çərşənbə axşamı günü, 10 noyabr 2026
     

“Sevgi evi" uşaq sığınacağı zorakılıq söz-söhbətlərinə necə reaksiya verdi…

Image


Paytaxtdakı sığınacaqlardan birində uşaqlara əzab verilməsi barədə Sabunçu Rayon Prokurorluğunun məlumatı ölkədə böyük rezonans doğurub. Yayılan xəbərdə bildirilib ki, rayonun Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda 10.05.2022-ci il tarixdə müxtəlif dövlət orqanlarının iştirakı ilə keçirilən monitorinq zamanı uşaqların bədəni üzərində xəsarət izlərinin aşkar olunması faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılıb.

Aparılan araşdırmalarla qeyd edilən sığınacaqda 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılan Cəmilə Məmmədovanın (ad, soyadı şərti) sığınacaqda qaldığı müddətdə müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib.

O cümlədən, sığınacaqda saxlanılan digər iki nəfər azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərə uyğun gələn xəsarət izləri aşkarlanıb. Prokurorluq rəsmi şəkildə sığınacağın adını açıqlamasa da, Report.az saytı həmin sığınacağın "Sevgi Evi" qadın və uşaq sığınacağı olduğu barədə məlumat yayıb.

  • “Sevgi Evi” - Uşaq və Qadın sığınacağı - Ağamirzə Bağırov: “Sığınacaqla bağlı səslənən iddialar əsassızdır”

Məsələ ilə bağlı “Sevgi Evi” - Uşaq və Qadın sığınacağının hüquqşünası Ağamirzə Bağırov bildirdi ki, sığınacaqla bağlı səslənən iddialar əsassızdır: “Prokurorluq orqanları belə qərarı heç vaxt ortaya atmaz. Ortada istintaqın qərarı yoxdur. Kim edib bunu, hansı məqsədlə edib, hüquqşünaslarımız yaxın vaxtda aydınlaşdıracaq. Rəsmi qurumlar həqiqətən də “Sevgi Evi”ndə monitorinq keçirib, amma burada zorakılıq halları aşkar edilməyib. Biz nə deyə bilərik ki? Gəlib baxıblar, monitorinq qrupu olub. Yeddi qurumun - təhsil, səhiyyə qurumlarından, Ailə, Qadın və Uşaq Komitəsindən, polis və s. orqanlarından komissiya gəlmişdi. Xırda çatışmazlıqlar var idi. Onlar hələlik bizdə nəyin çatışmadığı barədə öz tövsiyələrini verməyiblər. Nə zaman onlar bizə öz tövsiyyələrini versələr, biz də öz işimizi buna uyğun quracağıq. Bizdə döyülmə halı yoxdur. Nəzərə almaq lazımdır ki, bura gələnlərin hamısı ailə zorakılığının qurbanı olan uşaqlardır. Onlar onsuz da o xəsarətləri alıb, bura gəliblər. Atası, anası tərəfindən döyülən uşaqlardır. Müəyyən proqramlara çıxan uşaqları gecələmək üçün bura göndərirlər. Onların bədənində xəsarət ola bilər, ata-anaları tərəfindən işgəncəyə də məruz qalıblar. Bu onların bədənində ola bilər. Amma xəsarətin müəssisədə işləyən adamlar tərəfindən edilməsi mümkün deyil. Biz təmənnasız, dövlətdən yardım almadan fəaliyyət göstəririk. Bizim o qədər başımız işləmir ki, bu qədər yaxşılığın qabağında uşaqlara xəsarət yetirək? Bu nə məntiqsizlikdir? Biz hansı millətik ki, himayə etdiklərimizə işgəncə verək?”.

  • Kəmalə Ağazadə: “Uşaqlara şiddət göstərdiyi müəyyən edilən sığınacaq əməkdaşlarına ciddi cəza verilməlidir, çünki onlar…”

"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadənin sözlərinə görə, xoşagəlməz halların qarşısını almaq üçün ilk növbədə sığınacaqlarda fəaliyyət göstərən hər bir şəxs öz peşəsi üzrə yerli və dünya təcrübəsini mənimsəməlidir. Sığınacaqlar isə akkreditasiyadan keçməlidir: “İlk öncə onu deyim ki, sığınacaq ayrıca qurum kimi fəaliyyət göstərmir. Sığınacaq qeyri hökumət təşkilatının tərkibində olan xidmət sektoru kimi formalaşır. Burada çalışan hər bir kadr da həm ölkə təcrübəsini, həm dünya standartlarını, həm də uşaq hüquqlarını bilməlidir. Ondan sonra belə mərkəzlərin fəaliyyəti tam formalaşmış olur.  Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Məişət Zorakılığı Qurbanları ilə Reabilitasiya işi aparmaqla bağlı akkreditasiyadan keçmək mütləqdir. Ümumiyyətlə Azərbaycanda çox az sığınacaq var. Bildiyim qədərilə akkreditasiyadan keçmiş 3 sığınacaq Bakıda, biri isə Gəncə şəhərində fəaliyyət göstərir. Digərlərinin isə akkreditasiyası ilə bağlı məlumatım yoxdur. Ötən il, hər bir sığınacağın fəaliyyətinin araşdırılması ilə əlaqədar monitorinq qrupları yaradıldı. Komissiyanın tərkibinə aidiyyatı qurumların, nazirlik və komitə nümayəndələri qatılmışdı. Onlar bizim sığınacaqda da oldular, bütün prosesi izlədilər”.

Birlik sədri hesab edir ki, uşaqlara şiddət göstərdiyi müəyyən edilən sığınacaq əməkdaşlarına ciddi cəza verilməlidir, çünki onlar həm də dövləti təmsil edirlər: “Sevgi uşaq evində nə olub-olmadığını dəqiq deyə bilmərəm. Fikrimcə, hüquq-mühafizə orqanları hadisəni tam dəqiqliyi ilə araşdıracaqlar. Bugün uşaqların istismar edilməsində valideynləri ağır formada cəzalandırır və valideyn hüquqlarının məhdudlaşdırılması məsələsini qaldırılırsa, deməli, təşkilatlara daha ciddi yanaşmalıdırlar. Çünki burada söhbət uşağın qəyyumundan və valideynindən getmir, eyni zamanda dövlətdən gedir. Qanun qarşısında hər kəs cavab verməlidir.

Məlumat üçün qeyd edim ki, Azərbaycan Uşaqlar Birliyi – Uşaq Sığınacağında işləyən hamı il boyu müvafiq təlimlərdə iştirak edir və hər ay psixoloji yoxlanışdan keçir ki işini daha uğurlu həyata keçirə bilsin. Bizdə, sığınacaqda gecə-gündüz nəzarət sistemi mövcuddur. Bundan başqa, kadrlarımız beynəlxalq təlimlər görmüş peşəkar şəxslərdir. Əməkdaşlarımız il ərzində azı 4-5 dəfə peşə bacarıqlarının artırılması üçün təlimlərdə iştirak edirlər. Əlavə olaraq, hər ay sığınacağın bütün əməkdaşları, içi mən qarışıq, psixoloji testlərdən keçirilir. Çünki bizdəki uşaqlar ağır problemlər yaşayıblar. İstər-istəməz biz də bu çətinlikləri görüb evimizə apara, evin dərdlərini də bura gətirə bilərik. Nəticə etibarıyla xoşagəlməz hallar yarana bilər”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ