çərşənbə axşamı günü, 10 noyabr 2026
     

ƏLƏDDİN ALLAHVERDİYEV – 75 - FOTO

Image


Yaxşı yadımdadır. 2016-cı ilin əvvəlləri idi. Feysbukdakı “Ulu Göyçə” qrupunun aktivi Fəridə Qədimovadan messengerimə bir mesaj daxil oldu: “Salam, Araz Yaquboğlu. Sizin vikipediyadakı fəaliyyətinizi alqışlayır, alimlərimiz, şairlərimiz, tarixi şəxsiyyətlərimiz haqqında yaratdığınız məqalələrə görə şəxsimdən sizə təşəkkür edirəm. Əgər mümkün olarsa, mənim qardaşım haqqında da səhifə yaratmaq olarmı?”

Açığı deyim ki, Fəridə xanımın qardaşını tanımadığımdan: “Qardaşınız haqqında əldə olan məlumatları göndərin baxım, ensiklopedik olarsa yaradaram”, – dedim. O, bir neçə gün sonra qısa da olsa bir məlumat göndərdi. Baxdım ki, Fəridə xanımın qardaşı professordur. Bu ilkin olaraq onun ensiklopedikliyinin bariz sübutu idi. Və beləcə professor Ələddin Allahverdiyevlə qiyabi də olsa, tanışlığımız başladı. Ələddin Allahverdiyev haqqında ciddi araşdırmalar apardım. Düzdür, Ələddin müəllimin bir çox elmi işləri məxfi olduğundan müəyyən çətinliklər də vardı. Buna baxmayaraq, etibarlı mənbələrə əsaslanaraq 2 aprel 2016-cı ildə vikipediyada məqaləni yazmağa başladım. Bu haqda Fəridə xanım qardaşı Ələddin müəllimə məlumat verdikdən sonra o mənə mesaj yazaraq minnətdarlığını bildirdi və hətta qeyd də etdi ki, bəlkə də lazım deyildi. Mən isə ona bildirdim ki, Ələddin müəllim, təvazökarlıq etməyin, sizin haqqınızda mən artıq çox məlumatlıyam. Siz işlədiyiniz institutda birinci prorektorsuz, sizin tətbiqi riyaziyyat, fizika, mexanika sahəsində elmi nailiyyətləriniz, elmi adınız, ixtiralarınız, dövlət təltifləriniz var.

2016-cı ilin 3-4 iyun tarixlərində Bakı şəhərində Dünya Azərbaycanlılarının IV qurultayı keçirilirdi. Ələddin Allahverdiyev də 50 ildən çox yaşadığı Moskva şəhərindən bu qurultaya dəvət olunmuşdu. 50-yədək ölkədən 500-dən çox qonağın qatıldığı bu qurultayda, eləcə də bundan əvvəlki bütün qurultaylara Ələddin Allahverdiyev hər zaman dəvətli olub. Bir gün öncədən danışdığımız kimi, qurultaydan sonra “Alov qüllələri” kompleksinin qarşısında görüşdük. Bu görüşü hərdən yada salır, unudulmaz bir gün kimi xatırlayıram. Bir az gəzişib söhbət etdikdən sonra Ələddin müəllimin bacısı oğlu Elvin Musayev (Allah rəhmət eləsin, çox nurlu insan idi, sonralar, 2020-ci ildə Elvin 35 yaşında koronavirusdan vəfat edəcəkdi) gəlib bizi maşınla Hüseyn Cavid bağına apardı. “Yaşıl kafe”nin həyətindəki iri şam ağaclarının kölgəsində əyləşib pürrəngi çay içə-içə müxtəlif mövzularda şirin söhbətlər etdik. Hüseyn Cavidin heykəli qarşısında xatirə şəkli çəkdirdik. Bu Ələddin müəllimlə əyani olaraq ilk görüşümüz idi.

Professor Ələddin Allahverdiyevlə sonralar əlaqələrimiz daha da sıxlaşdı. Bizi biri-birimizə daha çox Göyçə mövzusu bağladı desəm, heç də yanılmaram. Ələddin müəllim üçün Göyçə mövzusu ən ali, ən vacib məsələdir. 2017-ci ildə görüləcək işlərin yazılı planı ilə o, Göyçəliləri bir araya gətirə bildi. 2021-ci ildə Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunmasının, bunun yüksək səviyyədə keçirilməsinə gecikmədən başlanılmasının vacibliyini, sosial şəbəkələrdə, mətbuatda, televiziyada təbliğata başlanılmasını lazım bildi. Elə son nəticə də onun dediyi kimi oldu. Keçən il Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi ilə bağlı respublika prezidenti İlham Əliyev sərəncam imzaladı. Pandemiya olmasına baxmayaraq, tədbirlər qaydalara uyğun yüksək səviyyədə keçirildi. Bakı şəhərində Aşıq Ələsgərin heykəlinin də ucaldılması üçün ayrıca sərəncam verildi.

2017-ci ilin 29 mayında Ələddin Allahverdiyevin 70 illik yubileyi anasının və bir çox doğmalarının yaşadığı qədim Gəncə şəhərində təntənəli qeyd olunmuşdu. Bundan sonra iyunun 3-də Bakı şəhərində də yubiley mərasimi Monte Kristo restoranında keçirildi. Tədbirdə Ələddin Allahverdiyevin yaxınları, həmkəndliləri, ürək dostları iştirak edirdi. Tədbir çox möhtəşəm keçdi. Hamı ürək dolusu Ələddin müəllimdən söz açdı, sağlıq dedi, köhnə xatirələr çözələndi. Xoş bir gün yaşadıq.

Bu günlərdə artıq Ələddin müəllimin 75 illik yubileyi qeyd olunacaq. İstədim onun haqqında nəsə yazım. Yazmağa çətinlik çəkirəm. Çünki onun haqqında yazmaq bir məsuliyyətdir. Asan deyil.

2017-ci ildə Ələddin Allahverdiyevdən 70 illik yubileyi ərəfəsində çalışdığım “karabakhmedia.az” saytının baş redaktoru Ramil Cəbrayıl ilə birlikdə müsahibə götürmək fikrimiz olsa da, bu müxtəlif səbəblərdən 2018-ci ildə baş tutdu. “Uşaqlığım və gəncliyimlə bağlı iki müqəddəs yer var: Göyçə və Bakı” başlıqlı müsahibə Azərbaycanın bir neçə aparıcı saytlarında və “Türk dünyası ağsaqqalları” qəzetində dərc olundu. 2019-cu ilin sonlarında isə şair-jurnalist Arif Məmmədli ilə Ələddin müəllimin Bakıda qonaq olmasından istifadə edib onunla görüşdük. Bu görüşün nəticəsi də “Azərbaycanı ləyaqətlə təmsil edən böyük alim” adlı maraqlı bir məqalənin yaranmasına səbəb oldu. Bu məqalə “Xalq qəzeti”nin 12 yanvar 2020-ci il tarixli sayında çap olundu. Hər iki yazıda Ələddin müəllimin həyat və fəaliyyəti ilə bağlı xeyli açıqlamalar vermiş, keçmiş SSRİ və Rusiya kimi dövlətlərin elmi ictimaiyyətində kifayət qədər tanınan bir alim haqqında Azərbaycan cəmiyyətinə az da olsa məlumat verməyə çalışmışıq.

Ələddin müəllimin maraqlı həyat tarixçələri var. Məsələn, o, IV-V siniflərdə oxuyarkən Moskva Dövlət Universitetinin (MDU) qülləli binasının şəklini görmüş, xoşuna gəlmiş, “Mən burada oxuyacam” fikri xəyalından keçmiş və bu arzusu illər sonra reallaşmışdır. Digər bir nüans. Göyçədə ataya müraciətin ən çox işləndiyi müraciət forması Qağa və Dədə idi. O da atasına Dədə deyə müraciət edərmiş. Birinci sinfə, özü də yaşıdlarından da bir il tez orta məktəbə gedərkən əlifba dərsliyində oxuyur ki, valideynə ata deyirlər. O həmin gündən başlayaraq dədəsinə ata deyə müraciət edir. Bu dediklərim kiçik detallar olsa da, onun gələcəkdə böyük bir şəxsiyyət olacağından xəbər verirdi.

Hələ orta məktəbdə oxuyarkən şeir yazmağa başlamış, şeirləri “Bolluq uğrunda” adlı Basarkeçər rayon qəzetində dərc olunmuşdur. Özü də ilk şeiri IV sinifdə oxuyarkən çap olunub. Sonralar ədəbiyyat müəllimi olan Qəşəm Aslanovun məsləhəti ilə o da rayon qəzetinin redaksiyasında keçirilən ədəbi məclislərin ən kiçik yaşlı üzvü olur. Poeziya vurğunu Ələddin müəllimin Moskvada oxuyarkən yataqxana otağından iki şeir dəftəri oğurlanır. Bu hadisə ona pis təsir edir, şeir yazmaq həvəsini “öldürür”. Poeziyanın vurğunu Ələddin müəllimin son illərdə Göyçəyə həsr etdiyi şeirini oxuculara təqdim etmək istədim:

 

Nur alıb nurundan işıqlanmışam,

Səndən başlayıbdır talem, a Göyçə!

İllərdi qürbətdə səni anmışam,

Hicrinlə inləyir naləm, a Göyçə!

Səndən başlayıbdır talem, a Göyçə!

 

Sən ömür bəzəyim – müqəddəs Anam,

Mən sənin övladın, qərib oğlunam.

Daim səcdəndəyəm, sadiq qulunam,

Adım çağrılsa da alim, a Göyçə!

Səndən başlayıbdır talem, a Göyçə!

 

Qartal yaraşığı əngin göylərin,

Dağın əzəmətli, bulağın sərin.

Saz sənin zinətin, söz sənin zərin,

Onlarla açılıb dilim, a Göyçə!

Səndən başlayıbdır talem, a Göyçə!

 

Dillərdə əzbərdi SÖZ ərənlərin,

Halal zəhmətiylə bar dərənlərin.

Dosta süfrəsini gen sərənlərin,

Onlarla tanınır elim, a Göyçə!

Səndən başlayıbdır talem, a Göyçə!

 

Tarix dalğalanır Göyçə gölündə,

Qəlb coşur Ələsgər adı gələndə.

Alının sazlarda sözü güləndə,

Min rəngə boyanır halım, a Göyçə!

Səndən başlayıbdır talem, a Göyçə!

 

Güc alıb gücündən pöhrələnmişəm,

Sazından, sözündən bəhrələnmişəm.

Adınla daima qürrələnmişəm,

Çətin anlarımda Qalam, a Göyçə!

Səndən başlayıbdır talem, a Göyçə!

 

Gecələr yuxumun həmdəmi sənsən,

Qərib həyatımın gündəmi sənsən.

Nisgili, sevinci, sitəmi sənsən,

Sənsən gərdişimdə haləm, a Göyçə!

Səndən başlayıbdır talem, a Göyçə!

 

Qəlbimdə izi var hər günün, ayın,

Başı qarlı dağın, çağlayan çayın.

İlkin göz açdığım ətirli mayın,

Bir an xəyalına dalım, a Göyçə!

Səndən başlayıbdır talem, a Göyçə!

 

Cismim qucağından uzaq olsa da,

Hicran qəm sazında hava çalsa da.

Ələddin yad eldə yuva salsa da,

Daim səninlədir, könlüm, a Göyçə!

Səndən başlayıbdır talem, a Göyçə!

 

Ələddin Allahverdiyevin Bakıda keçirilən 70 illik yubileyində mənə iki nüans çox maraqlı gəldi. Bu onun Azərbaycan musiqilərinə çox qəşəng rəqs etməsi və danışarkən bir kəlmə belə qeyri dildə olan sözləri işlətməməsi oldu. Təxminən o tədbirdən bir il sonra ondan müsahibə alanda o mövzuda da ona sual verdik. O isə sualı belə cavablandırdı: “Hər bir insanın, xüsusən elm adamının bir neçə dil bilməsi yaxşıdır, bəlkə də zəruri və vacibdir, bu onun şəxsi qazancı, inkişafı, qarşıya qoyduğu məqsədin reallaşması üçün köməkdir. Öz ana dilini olduğu kimi qoruyub saxlamaq isə onun özünü olduğu kimi saf, tərtəmiz qoruması deməkdir. Əks halda, dilini unutması, qarışdırması milli mənsubiyyətini itirməsi deməkdir. Bağışlayın, bir qədər pafosla səslənsə də, mənim üçün ana dilim, dinim və milli mənsubiyyətim qanıma keçərək həyatımın varlığının mənasına çevrilmişdir. Ana dilimizdə danışarkən əcnəbi sözlər işlətməmək dilimizin çox zəngin olduğunu göstərir, sübut edir. Musiqi və rəqsə gəlincə, elə dünyanın ən gözəl musiqisi də, rəqsi də bizim xalqa məxsusdur. Ad günümdə iştirak edən bütün dostlara bir daha təşəkkür edirəm. Deyim ki, bir çox yuvarlaq ad günü məclisləri Moskvada həm qohum-tanışlarla, həm də qeyri dostlarla, həmkarlarla birgə qeyd olunub, orda da elə bizim milli musiqi və rəqslərimiz və sözsüz ki, saz havaları olub. Moskva Dövlət Biznesi İdarəetmə Akademiyasında prorektor işlədiyim dövrdə keçirilən ayrı-ayrı bayram şənliklərində iştirak edən həmkarlarım həmişə məclisin kulminasiya zirvəsini – Azərbaycan oyun havalarının səslənməsini gözləyərdilər. Bu anda məclis xeyli canlanar, xüsusi bir rövnəq alardı. Mən isə qürur içində hər bir həmkarımla, xüsusilə qadın həmkarlarımızla rəqs etməkdən və onların gündən-günə bizim oyun ritmlərini öyrənmələrindən zövq alardım”.

Ələddin müəllim ilk növbədə böyük alimdir. MDU-nu bitirdikdən sonra elə həmin universitetin aspiranturasında saxlanılmışdır. Bundan sonra çox ciddi elmi yeniliklərə imza atıb. Özü də onun bir çox elmi işləri məxfi sayılır və onların geniş ictimaiyyətə açıqlanması yasaqdır. O, məxfi elmi-texniki işləri də daxil olmaqla 450-dən çox monoqrafiya, ixtira, elmi məqalə, dərslik və dərs vəsaitinin müəllifidir. Dərslikləri Rusiya Federasiyası Ali Təhsil Nazirliyi tərəfindən dərslik kimi qəbul edilmişdir. Bu əsərlər Moskva Dövlət Universitetinin, Rusiyanın digər müvafiq ali təhsil məktəblərinin nüfuzlu alimləri tərəfindən yüksək qiymətləndirilmişdir. Bu dərsliklər əsasında uzun illər professor Ələddin Allahverdiyev özü də işlədiyi Akademiyada tələbələrə mühazirə oxumuş, məşğələlər aparmışdır. Ələddin müəllim 30-a qədər beynəlxalq, ümumittifaq elmi konfrans, simpozium və qurultaylarda 60-dan çox, o cümlədən 12 sifarişli, plenar məruzələrlə çıxış etmişdir. Professor Ələddin Allahverdiyevin elmdə əldə etdiyi bir neçə yenilik haqqında qısaca nüansları qeyd etmək istərdim. O, tələb olunan tezliklə rəqs edən və əvvəlcədən müəyyən olunmuş ayrı-ayrı fiziki xarakteristikalara cavab verən, minimum kütləyə və ya həcmə malik olan pyezoelektrik elementlərin optimal formasını təyin etmək məsələsini həll edən ilk alimdir. Bu tipli məsələlərin həllində Ələddin Allahverdiyev riyaziyyatda məşhur olan Pontryaginin maksimum prinsipini ilk dəfə tətbiq etmişdir. Bu məsələlərin həlli süni peyk və kosmik gəmilərdən vacib elmi-texniki məlumatların uçuşları idarəetmə mərkəzinə verilməsi üçün yaradılan pyezoelektrik ötürücülərdə uğurla istifadə olunmuşdur. O, elektroelastiqiyyət nəzəriyyəsinin iki və üçölçülü dinamika məsələlərinin həllinə ümumiləşmiş variasiya prinsipi əsasında sərhəd və sonlu elementlər metodlarını ilk dəfə uğurla tətbiq edən alimlərdəndir. Variasiya prinsipinin tətbiqi pyezoelektrik elementlərin rabitəli rəqslərinin çoxsaylı məsələlərinin həllinə də uğur gətirmişdir. Disk formalı pyezokeramik membranlarda mexanikanın dinamika məsələlərində çox mühüm olan “kənar effekti”nin mövcudluğunu nəzəri cəhətdən ilk dəfə Ələddin Allahverdiyev aşkar etmişdir.

Ələddin müəllimin insani keyfiyyətlərini, mənəvi dünyasını əks etdirən bir nüansa da xüsusi diqqət yetirmək istərdim. Yüksək elmi nəticələr əldə etmiş, böyük həyat təcrübəsinə malik alim öz memuarlarını ona orta məktəbdə dərs keçmiş müəllimləri haqqında xatirələrdən başlayıb. Belə ki, “Müəllimlərim haqda xatirələr” silsiləsindən olan 3-4 məqalədə 10-dan çox müəllimi ilə olan xatirələrini dilə gətirmiş, peşəkar publisist kimi axıcı bir dillə qələmə almışdır. Bu xatirələrin hər biri özü-özlüyündə çox informativ məqalələrdi. Məsələn, məktəb direktoru İskəndər Hacıyevlə olan dialoqunu bir nəfəsə oxumamaq olmur. Yazını oxuduqca adamın ürəyinə yağ kimi yayılır. Digər müəllimləri Musa Kərimov – Şair Musa, eləcə də Murğuz Novruzov haqqında olan xatirələr də eyni ruh yüksəkliyi ilə qələmə alınıb. Doğulduqları kənddə və Moskvada dostluq, yoldaşlıq etdiyi Məmmədhəsən Qafarovla bağlı xatirələri də səmimi qəlbdən yazılıb. Məhz bu səmimiyyətdəndir ki, xatirələr şirin alınıb. Ələddin müəllimin xatirələr seriyasının zirvəsi Qəşəm Aslanov haqqında olanıdır desəm, səhv etmərəm. Bu bir oxucu fikri olsa da, xatirəni oxuyan digər şəxslər də mənimlə həmfikir olarlar. Çünki, bu xatirədə hələ sovetlər birliyinin kəshakəs dövründə o cür fikirlərin olması və bu fikirlərin Bakı ilə Moskva arasında məktubla göndərilməsinin nə qədər qorxulu olduğunu çox yaxşı anlayıram.

Ələddin müəllim kimi şəxsiyyətlərin hər zaman maraqlı memuarları olur. Belə memuar-xatirələr geniş oxucu kütləsinin mütəmadi diqqət dairəsində olub. Bir neçə dəfə Ələddin müəllimlə söhbətlərimizdə təklif etmişəm ki, bu mövzuda bir kitab yazsın.

Professor Ələddin Allahverdiyev haqqında nə qədər danışılsa, nə qədər yazılsa da hesab edirəm ki, azdır. Ələddin müəllim elmi fəaliyyətinə görə dəfələrlə Rusiya dövlətinin müxtəlif təltifləri ilə mükafatlandırılıb. “Moskvanın 850 illiyi” dövlət medalı, Ümumrusiya Sərgi Mərkəzinin qızıl medalı, “M.V. Lomonosov adına MDU-nun 250 illiyi” yubiley medalı və digər çoxsaylı təltiflər bu qəbilbəndir. Professor Ələddin Allahverdiyev 2019-cu ildə daha iki möhtəşəm medalla təltif olunmuşdur. Bunlar, elm və texnika sahəsində yüksək nəticələr əldə etmiş alimlərə verilən Rusiya Elmlər Akademiyasının nəzəri və tətbiqi mexanika komitəsinin təsis etdiyi Sosialist Əməyi Qəhrəmanı, akademik Xəlil Əhmədoviç Raxmatulin adına və Rusiya Kosmonavtika Federasiyasının təsis etdiyi Sosialist Əməyi Qəhrəmanı, kosmik proqramlar rəhbəri, general-leytenant, professor Georgi Aleksandroviç Tyulin adına medallardır.

Ələddin müəllim böyük alim olmaqla yanaşı, həm də nümunəvi ailə başçısıdır. O, 1978-ci ildə Məhsəti xanımla ailə həyatı qurub. MDU-nun məzunu Məhsəti xanım kimya elmləri namizədidir. Onların Toğrul və Aytən adlı bir oğlu, bir qızı var. Toğrul iqtisad elmləri namizədidir, Amsterdamda öz ixtisası, riskləri idarəetmə üzrə, “Eurasian Resources Group” kompaniyasında icraçı direktor vəzifəsində çalışır. Qızı Aytən isə həkimdir, Qətərin paytaxtı Doha şəhərində plastik cərrah işləyir. Ələddin müəllimin hər iki övladı ailəlidir, dörd nəvəsi var.

Bu yazını professor Ələddin Allahverdiyevin 2022-ci il may ayının 29-da qeyd olunacaq 75 illik yubileyi münasibətilə qələmə aldım. Onu bu yubileyi ilə əlaqədar səmimi qəlbdən təbrik edir, uzun ömür, cansağlığı arzulayıram. İnanıram ki, Göyçə bulaqlarının gözündən su içən, Göyçənin təmiz havasını udan Ələddin müəllim sağlıqlı və uzun bir ömür yaşayacaqdır.

Araz YAQUBOĞLU
Tədqiqatçı-jurnalist



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ