Əqli Mülkiyyət Agentliyi sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı üzrə iddiaçilara müraciət edib.
Müraciətdə deyilir:
"İyunun 2-dən etibarən sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı üzrə iddia sənədlərinin qəbulu yalnız Patent və Əmtəə Nişanlarına Açıq Hədəf (PƏNAH) onlayn sistemi vasitəsilə elektron formada və ya bilavasitə kağız daşıyıcıda Əqli Mülkiyyət Agentliyinin Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları 124 ünvanında yerləşən binasında həyata keçiriləcək".