Azərbaycanın Milli Qəhrəmanı Paşa Qurban oğlu Təhməzov 1949-cu ildə Lənkəran şəhərində dünyaya göz açıbmışdı. Yaşasaydı, ömrünün 73-cü ilini yola salardı. Nə qəm? Paşa indi cismən aramızda olmasa da, Vətənə olan sevgisi ona əbədi həyat qazandırıb.
P.Təhməzov orta məktəbi bitirib Lənkəran şəhər Əhaliyə Məişət Xidməti Kombinatında usta köməkçisi işləyir. 1993-cü ilin avqust ayında cənub bölgəsində “Talış Muğan Respublikası” adı altında baş qaldıran daxili çəkişmədə cinayətkar dəstənin qarşısını almaqdan ötrü döyüşə atılır və 44 yaşında şəhid olur.
Qəhrəman Vətən oğlu Lənkəran şəhərin “Şəhidlər Xiyabanında” uyuyur. Şəhərdə küçələrin biri onun adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub, “23 Avqust” meydanında büstü qoyulubdur. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Paşa Təhməzova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü