çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Zəngilan qəzasının tarixi günlərinin səhifələri... 1918-1920-ci illər...

Image


Araz çayı boyunca Mehri rayonundan Həkəri yaşayış məntəqəsinədək (Zəngilan rayonu daxilində) eninə, üzü şimala doğru Zəngəzur dağlıq silsiləsi  və  Qarabağ dağlıq yaylası boyunca təqribən 4505 ,5 kv.km ərazini əhatə edən keçmiş Zəngəzur qəzasının sahəsi  1923-cü ildə  Qarabağın dağlıq hissəsində yaradılan qondarma muxtar vilayətin  torpaqlarından  105,5 kv.km artıq olub.

Azərbaycan Xalq Cumhuriyyətinin inzibati-ərazi vahidlərindən olan Qafan, Gorus, Qarakilsə, Mehri, Zəngilan nahiyələri bütövlüklə, Laçın və Qubadlı nahiyələrinin isə bir hissəsi 300 min nəfərə qədər əhalisi ilə (2233 təsərrüfat halında) birlikdə Zəngəzur qəzasının tərkibinə daxil idi.

Bu barədə 1920-ci ildə rus dilində çap edilmiş “Azərbaycan Respublikasının təqvimi”ndə məlumat verilir.

1918-1920-ci illər bu qəzanın həm də qəzalı günlərinin tarixi kimi yad edilir, tariximizin unudulmayan səhifələrində həm yazılı, həm də yaddaş saxlancına çevrilib. Bu dövrdə yerli müsəlman-türk əhalinin A.Ozanyanın, D.Kananyanın (Dronun) və Q.Nijdenin azğınlaşmış quldur dəstələrinin təcavüzündən və soyqırım faciələrindən qorunmasında 5-ci Qafqaz İslam Ordusunun Cənubi Azərbaycan ərazisindən daxil olan döyüşçü hissələrinin və yerli özünümüdafiə qüvvələrinin inadlı müqaviməti böyük rol oynayıb. Bütün qəzalarda və mahallarda olduğu kimi, Araz çayı  və Zəngəzur dağlıq silsiləsi boyunca bütün kəndlərdə  bu qanlı qətliamlara qarşı el müqaviməti hərəkatı xüsusilə fərqlənib. Çünki bu  kəndlərin əksəriyyəti hay-daşnak əsilli yaşayış məskənləri ilə qonşu olub  XIX əsrin 30-40-cı illərindən etibarən.

Həmin dövrə aid  tarixi hadisələrin canlı şahidlərinin söyləmələrinə görə, Zəngilan nahiyəsinin Arazboyu yerləşən yaşayış məntəqələrinə hay quldurlarının hücumu Oxçüçay, Bəsitçay (qiymətli forel balığı ilə zəngin olan) çaylarının hövzəsindən (Xustup dağından), Süsən meşələri (4 min ilə qədər yaşı olan 125 hektarlıq Şərq çinarı meşəliyindən) səmtindən, Əsgülüm dağı silsiləsindən olub. Quldur hayların-daşnakların cəmləşdiyi Qafan nahiyəsinin Kilisə, Şıxavız, Hənd, Həərək, Saf kəndləri (bu kəndlərə daşnak-hay ailələri XX əsrin əvvələrində Fransadan, Osmanlı Türkiyəsindən və Cənubi Azərbaycandan köçürülüb) müsəlman-türk mənşəli məskənlərdən 25-50 km-lik məsafədə olsa da, onların səngər xətti daha yaxın idi. Hücum təhlükəsinə daha çox Bartaz, Əmirxanlı, Vejnəli, Qaqulu, Dəlləkli, Baharlı, Qırxmüşlan, Pirçiban (Zəngilan şəhəri bu kəndin əsasında yaranıb) kəndləri məruz qaldığından, yerli özünümüdafiə dəstələrinin əsas qüvvələri məhz Nügədi-Bartaz cəbhə xətti boyunca möhkəmlənib.

Tarixi məlumatlara görə, ermənilərin Qafan şəhərində mis-molibden mədənlərinin filiz emalı müəssisələrində ucuz, qara işçi qüvvəsi kimi istifadə olunmasına və onların Fransadan köçürülərək burada məskunlaşmasına 1915-1916-cı illərdə  bu mülkün sahibi Bəylər bəyin (1845-1925) razılığı ilə icazə verilib. Köçürülən hay qullarının Oxçuçay çayının sağ və sol sahillərində yaşadıqları 50-60-a qədər  taxta tikili (barakları) Qafan şəhərində 1970-ci ilədək qalırdı. İslam şəriətinə görə, Bəylər bəy hay qullarına yağış yağanda çölə çıxmamağı əmr edibmiş – suları murdarlamasınlar deyə...

Zəngilan nahiyəsinin müdafiə-müqavimət qüvvələri 5-ci Qafqaz İslam Ordusunun zabit-əsgər heyətinin dəstəyilə təşkil edilib və silah-sursatla  təchiz olunub. Bu barədə Malatkeşin kənd sakini Hüseynəli Səfər oğlu  Hüseynəliyevin (1911-1997) söylədikləri çox ibratəmizdir. Hərbi təlimlərdən sonra müvəkkil türk zabiti yerli müdafiə qüvvələrini sıraya düzərək xitab edib:

- Qarşıda doğma Vətən torpaqlarında yerləşən  gavur düşmən səngərləri və silahlı azğın quldur dəstələridir. Vətən və Qeyrət savaşına hazır olun. Əlinizdə  türk  silahı, qarşınızda yağı düşmən. Arxada - geri çəkilməyə yer yoxdur - müqəddəs Vətən torpağıdır.

O dövrdə silah kimi ən çox işlədilən isə türk üçatılanları və türk topları idi.  Zəngəzur qəzasının cənub-şərq hissəsində cəbhə xəttinin səngər yerləri keçən əsrin 90-cı illərinədək qalırdı Pirçiban kəndindən 6-7 km aralıda, kollu-pöhrəlik  “Tək ağac yeri”ndə, Oxçuçay çayına  500 metr yaxın  məsafədə.  Döyüş yerlərinin tarixi ünvanlarından biri də  Gilətağ kəndinin günbatanında meşə-pöhrəliklə  örtülü  “Qanlıca” adlanan dərədə  (kəndin 1 km-də, cənub hissədə) idi. Bu döyüş meydanlarında el qəhrəmanları səngər savaşlarının qalibi olsalar da, Şəhidlər də olub və yağı düşməndən də qırılanlar az deyildi.

Malatkeşin-Arazboyu cəbhə xəttində yerli müdafiə və müqavimət qüvvələrinin tərkibində Rəzdərə, Keçikli, Beşdəli, Şəfibəyli, Məşədi İsmayıllı,  Şalayın, Ördəkli, Sobu, Şatarız, Tiri, Top, Gilətağ, Malatkeşin, Pirçiban (Ənvər paşanın rəhbərliyi ilə Osmanlı Türk Ordusunun qərargahı bu kənddə yerləşmişdi) kəndlərinin könüllüləri Cəbrayıl bəyin və İbadulla bəyin başçılığı ilə düşmənə qaqrşı vuruşublar. Daha sonra bu cəbhədə Rəzdərə kənd sakini Nəbi bəyin (1843-1923)  qorxusundan haylar o kəndə girməyə cürət etməyib. Onun dəstəsində Malatkeşin   kəndindən Şalayın  Qafar oğlu  (1880-1996) bu dəstənin qorxmaz  döyüşçülərindən biri olub. Sonuncu kəndin müdafiəsinin təşkil edilməsində, yerli müdafiə qüvvələrinin silahla və ərzaqla  təminatında, yerli müqavimət hərakatının geniş miqyas kəsb etməsində Abusəməd bəyin (1846-1921), Məşədi Bayraməli Məmi oğlunun (1842-1932) adları el arasında həmişə hörmətlə yad edilir. Onlar haqqında həmin dövrə aid xeyli dəyərli faktlar məlum olub.

1918-1920-ci illərdə Zəngəzur qəzasının müsəlman-türk mənşəli yaşayış məntəqələrinə  Qafan-Gorus cəbhə xəttindən edilən basqınların bir qolu Mehri-Həkəri istiqamətindən olduğundan, yerli müdafiə mövqeləri əsasən Bərgüşad silsiləsinin Əsgülüm dağı əhatəsində olub. Bu dağ Azərbaycanın tarixi-coğrafi keçmişini özündə yaşadan məkanlardan biridir, qoynunda eyni adlı qalanı saxlayır, XIV-XV əsrlərdə Əmir Teymurun özünün və ordusunun Azərbaycana  yürüşləri zamanı bu qalada olmaları barədə bilgilər söylənilməkdədir. Ətrafı iri palıd, vələs meşəlikləri ilə örtülüdür. Həmin dövrdə düşmən mövqeləri Əsgülüm dağında yerləşdiyindən, onların hücumunun qarşısının alınması yerli döyüşçülərin ən başlıca vəzifəsi olub. Bu dağın yamacında yerləşən Keçikli və ətəyində olan Beşdəli kəndləri  hay daşnaklarının hücumuna məruz qalıb.  Ona görə də cəbhənin bu istiqamətində sərrast atıcılar və döyüşkən dəstələr yerləşdirilib. Onlardan biri də malatkeşinli Mahmud (1862-1967) olub ki, türk üçatılanı ilə düşmənin atəş nöqtələrini susdura bilib.  Hətta onun “ovunu, qurbanlarını”  Cəbrayıl paşa yoxlatdırandan sonra ona hərbi təşəkkürünü bildirib. Cəbhənin bu istiqamətində (Mehri-Həkəri xətti boyunca) qəzanın  təhlükəsizliyinin təminatında Pirçiban kəndinin bəyləri (Cavad bəy, Əli bəy, Məşədi Tarış), malatkeşinli yüzbaşı Ağakişi Talıb oğlu (1880-1923) böyük zəhmət çəkib.

Keçikli kəndi ərazisində “Köklü bulaqı” və ya el arasında “Rus düşən yer” kimi tanınan sahədə kənd camaatı biçindən sonra nahara çıxdığı zaman Qafan nahiyəsinin  Şıxavız kəndi  tərəfdən quldurların basqını ilə 50 nəfərə qədər dinc, əliyalın sakin qətliam edilib, mal-mülkü qarət və evləri-qəbirstanlıqları yerlə yeksan olunub . Bir nəfər gəncin kürəyində samovar qaynadaraq onu vəhşicəsinə qətlə yetiriblər. Nəticədə bu kəndin  100 nəfərə  yaxın əhalisi Tiri kəndinə sığınmağa məcbur olub.

Zəngilan qəzasının Araz çayı boyu kəndlərinin dinc sakinlərinin qırğını D.Kananyanın (Dronun)  və  Q.Nijdenin  quldur dəstələrini himayə edən  rus-bolşevik silahlıları tərəfindən 1918-1920-ci illər ərzində kütləvi surətdə, 1920-1925-ci illər ərzində isə ayrı-ayrı ərazilərdə  (xüsusilə Top, Sobu kəndlərində)  bolşevik pərdəsi altında yenə də eyni qüvvələr tərəfindən, eyni dərəcədə  aparılıb.  Bu illər ərzində birləşmiş düşmən qüvvələri yerli  müdafiə və müqavimət dəstələrinə qarşı xüsusilə amansız olub, bir taborluq düşmən qüvvəsinə Top kəndində 9 nəfər sinə gərib, qalib gəlib, amma əlavə ehtiyat qüvvələrinin cəlb edilməsi yağı gücünü qüvvətləndirib ki, yerli döyüşçülər Araz çayını keçməyə məcbur olublar. Nəticədə Top kəndi yerlə-yeksan, əhalisi gülləbaran edilib (60-70 nəfərə qədər) və o dövrdən bu kənd yer üzündən silinib. Bu kənd Araz çayından 20 km, Zəngilan şəhərindən 15 km aralıda yerləşib. Əsgülüm dağının ətəklərindəki Top meşəsində öldürülən rus zabitinin – Q.N.Qolvinskinin qisasını onun arvadı alıb, əsir götürülmüş dinc sakinləri öz əlilə güllələyib, Şəhid olanları Araz çayı kənarının sərhəd hissəsində, Tiri kəndi yaxınlığında dəfn ediblər. Faciəvi günlərimiz bununla sona çatmayıb. Sovet hakimiyyəti illərində Zəngilan rayonunun Arazboyu kənd məktəblərinin şagirdlərinin  pioner və komsomol sıralarına qəbul edilmə mərasimləri həmin qatilin qəbri üzərində həyata keçirilərdi, qatilin qəbri üzərində and içilərdi.

Məşədi Bayraməli Məmi oğlu Zəngəzur qəzasında ziyarətgah yerlərinin qoruyucusu və müridi olub. 1920-ci ilin may-iyun aylarında rus bolşevikləri ocaqları tərk etməyə görə ona üç gün möhlət verdikdə o, üç günlük yolu bir günə qət edərək yorğa kəhəri ilə Ağdam nahiyəsinə gələrək doktor Nəriman Nərimanovla görüşüb, vəziyyəti ona bildirərək, onun rəsmi zəmanəti ilə dinsizlərin təhdidindən canını qutara bilib.  Onun oğlu Məmi (1873-1937)  hay-daşnak quldurlarına qarşı vuruşmazdan əvvəl 1915-1916-cı illərdə  Bakı şəhərinin neft mədənlərində (neft sahibkarı Murtuza Muxtarovun (1857-1920) Ramana kəndindəki neft buruqlarında) çalışıb, səmərəli təklifləri ilə  (qoşqu vasitəsilə neftin quyudan çıxarılması, əlavə fiziki güc tətbiq etmədən neft quyusunun qazılması üsulu) ) xeyli xeyir verib neft miyonçusuna.  Atası onu aparmağa gələndə M.Muxtarov bir müddət buna etiraz edib, lakin yağı düşmənin təhlükəsini nəzərə alaraq onu buraxmağa razılıq verib.

Həmin qanlı faciələr barədə Malatkeşin kənd sakinləri Məhəmməd Heydər oğlu Heydərov (1891-1976), Həsənqulu Bayramov (1880-1970), Kiçikxan Quliyev (1881-1972), Abbas Bayramov (1892-1972) o hadisələrin iştirakçısı və şahidləri kimi məlumat verir.

Malatkeşin kənd sakini Eyvaz Ağəli oğlu Bayramovun (1949) söylədiyinə görə, keçən əsrin 70-ci illərində Qafan rayonunun Saf kəndində (70 ev olardı) yaşayan Mişa adlı hayın evinin zirzəmisində “Maksim” pulemyotunu görüb, ondan soruşub ki, bu nəyə görədir? Daşnak hay- “Bunu sizdən ötrü saxlayıram”-deyib. Həmin daşnak həm də 1918-1920-ci illərdə quldur Q.Nijdenin dəstəsində vuruşanlardan biri olub.

Zəngəzur qəzasının ikinci cəbhə xətti  Oxçuçay çayının Bərgüşad dağlıq silsiləsi boyunca yerləşən kəndləri (Canbar, Pirveyis, Yuxarı Gəyəli, Ağkənd, Dərəli, Qazançı, İskəndərbəyli, Fərəcbəyli, Şamoğlu, Ağbis, Ağakişilər) istiqamətində Qafan-Gorus birləşmiş qüvvələrinə qarşı (daşnak hayların yaşadıqları Güdgüm və Çəkədin kəndləri tərəfdən edilən basqınlara qarşı) güclü müqavimət hərəkatı olub. Bu istiqamətdə İsgəndərbəyli kəndində Aslan bəy  və Əli bəy İsgəndərbəyli qardaşları ətraf kəndlərin (əsasən Ağbis və Ağakişilərdən) könüllülərini bir dəstədə birləşdirərək ilkin dövrdə hücumların qarşısını ala biliblər. Qəzanın bu xəttində müdafiə mövqeyinin məhkəmləndirilməsinə  var qüvvəsi ilə arxa duran Vənətli kəndinin bəyi Bəylər bəyin evi quldurlar tərəfindən talan edilərək yandırılıb. Cəbhənin bu istiqamətində də dinc sakinlərin qətlə yetirilməsi, yaşayış məntəqələrinin və tarixi-maddi abidələrin yerlə-yeksan edilməsi halları sonrakı dövrlərdə unudulmuş, yaddaşlardan silinib.

Çox təəssüf ki, xalqımızın tarixində faciəvi səhifələrə qan izi salan bu hadisələr barədə məlumatların təbliğat imkanlarından hələ də lazımı səviyyədə istifadə olunmur.

Qismət  YUNUSOĞLU
Bakı Dövlət Universitetinin müəllimi 




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ