Bazar ertəsi günü, 09 noyabr 2026
     

Rusiya ilə Ukrayna arasında yeni müharibə təhlükəsi...

Image


Kerç boğazında Rusiya ilə Ukrayna arasında yaranmış hərbi insident dünyanın əsas müzakirə mövzusuna çevrilib.

Qeyd edək ki, insident noyabrın 25-də Kerç boğazı yaxınlığında yaşanıb. Boğazı keçməyə cəhd edən Ukrayna gəmiləri Rusiya dənizçilərinin dayanma tələbinə məhəl qoymayıblar. Bu zaman gəmilərdən biri taran edilib, onların saxlanılması üçün silahdan istifadə olunub. İnsident nəticəsində "Berdyansk", "Nikopol" və "Yanı Kapu" gəmiləri Krımda saxlanılıb.

Hadisə zamanı 3 ukraynalı hərbçi yaralanıb, 24 Ukrayna əsgəri isə əsir alınıb. Tərəflər baş verən hadisədə bir-birini ittiham edir. Ukrayna tərəfi gəmilərin keçidi barədə Rusiyaya öncədən xəbərdarlıq edildiyini və dəniz gəmiçiliyi barədə bütün beynəlxalq normalara uyğun addımlar atıldığını iddia edir.

Ukrayna bildirib ki, Rusiya razılığa əsasən birgə ərazi hesab edilən Kerç boğazına girişi blok etmək üçün tankerdən istifadə edib.

Öz növbəsində Ukrayna dənizçilərini ölkənin su hövzəsinə qeyri-qanuni daxil olmaqda günahlandıran Rusiya Ukraynanı bilərəkdən provokasiya yaratmaqda, beynəlxalq qanunları pozmaqda ittiham edir.

Hadisədən bir gün sonra Ukraynada 30 gün müddətinə hərbi vəziyyət elan edilib.

Bundan əvvəl Ukrayna parlamenti prezident Petro Poroşenkon “Rusiya Federasiyası tərəfindən soyuq aqressiya aktları fonunda Ukraynanın müdafiə imkanlarını gücləndirmək üçün” ölkədə hərbi vəziyyət elan etmək istədiyini bildirib. O, Ukraynanın öz beynəlxalq öhdəliklərinə dönmədən əməl etmək niyyətində olduğunu əlavə edib. Poroşenko Rusiyadan Qara dənizdə ələ keçirdiyi ukraynalı dənizçilər və gəmiləri dərhal azad etməyi tələb edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanı kifayət qədər təhlükəli üsullarla beynəlxalq normaları pozmaqda ittiham edib. Onun sözlərinə görə, bu, həmin akvatoriyada gəmilərin normal hərəkəti üçün təhlükə və risqlər yarada bilər.

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) isə Ukraynanı qəsdən təxribata yol verməkdə günahlandırıb.

Kerç boğazında baş vermiş hadisə Qərbin də sərt reaksiyasına səbəb olub. ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında Moskvanı hədəf alaraq, Ukrayna gəmilərinin Rusiya tərəfindən ələ keçirilməsini Rusiyanın Ukraynanın ərazi suverenliyini yolverilməz şəkildə pozması adlandırıb və bunun beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalı olan kobud hərəkət olduğunu deyib.

NATO-nun baş katibi Yens Stoltenberq isə Rusiyanı Ukrayna gəmilərini azad etməyə çağırıb və deyib ki, Moskvanın hərəkətlərinə heç bir şəkildə bəraət qazandırmaq olmaz.

“Şahidi olduqlarımız olduqca ciddi məsələdir” - deyə, Stoltenberq Ukraynanın xahişi ilə alyansın keçirdiyi fövqəladə iclasda bildirib.

Avropa İttifaqının prezidenti Donald Tusk Rusiyanın sərt müdaxiləsini qınayıb və birliyin Ukraynanın müdafiəsinə duracağını bir daha təkrar edib: “Mən Rusiyanın Azov dənizində gücdən istifadə etməsini qınayıram. Rusiya rəsmiləri Ukrayna dənizçiləri və gəmilərini geri qaytarmalı və bundan sonra provokasiyalara yol verməməlidir. Mən məsələni prezident Poroşenko ilə müzakirə etmişəm. Avropa Ukraynanın müdafiəsində birlik göstərəcək”.

Hadisənin baş verdiyi zaman da diqqət çəkir - Ukraynada seçki hazırlığı və Rusiyada Putinin reytinqində Krımın işğalından sonrakı yüksəlişin son vaxtlar sürətlə aşağı düşməsi barədə açıqlamalar.

Azov dənizində Ukrayna və Rusiya arasında yaşanan olaya münasibət bildirən politoloq Qabil Hüseynli hesab edir ki, son hadisə fonunda Rusiya və Ukrayna arasında lokal xarakterli müharibənin baş verməsi ehtimalı böyükdür.

Q. Hüseynli iki dövlət arasında geniş miqyaslı müharibə ehtimalının çox zəif olduğunu vurğulayıb: "Məsələ burasındadır ki, Rusiyanı hiddətləndirən bir neçə hadisə baş verib. Bunlardan birincisi ötən həftə Ukrayna Ali Radasının NATO-ya daxil olmaq barədə qərar qəbul etməsidir. Üstəlik, ABŞ və NATO Ukrayna ordusunun peşəkarlığının artırılması, müasir silahların verilməsi barədə qərar qəbul edib. Bu da Rusiyanı qəzəbləndirir. Digər əsas səbəb isə Vladimir Putinin ölkəsində reytinqinin çox aşağı düşməsidir. O səbəbdən də bir neçə gün idi ki, Rusiya mətbuatında politoloqlar bildirirdilər ki, Putinə reytinqini qaldırmaq üçün kiçik bir müharibə də yetər. Rus xalqının təfəkküründə militarist düşüncə tərzi kök salıb ki, onlar rus ordusunun hər hansı dövlətə hücumunu eşidəndə fərəhlənirlər. Elə bil ki, bu məsələ onlar üçün bir milli qürur obyektinə çevrilir”.

Politoloq indiki şəraitdə Ukrayna xalqına qarşı aparılan təcavüzkar siyasətin, Azov dənizini tam nəzarətə keçirmək cəhdinin heç bir beynəlxalq hüquq normalarına sığmadığını vurğulayıb.

Üstəlik, ABŞ-ın əlinə çox yaxşı bəhanə düşüb ki, Rusiyaya qarşı sanksiyaların yeni dalğasını hazırlayıb həyata keçirsin. Bu sanksiyalara öldürücü sanksiyalar deyirlər və yəqin ki, belə sanksiyaları tətbiq edəcəklər. Bir sözlə, bütün bunların hamısı müharibə ətrafında böyük bir ajiotajın yaranmasına gətirib çıxaracaq. Güman edirəm ki, Rusiyanın bu özbaşınalığı, Azov dənizində Ukrayna gəmilərinə atəş açması, gəmilərin birini sıradan çıxarması izsiz ötüşməyəcək. Dünya bu məsələni böyük narahatlıq və hiddətlə izləyir. Bu məsələdə Rusiya heç nə qazanmayacaq, daha çox itirəcək”.

Politoloq Qabil Hüseynli:“Rusiya Qara dənizin bir hissəsini nəzarət altına almaq istəyir”

Q.Hüseynli bildirib ki, Rusiya Kerç boğazını, Azov dənizini və Qara dənizin bir hissəsini nəzarəti altına almaq istəyir. Bu məqsədlə Hərbi Dəniz Qüvvələrinin Azov dənizinə girişini məhdudlaşdırmağı planlaşdırır. Bu çox ciddi hadisədir.

Bu arada, Ukrayna ilə Rusiya arasındakı gərginliyin yarandığı bir vaxtda ABŞ Hava Qüvvələrinə aid Boeing RC-135V tipli kəşfiyyat təyyarəsinin Yunanıstanın Girit adasından Qara dəniz hava sahəsinə girdiyi və Krım istiqamətinə uçduğu məlum olub. Bu barədə “Ukrainskiy militarnıy” portalı məlumat yayıb.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ