Bazar günü günü, 08 noyabr 2026
     

İrəvan Kremllə açıq düşmənçiliyə başladı...

Image


Dünya miqyasında heç kimə sirr deyil ki, Ermənistan mövcudluğuna görə birmənalı şəkildə Rusiyaya borcludur. Elə indinin özündə də bu ölkə böyük ölçüdə siyasi və iqtisadi cəhətdən yenə Rusiyadan asılı olaraq qalır. Amma ötən il baş tutan məlum hakimiyyət dəyişiklyindən sonra Ermənistanda hakimiyyətə gələn qüvvələr Qərbə doğru meyillənməyə daha çox səy göstərirlər. Düzdür, bu istiqamətdə atılan addımlar da hansısa müsbət nəticə vermir. Amma əvəzində Moskvanı kifayət qədər qıcıqlandırır.

Real vəziyyətin təhlili isə Nikol Paşinyan iqtidarı sayəsində Moskva-İrəvan münasibətlərinin daha bərbad hala gələcəyini istisna etmir. Erməni mediası yazır ki, Rusiyanın Ermənistan ərazisində olan hərbi bazalarının "işğal" kimi qəbul edilməsinə dair cəmiyyətdə məhz Paşinyan iqtidarının təmsilçiləri tərəfindən aparılan təbliğat vəziyyəti daha da pisləşdirir. Bunun nəticəsində ermənilər, həmçinin Rusiyanın atom stansiyası, dəmir yolları, bir neçə elektrik stansiyası və digər strateji mühüm obyektlərə nəzarət etməsinin də "işğal" olduğunu hesab edirlər. Qafqaz institutunun direktoru Aleksandr İskəndəryanın fikrincə, bütün bunlar ona görədir ki, Paşinyan Rusiya-Ermənistan əlaqələrində effelktivliyin artırılmasında maraqlı deyil: “Düşünmürəm ki, indi qəfil dəyişikliklərdən danışmaq olar. Paşinyanın Ermənistanın əvvəlki kursunu davam etdirmək istəyi yoxdur, ancaq onun ətrafında disbalans var. Amma bu ağılsızlıqdır, Rusiyaya qarşı özünü belə aparmaq olmaz. Yeri gəlmişkən, digər nəhənglərlə də həmçinin”. Amma görünən budur ki, Paşinyan iqtidarı Rusiyanı daha da qıcıqlandıracaq addımlar atmaqda israrlıdır. Bunun təsdiqi kimi Paşinyanın nəzarətində olan Ermənistan parlamentində “Rossiya” dövlət kanalının yayımının məhdudlaşdırılmasının müzakirəyə çıxarılması göstərilir.

Paşinyanın lideri olduğu “Mənim addımım” fraksiyasının deputatı Narine Tuxikyan bu xüsusda qanunverici orqanın sədri Tiqran Akopyana elm, təhsil, mədəniyyət, diaspor, gənclər və idman üzrə daimi komissiyanın “Milli komissiyanın televiziya və radionun fəaliyyəti haqqında” hesabatını xatırladıb: “Mən Ermənistan ərazisində bu televiziyanın yayımının məhdudlaşdırılması və ya tamamilə dayandırılması, yaxud bəzi proqramların yayımlanması məsələsi ilə maraqlanmışam. Bu kanalın yayımı dayandırılmalıdır”. Parlamentin sədri cavabında vurğulayıb: “Bu telekanalın yayımlanması Ermənistanın informasiya məkanı üçün müəyyən təhlükə yaradır. Bir çox ölkələr, o cümlədən Gürcüstan və Ukrayna artıq bu ideyanı reallaşdırıb”.

Belə bir vaxtda “Yerkramas” agentliyi də Milli Şuranın müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının genişləndirilmiş iclasının gedişi haqda sensasiyalı informasiya yayıb. Belə ki, komissiyanın 27 oktyabr 1999-cu ildə İrəvanda baş vermiş hadisələrin müzakirəsinə həsr edilmiş iclası zamanı Nikol Paşinyanın silahdaşı, iqtidar partiyasından millət vəkili, müdafiə və təhlükəsizlik məsələləri üzrə parlamentin daimi komissiyasının sədri Andranik Koşaryan sensasiyalı bəyanatla çıxış edib: "Oktyabr ayının 27-də törədilən cinayətin üstü açılıb.  Sifarişçilər məlumdur. Bu, Rusiyanın xüsusi xidmət orqanları tərəfindən Vladimir Putinin əmri ilə həyata keçirilib".  Putinə qarşı Paşinyanın silahdaşının belə bir ittihamla çıxış etməsi, aydındır ki, baş nazirin razılığı olmadan mümkün deyil. Elə bu səbəbdəndir ki, Ermənistandakı analitiklər Vladimir Putin barəsində onu ləkələyən bəyanatın səsləndirilməsinə rəsmi İrəvan və Kreml arasında münasibətlərin pisləşməsinin nəticəsi kimi baxır.

Xatırladaq ki, 27 oktyabr 1999-cu il tarixində bir neçə terrorçu Ermənistan parlamentinin binasına daxil olaraq, spiker Karen Dəmirçiyanı, baş nazir Vazgen Sarkisyanı, spikerin müavinləri Yuri Baxşyanı və Ruben Miroyanı, operativ məsələlər üzrə nazir Leonard Petrosyanı, deputatlar Armenak Armenakyanı, Henrix Abramyanı və Mikael Kotanyanı güllələyib. Terrorçuların məhkəməsi 2001-ci ilin fevral ayında başlayıb və 2003-cü ilin dekabr ayına qədər davam edib. Altı terrorçu, o cümlədən qruplaşmanın rəhbəri Nairi Unanyan, onun qardaşı Karen Unanyan, onların dayısı Vram Qalstyan, həmçinin Derenik Becanyan, Edik Qriqoryan və Aşot Knyazyan ömürlük həbs cəzasına məhkum ediliblər. Adları çəkilənlərin hamısı vətənə xəyanətdə, terrorçuluqda, xüsusilə təhlükəli dövləti cinayətlərin törədilməsində ittiham edilib.

Maraqlıdır ki, Vazgen Sarkisyanın qardaşı Aram Sarkisyan da məsələdə məhz Putini ittiham edir: “Birmənalı olaraq bu hadisənin üstünün açılması üçün maneə var. Və mən birmənalı şəkildə indiki hakimiyyətin də, dövlətin də imkanlarını, məntiqi nəzərə alıram. Ona görə də hakimiyyətin dəyişməsindən sonra öz müsahibələrimdə əsasən bu mövzudan yan keçməyə çalışmışam, onu qaldırmamışam”. Sarkisyanın sözlərinə görə, 27 oktyabr cinayətinin üstü ancaq Rusiyada hakimiyyət dəyişəndən sonra açıla bilər. O, həmin hadisəni 2008-ci ilin 1 mart hadisələri ilə müqayisə edib. Deyib ki, 1 mart hadisələrinin üstü ancaq 11 il sonra, Robert Köçəryanın və Serj Sarkisyanın hakimiyyətinin devrilməsindən sonra açılıb: “2024-cü ildən sonra Rusiyada Vladimir Putin prezident olmayacaq. Hesab edirəm ki, Stalini Xruşşovun, Brejnevi Qorbaçovun əvəz etməsi kimi, Rusiyada da yeni ideyalar, baxışlar meydana çıxacaq. Və Rusiya o zaman özü Litvinenko, Berezovski və digər bu kimi işlərlə bağlı arxivlərin açılmasına qarşı olmayacaq”. Aram Sarkisyanın sözlərinə görə, hətta 1 mart işində də Rusiya hakimiyyəti bu iş üzrə həbs edilmiş Robert Köçəryana dəstəyini gizlətmir: “Təsəvvür edin ki, hakimiyyət Rusiya xüsusi xidmət orqanlarının nümayəndəsi Litvinenkonun 1999-cu il oktyabrın 27-də törədilmiş terror aktının QRU-nun diversiya qrupu tərəfindən təşkil edildiyi haqda versiyasını yoxlamağa cəhd edir. Ruslar bunu Ermənistan tərəfindən elan edilmiş müharibə kimi qarşılayar, bu halda isə nəticəsi dövlət, xalq, hakimiyyət üçün çox ağır olar”. Hesab edilir ki, Paşinyanın Rusiya, o cümlədən Putinə qarşı bu addımları Moskva tərəfindən cavabsız buraxılmayacaq və Kreml mövcud iqtidarı yenisi ilə əvəzləməyə çalışacaq.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət edir - CANLI

08.11.2026 / 11:55
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ