çərşənbə axşamı günü, 10 noyabr 2026
     

ÜRƏYİMİN AYDINLIQ YERİ

Image


Hərdən belə olur; sevdiyin, dəyər verdiyin adam haqqında bir neçə kəlmə yazmaq istəyirsən. İstəyirsən, hazırlaşırsan, di gəl, yaza bilmirsən. Sözlər beyindən ürəyə süzülür, göllənir, durulur, elə ki ürəyini dolu dolça kimi götürüb aşırırsan ağ səhifənin üstünə, sözlər quru buz tüstüsünə çevrilib yayılır. Çiskin kimi, duman kimi axır, bulud kimi süzülür...

Sonra başa düşürsən ki, bəzən içindəki ülvi, səmimi hisslərini elə bil beyindəki gizli keşikçilər mühavizə edirlər, qoruyurlar. Qorxurlar ki, başqalarının dilinə düşməsin, kimlərinsə gözünə gəlməsin, qulağına çatmasın, əlində ucuzlaşmasın. Məhrəm qalsın. Amma gizlin keşikçilər sənə imkan verir ki, durulanmış gölün kənarına düşəsən, orda gizlədiyin adamın səltənətində onunla görüşəsən, danışasan. Danışdıqca, onun simasında bütün insanları sevəsən, inanasan ki, hamı onun kimidir. Deməli, dünya gözəldir. Onlar dünyanı sevdirən adamlardır.

Belə adamı necə sevməyəsən?

Ürəyimdəki səltənətinə getdiyim adamlardan biri Nəzakət xanımdır. Onun üçün ürəyimdə süzülüb durulmuş gölün çevrəsini gəzib qurtarmaq olmur, üzüb keçmək çətindir. Ona görə də heç nə yaza bilmirəm, eləcə kefim istəyəndə gedib görüşürəm. Duruluram, aydınlanıram, məhəbbətə, hörmətə, diqqətə, qayğıya bürünürəm.

Tale bizim tanışlıq yolumuza uzaq Kastamonuda düyün vurdu. Göyün yeddinci qatında dil tapdıq, sözümüz doğmalaşdı. Həm də ona görə doğmalaşdı ki, Nəzakət xanım sözə and içən adamdır. Sözünü özündə saxlayan, sözünü qoruyan, qədrini biləndir. Sözü balası kimi sevir Nəzakət xanım. 

Tanrı təbəssümü çiçəkləyibdir

Hər gözəl ananın nurlu üzündə.

Ayağı altına cənnət döşənib,

Allahın ətri var “ana” sözündə.

Allah təbəssümü Nəzakət xanımın üzündə bərq vurur. Elə ki, qarşısında oturursan bu təbəssümdən sənə də pay düşür. Bax, beləcə tanıdım. Tanıdıqca daha çox hörmətim artdı. Gördüm, Nəzakət xanım sözü balası kimi ona görə sevir ki, o hamının balasına ana olmağa çalışır. Bu qədər fədakardır.

Belə ananı necə sevməyəsən?

Respublika Xatirə Kitabında haqqında yazılan hər şəhid üçün ürəyini şam kimi yandırır. Gözünün  yaşıyla xatirələri yuyur. Onun üçün fərqi yoxdur kim kimin oğludur, harda, hansı kənddə, hansı rayondadır. Hamıya bağrının başında yer salır.  Bu yanğıyla, bu ehtiramla hər bir şəhidimizin xatirəsini əbədiləşdirmək üçün əlindən gələni edir. Onun üçün hər şəhid Vətəndir.

Bəlkə də borcundan çıxmadım, Vətən,
Ömür bahar deyil bir də qayıtsın.
Ölsəm də, qoynunda qoy ölüm ki, mən
Çürüyüm bir ovuc torpağın artsın!

Musa Yaqubun bu məhşur şeirinin ruhuyla yaşayır Nəzakət xanım. Vətən üçün yaşayır! Böyütdüyü övladlarını Vətənin keşiyinə göndərib. Amma hardasa daha sakit bir peşədə çalışa bilərdilər. Buna bir ana kimi şərait yarada bilərdi Nəzakət xanım. Gücü, imkanı çatardı. Amma o, Vətəni seçdi.

Arzum – ələ yaxıb sevinc hənası,

Dəyərdən ucadır ömrün mənası.

Vətənin qızıyam – zabit anası,

Zəfərin mübarək, komandir oğlum!

Nəzakət xanımın özü, şəxsiyyəti, amalı yazdığı bu dörd bənddə açıq-aydın görünür.

Belə şəxsiyyəti necə sevməyəsən?

“Danış, səni görüm” deyib müdriklər. Nəzakət xanım danışanda anlayırsan ki, doğru ünvandasan. Bütün hissləri gözlərindədir Nəzakət xanımın. Söhbətin mövzusu bir anda onu dünyanın ən xoşbəxtinə çevirə bilir; görürsən bu dey, üzündəki Allah təbəssümü bədirlənmiş Ay kimi buludların arxasından çıxdı. Bir də görürsən qara-qara buludlardan yaş süzüldü. Özgənin sevincini, özgənin dərdini yaşayır. Mən hələ bir dəfə də Nəzakət xanımın şəxsi dərdini, problemini danışıb gülən, kövrəlib ağlayan görmədim. Onun sevinci də, dərdi də başqalarından gəlir; ürəyinə saldığı adamlardan. Bir dəfə də olsun kiminsə işini, sözünü mövzuya salmaz. Danışar hansısa qəhraman şəhidin taleyindən, xatirəsindən, döyüş yolundan... Əzizləyə-əzizləyə hazırlayıb, ortaya çıxardığı “Yada düşdü” jurnalından fərəhlə söhbət açar. Bu fərəhin işığı onun gözlərində ulduz kimi bərq vurar. Görürsən ki, kimlərisə xatırladığı, xatırlatdığı, yada saldığı üçün xoşbəxtdir. Başqalarının yerinə xoşbəxt olmağı bacarır Nəzakət xanım.

Belə fədakarı necə sevməyəsən?

Elə ki, qapısından içəri girirsən, elə bir sevinclə, elə bir sevgiylə durub qənşərinə çıxır ki, adam qarşılaşdığı ilk andan onun müsbət aurasına bürünür. O qadındır, anadır, baş redaktordur, amma həmişə sadə, mehriban insanı görürsən. Çünki necə varsa elədir, özünü göstərmək fikrindən uzaqdır. Onu nə öz altındakı kreslo, nə də adının altındakı titullar dəyişə bilmir, özgələşdirmir, özünü özünə yadlaşdırmır, maskalaşdırmır. Səmimiyyət adamıdır Nəzakət xanım.

Belə insanı necə sevməyəsən? 

Ürəyinin işıqlı olmağını istəyən adam gərək orda işığı olan adamlara  yer versin.  Bax elə buna görə də tez-tez Nəzakət xanımı ürəyimdəki səltənətində ziyarət edirəm. Sevinirəm ki, belə bir insanın ürəyimdə yeri var, həmin yer aydınlıqdır.   

Vüsal NURU



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ