ki, bu bizim dinimizə, milli mənəvi dəyərlərimizə hörmətsizlikdir. İkinci tərəfdən də bu kimi absurd elanlar haqlı olaraq əhali tərəfindən ciddi narazılıqla qarşılanır. Hesab edirəm ki, qəbirsitanlıqlarla, qəbir yerləri ilə bağlı bir qərar qəbul edilməlidir. Necə ki, Bakıda və onun qəsəbələrində bütün şəhərsalma planı pozulub. Bütün rayonlarda icra hakimiyyətləri, bələdiyyələr ürəkləri haradan istəyir torpağı satıb talayıblar, pul alıblar. İnsanlar da harada istəyiblər ev tikiblər, nə yol qalıb, nə iz qalıb, nə cığır qalıb. Bunu həmçinin qəbiristanlıqlara da tətbiq edirlər. Qəbiristanlıqlarda vəziyyət həddindən artıq acınacaqlıdır. Harınlamış məmurlar, vəzifəli şəxslər kifayət qədər yerləri zəbt ediblər, torpaqları satıb bizneslə məşğuldurlar, bələdiyyələr də onlara şərait yaradır”- deyə T.İrfan qeyd etdi.

Məsələ ilə bağlı Yeni Suraxanı bələdiyyəsinin sədri ilə əlaqə yaratmaq cəhdimiz alınmadı. Bələdiyyə rəhbərliyi müraciət edərsə onların da mövqeyini dərc edə bilərik.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ