Azərbaycanın torpaqları işğalda olan vaxt Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş, erməni hərbi birləşmələrinin tərkibində Azərbaycana qarşı döyüşməkdə təqsirləndirilrək həbs edilən erməni əsilli Rusiya vətəndaşı Eduard Dubakov Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib.
Trend-in məlumatına görə, şikayət hakim İlkin Rəcəbovun icratına verilib. İş üzrə məhkəmənin ilkin iclası iyunun 16-na təyin edilib.
İttihama görə, Eduard Dubakov Azərbaycanın işğalda olan torpaqlarına qanunsuz səfər edərək Kəlbəcər rayonu ərazisində hərbi təlimlərdə iştirak edib.
O ötən il yanvarın 14-də terror-təxribat törətmək məqsədilə Türkiyədən Bakıya gəlib. Keçirilən əməliyyat nəticəsində E. Dubakov saxlanılıb.