Azərbaycan Ordusunun bölmələri ilə paraşüt hazırlığı üzrə məşqlər keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, məşqlərdə şəxsi heyət tərəfindən müxtəlif tapşırıqlar yerinə yetirilib, hərbi qulluqçuların döyüş vərdişləri təkmilləşdirilib.
Bundan başqa, Ümumqoşun birlik və birləşmələri hava hücumundan müdafiə bölmələrinin planlı təlim-məşqləri keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, praktiki döyüş atışları ilə icra olunan məşqlərdə şəxsi heyət şərti düşmənin hava hədəflərini aşkar edərək onları daşınan zenit-raket komplekslərindən məhv ediblər.