Pensiya məbləği sosial müavinətdən necə aşağı ola bilər? - anormal görüntüyə ekspert şərhi...

Eldəniz Əmirov: “Pensiya məbləği sosial müavinətdən az ola bilər, bunun da müəyyən səbəbləri var”

img

Azərbaycanda şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinət təyin olunacaq. Bununla bağlı “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi parlamentin ötən iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Qanunun 7-ci maddəsində dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət, ailə başçısını itirməyə görə müavinət (7.0.5.1-ci maddə istisna olmaqla), müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyinatı şərti kimi şəxsin əmək pensiyası hüququnun olmaması göstərilir.

Təklif edilən dəyişikliklə şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinət təyin olunacaq.

Maraqlıdır, pensiya məbləğinin sosial müavinət məbləğindən az olması normal sayıla bilərmi? Ümumiyyətlə, pensiya məbləğinin sosial müavinət məbləğindən az olması nə dərəcədə düzgündür?

  • “Elə sosial müavinət növləri var ki, onların məbləği təqaüdçünün ala biləcəyi pensiya məbləğindən daha yuxarıdır”

İqtisadçı ekspert Eldəniz Əmirov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, qanunvericiliyə əsasən, pensiya alan şəxs sosial müavinət almamalıdır: “Eyni şəxsə həm sosial müavinət, həm də pensiya verilmir. Bunlardan yalnız biri verilir”.

Həmsöhbətimizin sözlərinə görə, pensiya məbləği sosial müavinətdən az ola bilər. Bunun da müəyyən səbəbləri var: “Elə sosial müavinət növləri var ki, onların məbləği təqaüdçünün ala biləcəyi pensiya məbləğindən daha yuxarıdır.  Nəzərə almaq lazımdır ki, sosial müavinətində müxtəlif növləri var. Əlillik, qazilik, şəhidlik, ailə başçısını itirmək, əmək qabiliyyətini itirməyə görə sosial müavinət təyin olunur. Həmçinin,  aztəminatlı  ailələrə sosial müavinət təyin olunur. Ümumiyyətlə, bir çox istiqamətlər üzrə sosial müavinət formaları var. O da məlumdur ki, pensiya məbləği o qədər çox deyil. Bu səbəbdən də sosial müavinətlərin pensiyadan yuxarı həcmdə olması realdır”.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər