çərşənbə axşamı günü, 10 noyabr 2026
     

“Azərbaycan Polisinin xidmətinə təşəkkür belə yetməz!” - Jurnalist Aybəniz Abdulova

Image


Cəmiyyəti hər tərəfli tədqiq edən sosiologiya elminin əsasını cinayət sahəsi təşkil edir. Polisin əsas və başlıca vəzifəsi cəmiyyəti nisbətən təhlükəli cinayətlərdən və cinayətkarlardan  qorumaqdan ibarətdir.

Biz hər gün demək olar ki, beş dəqiqədən bir ehtiyatsızlıqdan və yaxud da ictimai yerlərdə  bilərəkdən  törədilmiş cinayətlərin şahidi oluruq. Belə hallarda zərərçəkmiş şəxs kömək üçün ilk olaraq aidiyyatı üzrə yaşadığı və yaxud da hadisə baş verən ərazidə yerləşən Polis bölmələrinə müraciət etməli olur. 

Bütün əməllər şübhəsiz ki, cinayət sayıla bilməz. Xarakterinə görə müxtəlif olan, məsələn, qəsdən sağlamlığa az ağır zərər vurma (CM-in 127-ci maddəsi) və səhlənkarlıq (CM-in 314-cü maddəsi) kimi cinayətlərin ictimai təhlükəlilik dərəcəsini, eləcə də, eyni xarakterli, lakin müxtəlif növdən olan, məsələn, oğurluq (CM-in 177-ci maddəsi) və soyğunçulq (CM-in 180-cı maddəsi) kimi cinayətlərin təhlükəlilik dərəcəsini, bu cinayətlərə görə məsuliyyət müəyyən edən normaların sanksiyalarını müqayisə etməklə fərqləndirmək olar. 

Bəli, baş verən hadisələrin mülki və ya cinayət tərkibli olub-olmamasından asılı olmayaraq ümumiyyətlə, çox sevindirici haldır ki, Azərbaycan Polisi ona müraciət edən  istər sərxoş, istər dilənçi, istər xadimə, istərsə də əvvələr məhkum olunmuş hər bir vətəndaşını ayrı-seçgilik etmədən qəbul edir, problemini həm şifahi qaydada səbrlə sonacan dinləyir, həm də yazılı formada Ərizə və İzahatını alır. Öz xidməti borcunu qanun çərçivəsində  layiqli yerinə yetirir.

Peşəsindən, dilindən, şəxsiyyətindən, hörmətindən asılı olmayaraq  kiçik uşaqdan tutmuş, yeniyetmə, gənc, yaşlı, ağsaqqal olmaqla belə hər birimizin  yaxşı, sakit, xoşbəxt  yaşaması  üçün istirahət bilmədən, onlar hətta bayram günləri daxil olmaqla belə gecə-gündüz gücləndirilmiş iş rejimində çalışaraq təhlükəsizliyimizi  cinayətkarlardan, oğrulardan, narkamonlardan  və gələcəkdə hər an yarana biləcək təhlükələrdən qoruyur. Bu  məqamda gördüklərimin bir qismini  nümunə yazsam yerinə düşər.

Ölkəmizdə son zamanlar avtomobildə, zavodda yanğın baş verəndə, evdə kimsə köməksiz vəziyyətdə qalanda hadisə yerində  FHN-nin əməkdaşları olsa da belə, Polislərimizində  onlardan heç də geri,  kənarda qalmadığını, yanğının söndürülməsi üçün operativ olaraq onlarla çiyin-çiyinə çalışdıqlarını gördük. Günümüzdə  parkda, yolda valideyn məsuliyyətsizliyi balaca körpələrimizin  yıxılmasına səbəb olur. Bu halda rütbəsindən asılı olmayaraq ərazidə olan Polis əməkdaşlarımız  yıxılan şirin balalarımızın, həmçinin qüsurlu olduğundan əlil arabasına möhtac olub metroya düşə, yolu keçə bilməyən çoxsaylı vətəndaşlarımızdan öz köməkliyini, dəstəyini bir an belə əsirgəməyiblər.  Mən  belə halları dəfələrlə  kənardan müşahidə etmişəm və həmişə şahidi olmuşam.   Yuxarıda  qeyd etdiklərimi  və  buna bənzər bir çox  hadisələri nəzərə alsam, Polislə bağlı jurnalist olaraq düşünürəm ki, Azərbaycan Polisinin  xidmətinə  təşəkkür  belə  yetməz!

Ölkəmizin qeyrətli  və vicdanlı  polislərindən   yazmaq  bir  jurnalist kimi  çətin  və  məsuliyyətli  olduğu  qədər də  mənim üçün  çox şərəflidir.  Bu, şərəfli olduğu  qədər də məsuliyyətli  bir  işdir.  Bu yükün  ağırlığını məqalə  yazma  prosesində  dəfələrlə  hiss etdim.

Elə haqqında söhbət açacağım, Yasamal rayon Polis İdarəsinin ləyaqətli  polislərindən  biri, İstintaq Şöbəsinin Rəisi VÜQAR MƏCİDOV haqqında   yazmağa  başlarkən  bu narahatlıq  və  məsuliyyət hissi bir az da artdı.

Bu məqaləmin  yazılması  heç də xoş bir təsadüflə bağlı deyildi. Təəssüf ki, insan ömrü  yalnız  xoşbəxt  günlərin  deyil, həm də bədbəxt  hadisələrimizin silinməz  tarixidir.

Ömrü boyu sözündə, işində məsuliyyətli, vətəndaşlara, hadisələrə münasibətində  ədaləti  həyat  kredosuna  çevirən  həssas  valideyn  Vüqar  müəllim haqqında yazmaq  məni  çox  xoş məqamlara aparır. 

Rəislə ilk tanışlığım kabinetində  olmuşdur...

Tanıyanlar yaxşı bilir, ilk baxışdan sərt  görünsə də, köməyini heç bir vətəndaşdan, heç kimdən əsirgəməyib. O, problemləri ilə müraciət edən vətəndaşlara  heç vaxt biganə qalmayıb.

O, alicənab rəisdir. Onun otağına daxil olanda məni az qala öz böyüyü kimi qarşılasın.  Yuxarı rütbəyə sahib olsa da,  özünü yuxarıdan aparmır. Vətəndaşlarla ünsiyyətdə çox sadə insandır. Onunla söhbət etmək  xoşdur. Vüqar müəllimin  vətəndaşları  səbrlə dinləmək bacarığı var. O, öz  sahəsi üzrə ən yüksək pillədə dayanan Polislərimizdəndir.  

Vüqar  Məcidovu fərqləndirən xüsusiyyətlərdən biri də həmişə qəbuluna gələn  vətəndaşlara  bilmədiklərini  səbrlə, qanunla geniş qaydada  hüquqlarını izah etməsi, öyrətməsidir.

Vüqar müəllim işgüzar adamdır. İşində çox dəqiqdir.  Özünə  və onunla birgə  çalışdığı  əməkdaşlara qarşı  çox tələbkardır.  Çalışır ki,  verilən qərarlar qanun çərçivəsində  olsun.  Kollektivlə  çox yaxşı münasibəti var. İdarədə  bütün əməkdaşlar Vüqar müəllimə hörmət bəsləyir.  

Vüqar Məcidov  çox vicdanlı,  dövlətinə sadiq, öz peşəsini sevən, peşəsi ilə fəxr edən, yorulmadan  xidmət edən Azərbaycan Polisdir!

Təbii ki, rəisin bu xüsusiyyətləri  jurnalist  üçün çox xoşdur.  Çünki, cinayət işlərində dəqiqlik  və qanun çox vacib amillərdəndir.

Vüqar  müəllim hər zaman DİN rəhbərliyinin diqqət və qayğısını hiss edib. Bəlkə də, bu səbəbdən  o bu yaxınlarda cənab  Nazirimiz Vilayət Eyvazovun  imzaladığı   əmrlə  Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

O, qısa zaman kəsiyində xidmət etdiyi ərazidə vətəndaşların rəğbətini və etimadını qazanıb. Ona güvənir, etibar edirlər.

Vüqar müəllimə olan hörmətimin əsas səbəbi onun yüksək  xidməti peşəkarlığı, işgüzarlığı, prinsipiallığı, ciddiliyi, sadəliyi və xeyirxahlığı ilə şərəfli, vicdanlı polis,  sədaqətli dost, ləyaqətli ailə başçısı olmasıdır. Ümumiyyətlə,  onda cəmləşən ən gözəl xüsusiyyətləri heç tərəddüd etmədən yaza bilərəm.

Rəis haqqında danışmaq, söz demək  və məqalə yazmaq mənim üçün qürurvericidir. Çox xoşbəxt jurnalistəm ki, Vüqar  müəllim kimi dostum var.

Növbəti layiqli və nümunəvi bir dövlət xidmətçisindən biridə İstintaq Şöbəsində Polis Baş Leytenantı, Müstəntiq KAMRAN XALƏDDİN OĞLU NAMAZOVdan söhbət açacağam...  

Böyük əzm sahibi olan  Kamran müəllimin  şəxsiyyəti, polis fəaliyyəti şəffaf bir həqiqətdir. 

Bu illər ərzində o, Polis Baş Leytenantı kimi mühüm tapşırıqlarla çətin sahələrə göndərilmişdir. Heç kim onu qolundan tutub qaldırmamışdı. Özü öz gücünə qalxıb yüksəlmişdi. Polis  zabiti olaraq ən çətin tapşırıqların öhdəsindən layiqincə gəlir.

Onu yaxından tanıyanlar yaxşı bilir ki,  Kamran Namazov  çox vicdanlı‚ işində dürüst‚ çox insanpərvər‚ ləyaqətli‚ dövlətçiliyə bağlı olan‚ dövlətini və peşəsini sevən bir Polisdir. 

Kamran Namazov həyatda çox çətinliklərlə, təhlükələrlə üzləşib, amma öz yolundan dönməyib, inamla məqsədinə doğru  gedibdir. Sonda zabit  rütbəsini qazanıb. Kamran Namazovdan ona görə yazmağa dəyər ki, ləyaqətli Polis və müsbət auralı insandır. Onunla ünsiyyətdə olmaq bir jurnalist kimi mənə pozitiv enerji verir.  

Onu həmkarlarından fərqləndirən cəhət o, humanist polisdir. Təhqiqatçının etməli olub, amma etmədiyi xidməti funksiyasını yerinə yetirən polis zabitidir. Sadəliyi ilə, canıyananlığı ilə vətəndaşların dərin hörmətini qazanıb.

Belə ki, vaxtilə Suraxanı rayon  33-cü  Polis bölməsində  işlədiyi illərdə onunla çiyin-çiyinə işləmiş, onunla bir yerdə çətin istintaq-əməliyyat tədbirlərində iştirak etmiş  vətəndaşları, hadisələrin şahidlərini, uşaqlıq dostlarını, polis həmkarlarını dinlədikdə – hamısı bir ağızdan  Kamran Namazovun kişiliyindən, mərdliyindən, yüksək  peşəkarlığından, vətənpərvərliyindən,  dövlətə sevgisindən, namus-qeyrətindən, dövlətə, ailəyə, torpağa bağlılığından söz açmalarının şahidi oldum.

Son dərəcə xeyirxah və mərd polisdir. Bu, onun ürəyinin hümanistliyindən irəli gəlir. Sədaqət, etibar onun canında-qanındadır, soyunda-kökündədir. Ehtiyacı olan hər bir Azərbaycan vətəndaşına yaxşılıq, xeyirxahlıq etməyi bacardığından özünə dost qazanıbdı. Özü də dostluq, etibarlılıq nümunəsi göstərən qeyrətli oğullardandır.

Düşünürəm ki,  oxucularımızı  məlumatlandırmaq  lazımdır ki, belə vicdanlı  Polislərimizi   tanısın. Polisdən yazdıqca üzümdə xoş təbəssüm yaranmağa başlayır. Çünki, mən Azərbaycan Polisinə, onun  fəaliyyətinə və xidmətinə  inanıram.

Vüqar müəllim və Kamran müəllimin xidmətindən çox razıyam. Onlar hər zaman neçə-neçə cinayətlərin qarşısını alıblar. Belə xidmət göstərən Yasamal rayon Polisindən necə narazı qala bilərəm?

Mən Azərbaycan Polisinə  etibar edirəm və edəcəyəm. Nə vaxta kimi mən varam, mənim üçün Polis də var.

Vüqar Məcidov və Kamran Xaləddin oğlu Namazov kimi dəyərli Polislərdən ona görə yazmaq lazımdır ki, onların Vətən, xalq və dövlət  qarşısında xidmətləri, əziyyətləri unudulmasın.  Onların davranışı, hünərləri,  kişilikləri  vətəndaşlarımıza örnək olsun.  Mən fəxr edirəm ki, mənim belə Polisim  var, etibarlı, güvənli,mərd!

Amma çox təəssüf  hissi ilə qeyd etməyə məcburam ki, ölkəmizdə  vətəndaşların Polisə münasibəti birmənalı deyil...

Bilənlər bilirlər, unudanlar  xatırlasınlar, bilməyənlər bilsinlər ki, Azərbaycanda xidmət edən  heç bir  Polis vətəndaşla kobud  rəftar edə bilməz. Azərbaycan Polisi heç kimi şərləyərək həbs etdirə bilməz.

Amma, kim cinayət törədərsə, onda həmin şəxs barəsində qanunda nəzərdə tutulan cəza tətbiq ediləcəkdir. 

Odur ki, heç bir cinayət cəzasız qalmamalı, heç bir xidmət, unudulmamalı, heç nə yaddan  çıxmamalıdır!

Aybəniz ABDULOVA,
“Azərbaycan Jurnalistlər Birliyinin üzvü”, Jurnalist-yazar, araşdırmaçı.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ