şənbə günü, 19 sentyabr 2026
     

İbtidai sinif müəllimlərinin sertifikasiyası əsl təhsil ekspertlərində niyə etiraz doğurub?..

Image


Müəllimlərin sertifikatlaşdırılması prosesinin birinci mərhələsində ibtidai təhsil səviyyəsi üzrə, təxminən, 11 min nəfərin ilkin qiymətləndirilməsi təmin ediləcək”. Bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib. O bildirib ki, mərhələli şəkildə növbəti illərdə digər müəllimlərin də cəlb olunması planlaşdırılır.

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov isə müəllimlərin sertifikatlaşdırılması prosesinin birinci mərhələsinə məhz ibtidai təhsil səviyyəsi üzrə çalışan müəllimlərin cəlb olunmasına aydınlıq gətirib. O deyib ki, təhsildə məzmunla bağlı islahatlar məhz ibtidai siniflərdən başlayır.

R.Əzizovun sözlərinə görə, ibtidai siniflər təhsilin vacib pilləsidir: “Çünki həmin mərhələdə qazanılan biliklər gələcək nailiyyətlərə də təsir edir. Müxtəlif təhlillər də onu göstərir ki, şagirdlərdə oxuyub-anlama, riyazi mülahizələrin yaxşılaşdırılmasına ehtiyac var. Bu da ibtidai sinifdən başlayır. Ona görə ilk növbədə həmin səviyyə üzrə qiymətləndirilmə aparılacaq”.

Ümumiyyətlə, ekspertlərin çoxu hesab edir ki, sertifikatlaşdırmaya ibtidai sinif müəllimlərindən başlanılması kökündən yanlışdır, bu, təhsil üçün ziyanlıdır. Ekspertlərin fikrimcə, ona görə ki, bu proses ibtidai sinif müəllimlərinin tez-tez dəyişdirilməsinə çevriləcək. İbtidai sinif müəllimlərinin eyni sinifdə stabil şəkildə ibtidai təhsil başa catana qədər qalması çox əhəmiyyətli bir məsələdir. Amma onların sertifikasiyaya cəlb olunması o deməkdir ki, müəllim sertifikasiyadan keçə bilməsə onun yerinə başqası gələcək, bu

da şagirdlərdə ciddi psixoloji problem yaradacaq. Bu, hətta bəzən bir ibtidai sinifdə bir neçə müəllimin dəyişməsinə gətirə bilər.
Bu ziyanlı tendensiyaya təhsil ekspertləri nə deyir?

  • Həbib Zərbəliyev: “Bu nə ibtidai, nə də yuxarı sinif müəllimlərinə lazımdır”

Professor Həbib Zərbəliyev “Bakı-Xəbər”ə bildirdi ki, nəinki ibtidai sinif müəllimlərinin, bütövlükdə müəllimlərin sertifikasiyaya cəlb edilməsi vaxt itkisindən başqa bir şey deyil: “Mən serifikasiya problemlərindən bir neçə ildir uzaqlaşmışam. Amma bu prosesin özü müəllimlərin vaxtını itirməsindən başqa bir şey deyil. Yaxşı müəllim həmişə yaxşı müəllimdir, öz üzərində çalışır. Setifikasiyada min cür hoqqalar çıxarılır. Hamısını eşidirik. Azərbaycan kiçik bir ölkədir, ona görə də hər şey hamıya məlum olur. Bunlar vaxt aparmaqdan başqa bir şey deyil. Bu nə ibtidai, nə də yuxarı sinif müəllimlərinə lazım deyil. Mənim fikrim birmənalı olaraq belədir. Əlbəttə, bu ziyanlı bir haldır. Müəllimə diplom veriblər. Müəllimin sertifikasiyaya cəlb olunması o deməkdir ki, o sertifikasiyadan keçə bilməsə ona diploma verən universiteti bağlamaq lazımdır. Müəllim ali məktəbi bitirib gəlib, orta məktəbdə nə qədər təcrübə əldə edib. Necə ola bilər ki, təcrübəli bir müəllim sertifikasiyadan keçə bilməsin? Serifikasiya keçirib müəllimləri yoxlayanların özlərini yoxlamaq lazımdır ki, görək bunu keçirməyə layiqdirlər ya yox? Adam Oksfordu bitirib gəlib və Təhsil Nazirliyində dünənki uşaq onu sorğu-suala çəkir ki, yox, hələ sən hazır deyilsən. Belə şey olar? Kiminsə adamını gətirib oturdublar orada sənin taleyini o həll edir”- deyə H.Zərbəliyev vurğuladı.

  • Kamran Əsədov: “Sertifikasiyanın ilk növbədə könüllü olması planlaşdırılır”

Tanınmış təhsil eksperti Kamran Əsədov isə ilk növbədə qeyd etdi ki, orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin attestasiyası axrıncı dəfə 1994-cü ildə tətbiq edilib. “Bundan sonra çalışanların biliklərinin yoxlanılması üçün heç bir addım atılmayıb. Yalnız 2014-cü ildə müəllimlərin diaqnostik imtahanları keşrilməyə başlandı. 2017-ci ilə qədər davam edən prosesdə 142 mindən çox müəllim iştirak etdi ki, onların 45 faziə qədərinin nəticəsi qənaətbəxş deyildi. Ona görə də yeni bir yoxlama mexanizminə keçmək lazım idi.  Yeni tətbiq ediləcək sertifkasiya attestasiyanın adının dəyişdirilmiş formasıdır. Hesab edirəm ki, bu proses ən yaxşı təhsilverənlərin müəyyənləşdirilməsinə, tədrisin keyfiyyətinin qaldırılması üçün minimal səviyyədə bir standartın tətbiq edilməsinə imkan verəcək. Sertifikasiyanın ilk növbədə könüllü olması planlaşdırılır, amma bir müddətdən sonra onun da müəyyən formada məcburi olması tətbiq edilməlidir. Sertifikasiya ilə attestasiyanın oxşarlığı olsa da, müəyyən fərqləri var. Belə ki, birincisi  sertifikasiya tam şəkildə attestasiya deyil. Sertifikasiya keçən müəllimə onun bilik və bacarığına müvafiq olaraq, differensial əmək haqqı da tətbiq edilə bilər. Hazırda ölkədə müəllimlərə əmək haqqı yalnız onların təhsil səviyyəsinə və stajına uyğun verilir. Amma differensial əmək haqqı tətbiq olunarsa - bunun adı üzərində iş gedir - artıq müəllimə təhsilinə və stajına görə deyil, onun bilik və bacarığına, yəni sertifikasiya imtahanında göstərdiyi qabiliyyətə uyğun əmək haqqı verilməsi planlaşdırılır. Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər də sertifikasiyaya iştirak edə bilərlər.

Qeyd edim ki, diaqnostik qiymətləndirmədə müəllimin ixtisas və metodiki bilikləri nəzərə alınır, amma onun peşəkarlığı ilə bağlı bütün cəhətlər nəzərə alınmır. Çünki diaqnostik qiymətləndirmənin özünün xidmət etdiyi konkret istiqamət var. Amma sertifikasiyanın daha geniş formatda olması vacibdir. Hesab edirəm ki, attestasiyanın yerinə tətbiq ediləcək. Sertifikasiya zamanı  müəllim yalnız test imtahanı verməsin, o, həm də müsahibə mərhələsindən keçsin. Yaxud müəyyən müəllimlərdən bilik və bacarıqlardan başqa qabiliyyət imtahanı verməsi də tələb olunsun”.

  • Elçin Əfəndi: “Burada artıq tanışlıq, rüşvət, korrupsiya məqamları olmamalıdır”

Digər tanınmış təhsil eksperti Elçin Əfəndi isə sertifikasiyanın ibtidai sinif müəllimlərindən başlanmasına şərh verərkən bildirdi ki, proses mərhələli şəkildı həyata keçiriləcək. “Ümumilikdə, sertifikasiyanın keçirilməsinin müsbət məqamları çoxdur. Özünüz də bilirsiz ki, indiyə qədər nə qədər saxta diplomla müəllim işləyənlər var. Eyni zamanda başqa sahələri bitirib müəllimliyə aidiyyəti olmayan adamlar da var ki, pedaqoji fəaliyyətlə məşğuldurlar. Bununla da onların ələnməsi prosesinə start verilir. Qaldı ki, proses niyə ibtidai sinif müəllimlərindən başlanılıb? Bu prosesə mərhələli şəkildə ibtidai sinif müəllimlərindən başlanılıb, sonra fənn müəllimləri də sertifikasiyadan keçəcəklər. Əlbəttə, imtahan keçiriləcəksə, burada təbii ki, hər hansı bir müəllimin əmək müqaviləsinə xitam verilə bilər. Sertifikasiyanın iyun ayına salınması təasdüfi deyil, çünki tədris ili başa çatır. Bir şagird bir müəllimə öyrəşsə də, o bilsin həmin müəllim sertrifikasiyadan keçməsin. Ortada bir neçə aylıq dövr var və həmin şagirdlər yeni müəllimi dərs zamanı tanıya biləcək. Şagird üçün vacib olan amil odur ki, ona dərs deyən müəllim savadlı olsun, müasir texnologiyaları bilsin, onlarla işləsin və s”.

Sertifikasiya prosesində müəyyən qanunsuzluqların olduğu haqda fikirlər var. Xüsusən, müsahibə prosesində müəllimlər problemlərlə üzləşir. Bu məsələyə gəlincə, mütəxəssis bildirdi ki, sertifikasiya keçirilirsə mütləq burada obyektivlik qorunub saxlanılmalıdır. “Burada mütləq şəffaf bir vəziyyət olmalıdır. Orada filankəsin qohumudur, tanışıdır, bu bu qədər ödəniş edib onu mütləq seritifkasiyadan keçirmək lazımdır, yaxud kimsə kiminsə qohumudur deyə sualları ona verməlidir. Təbii bu məqamlara mütləq nəzarət olunmalıdır. Əks halda, köhnə hamam, köhnə tas olacaq. Əlinin papağını Vəlinin başına qoymaqla biz heç nəyə nail ola bilməyəcəyik. Burada artıq tanışlıq, rüşvət, korrupsiya məqamları olmamılıdır. Əks halda effekt olmayacaq.

Burada bir müsbət məqam da ondan ibarətdir ki, müəllimlərin işə qəbulunda 8-9 min yer çıxarılırdı. İndi ən azından gözləyirik ki, təxminən 12-13 min yer çıxarılacaq. Bu da işsiz ordunun müəyyən bir hissəsin işlə təmin olunmasına gətirib çıxaracaq”-deyə E.Əfəndi qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

18.09.2026 / 14:52
"Kurtlar Vadisi"ndəki "Erdoğan" yazılı məzar daşı istintaq materiallarına əlavə edildi - İlginc...

18.09.2026 / 14:43
Pakistanda məscid yaxınlığında güclü partlayış - 15 nəfər həlak olub

18.09.2026 / 14:38
Alban-Udi xristian dini icması Ermənistanın revanşist münasibətini pislədi

18.09.2026 / 13:52
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd qabaqcıl F-35 qırıcı təyyarəsi satacaq - Çinə rəğmən…

18.09.2026 / 13:32
Paşinyan Rusiyaya rəsmən qapını göstərdi - Bizə sizin bazanız lazım deyil… bizi hədələməyin…

18.09.2026 / 13:08
“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

18.09.2026 / 12:33
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX

18.09.2026 / 12:30
İran Hörmüzdən keçməyə çalışan daha bir tankeri vurdu…

18.09.2026 / 12:16
“Məhəllə dərslərindən ölkə arenasına” — Teacher Haydar ilə müsahibə.

18.09.2026 / 12:10
BŞDYPİ Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət etdi

18.09.2026 / 11:12
Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə etdi

18.09.2026 / 11:05
Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlandı

18.09.2026 / 10:40
DTX beş ölkədə antiterror əməliyyatları keçirdi, 11 nəfər saxlandı - VİDEO

18.09.2026 / 10:27
SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

18.09.2026 / 07:02
Putin beynəlxalq korporasiyaların Rusiyadakı aktivlərini milliləşdirdi - “Auchan”, “Nestle”…

18.09.2026 / 06:56
Rusiyada Duma seçkilərinə start verildi - Yabloko seçkiyə buraxılmadı

18.09.2026 / 06:14
İranın TRİPP üçün iki şərti varmış - səfirdən açıqlama

18.09.2026 / 06:14
İranın TRİPP üçün iki şərti varmış - səfirdən açıqlama

17.09.2026 / 22:44
Trampa impiçment tələbləri getdikcə daha təhlükəli şəkil alır...

17.09.2026 / 22:18
Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

17.09.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfərinə dair görüntülər paylaşılıb

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ