çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Azərbaycan KTMT çərçivəsində də Ermənistanı küncə sıxışdırmaq gücünə sahiblənir

Image


Hərbi və diplomatik müstəvidə Azərbaycan son illərdə Ermənistan üzərində çoxsaylı qələbələrə imza atmağı bacarıb. Eyni zamanda Bakı həyata keçirdiyi transmilli layihələr fonunda işğalçı ölkənin iqtisadi təcridini də əhəmiyyətli dərəcədə dərinləşdirib. Elə bundan irəli gəlir ki, Ermənistanda sosial-iqtisadi vəziyyət hər keçən gün pisləşir.

Azərbaycanın daha bir möhtəşəm uğuru Ermənistanı ənənəvi himayədarlarının dəstəyindən tədricən məhrum etməsidir. İndi nə Qərb dünyasında, nə də Rusiyada Ermənistana əvvəlki münasibət sərgilənir. Təbii ki, bütün bunlar düşmənin daha da zəifləməsinə və beləliklə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın maraqlarına uyğun əlverişli şəraitin yaranmasına rəvac verir. Bakının biri-birinin ardınca əldə etdiyi bu üstünlüklər Ermənistanda da aydın görülür, sezilir və kifayət qədər böyük narahatlıqla da qarşılanır. Məhz belə bir vaxtda işğalçı tərəfin əndişəsini artıran daha bir məsələ Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında da (KTMT) Ermənistanı küncə sıxışdıra biləcəyidir. Əslində, həmin təşkilata üzv ölkələrlə Azərbaycanın qurduğu əlaqələr indi KTMT-də İrəvanla müqayisədə Bakının səsinin daha çox eşidilməsinə rəvac verir. Halbuki, Ermənistandan fərqli olaraq, Azərbaycan həmin təşkilata üzv deyil. Görünür, elə bu səbəbdəndir ki, KTMT Katibliyinin son toplantısından sonra Azərbaycanın təşkilatda müşahidəçi statusunun ala bilməsinin gündəmə gəlməsi hələ də Ermənistanda böyük təşviş yaradır.

Ermənistanda baş verən son proseslər fonunda kreslosu laxlayan baş nazir Nikol Paşinyan isə bu məsələ ilə bağlı yenidən erməni cəmiyyətini sakitləşdirməyə çalışıb. O iddia edir ki, Azərbaycan heç vaxt KTMT-yə, hətta müşahidəçi kimi də, üzv olmayacaq. Paşinyan qeyd edib ki, KTMT-yə yeni ölkələrin daxil olması konsensusla həll edilir və Azərbaycanın bu təşkilata daxil olması ilə bağlı məsələdə Ermənistanın mövqeyi haqda danışmaq artıqdır: “Ermənistan heç vaxt razılaşmayacaq ki, Azərbaycan bizim üçün əsas hərbi-siyasi təşkilatda üzv və ya müşahidəçi olsun”. Daha öncə isə Ermənistan Xarici İşlər Nazirlyinin mətbuat katibi Tiqran Balayan da eyni mövqedən çıxış edib: “Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baza sənədlərində müəyyən edilmiş parametrlərə uyğun gəlmir. İndiki zamanda bunun olması mümkün deyil. Təşkilatda qərarlar konsensus əsasında qəbul edilir”. Amma bütün bunlara rəğmən, erməni mətbuatında Azərbaycanın KTMT-yə üzv ola biləcəyinə dair məlumatlar yayılır və həyəcan təbili çalınaraq, bunun Ermənistan üçün hərtərəfli, xüsusən də Dağlıq Qarabağ münaqişəsi nöqteyi-nəzərindən olduqca təhlükəli olduğu və ağır nəticələrə gətirib çıxaracağı vurğulanır. Erməni KİV-ləri yazır ki, KTMT-nin Dağlıq Qarabağda mümkün müharibəyə qarışmaq səlahiyyəti olmasa da, indiyədək İrəvan təşkilata üzvlüyündən təhdid vasitəsi kimi istifadə edirdi və ən azı Qarabağ müharibəsi böyüyərək Ermənistan ərazisinə keçərsə, İrəvan təşkilatın nizamnaməsinə uyğun olaraq KTMT-nin hərbi dəstəyinə arxalanırdı. Lakin Azərbaycan təşkilata üzv olduqdan sonra İrəvan bütün təhdid rıçaqlarını itirmiş olacaq. Çünki KTMT iki üzv dövlətin müharibəsinə qarışaraq tərəflərdən kiminsə yanında yer almayacaq. Bu isə regionda hərbi balansı öz xeyrinə dəyişən Azərbaycana daha bir üstünlük verəcək. Məhz bu qorxusuna görə rəsmi İrəvan onsuz da digər üzvlərinin Bakı ilə səmimi və sıx əlaqələrə malik olduğu KTMT-də Cənubi Qafqazın ən güclü ordusu və iqtisadiyyatına sahib Azərbaycanın təmsil olunmaması üçün “parametrlərin uyğunsuzluğu” kimi əsassız və cəfəng bəhanələr gətirərək, bunun qarşısını almağa çalışacağını gizlətmir. 
Rusiyanın “Rosbalt” portalı isə Azərbaycanın  KTMT-yə qəbulu məsələsində Ermənistanın ciddi rolu olmayacağını, hər şeyi Moskvanın həll edəcəyini vurğulayır: “Moskva ona təzyiq göstərmək üçün rıçaqlar tapacaq. Və İrəvanın “hə-yox”unun KTMT üçün heç bir həlledici rolu olmayacaq”. Ermənistanın  “Jamanak” qəzeti də yazır ki, Azərbaycan istəsə, quruma üzv olmaqda çətinlik yaşamayacaq:  “Rusiya başda olmaqla, KTMT-nin digər üzvləri Ermənistanın istəklərinin əksinə olaraq Azərbaycanın quruma üzvlüyünü dəstəkləyir. Hesab edilir ki, bununla təşkilat daha güclü hala gələcək. Burada belə fikirlərə də rast gəlmək olar ki, Azərbaycan təşkilata Ermənistandan daha çox fayda gətirmək iqtidarındadır. Belə olan halda Ermənistanın Azərbaycanın üzvlüyünə müqavimət göstərməsi çətin olacaq. Hətta İrəvanın təşkilatı tərk etmək hədələri belə hansısa nəticə verməyəcək”. Hesab edilir ki, Azərbaycanda Rusiya ilə hərbi-siyasi inteqrasiyaya fəal baxılırsa, İrəvanda isə Rusiya qoşunlarının və sərhədçilərinin qovulması tələbilə çıxış edirlərsə, bu məsələdə İrəvanın səsini heç  kim eşitməyəcək. Qəzet onu da vurğulayır ki, KTMT-nin baş katibi Yuri Xaçaturovun postundan kənarlaşdırılması da qurumda İrəvanın mövqelərini zəiflədir. Yeri gəlmişkən qeyd edək ki, hazırda təşkilatda Yuri Xaçaturovu kimin əvəzləyəcəyi müəyyən olunur.  Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin də bunu təsdiq edib: “Yuri Xaçaturovun dəyişdirilməsi təşkilatın fəaliyyətinə mənfi təsir etməyəcək. Ermənistan tərəfi Yuri Xaçaturovun tutduğu postdakı səlahiyyətlərinin vaxtından əvvəl dayandırlmasına təşəbbüs edib. Digər üzv dövlətlər kimi Rusiya tərəfi də KTMT baş katibi ətrafında yaranan vəziyyətin təşkilatın fəaliyyətinin effektivliyi və rabitəliliyinə təsir göstərməməsində maraqlıdır”. O əlavə edib ki, hazırda Xaçaturovun məsələsi ilə bağlı proses KTMT-dəki mövcud prosedurlar çərçivəsində icra olunur. Qazaxıstanın xarici işlər naziri Kayrat Əbdürrəhmanov da bildirir ki, KTMT-yə üzv dövlətlər alyansın baş katibi Yuri Xaçaturovun dəyişdirilməsi məsələsi ilə bağlı intensiv məsləhətləşmələr aparır. Onun sözlərinə görə, KTMT baş katibinin dəyişdirilməsilə bağlı qəbul ediləcək qərar hər kəsi razı salmalıdır: “Bu istiqamətdə intensiv fəaliyyət alyansın normal fəaliyyəti üçün yaranacaq hansısa neqativ nəticələrdən qaçmaq üçün aparılır. Əminəm ki, bu situasiya KTMT-nin genişmiqyaslı fəaliyyəti üçün neqativ nəticələrə səbəb olmayacaq”.
Xatırladaq ki, Yuri Xaçaturov Ermənistanda 2008-ci ilin mart qırğını ilə əlaqədar açılan cinayət işi çərçivəsində ölkənin konstitusiya quruluşunu devirməyə cəhddə ittiham olunur. Onun qurumdan gedişi isə İrəvanın təşkilatda mövqelərinin daha da zəifləməsi kimi qiymətləndirilir. Bu durumda əksər rus ekspertlər hesab edir ki, Moskva Azərbaycanın təşkilata üzvlüyünü stimullaşdırmalı, bunun üçün Qarabağ münaqişəsinin həlli istiqamətində də səylərini artırmalıdır. Məsələn, hərbi ekspert  İqor Korotçenko vurğulayır ki, Rusiya KTMT-ni möhkəmləndirməlidir: “Postsovet məkanının gücləndirilməsi iki istiqamət üzrə getməlidir. Bunlardan birincisi KTMT-dir. KTMT-ni genişləndirmək lazımdır. Bizim KTMT-ə üzv olmayan MDB ölkələrimiz var. Azərbaycan və Özbəkistanı KTMT-yə qəbul etmək lazımdır. Yeri gəlmişkən, bu, Ermənistanla hərbi qarşıdurma risqini də minimuma endirməyə imkan verəcək”.

Digər rusiyalı politoloq Qriqori Trofimçuk isə bu xüsusda qeyd edir: “Rusiya regionda Azərbaycanı istənilən məqamda strateji tərəfdaşına çevirməyə hazırdır. Azərbaycan MDB-dən başqa Rusiyanın iştirakçısı olduğu heç bir bloka üzv deyil. Bu baxımdan Azərbaycan əsas sahələrdə tutarlı faktora çevrilir. Bu yaxınlarda Xəzər dənizinin hüququ statusu haqda imzalanmış Konvensiyanı buna misal göstərmək olar. Azərbaycan nə bilavasitə Avrasiya İqtisadi İttifaqına, nə Kollektiv Təhlükəsizlik Təşkilatına iştirakçı kimi qoşulasıdır. Çünki Azərbaycan, Konstitusiyasında da qeyd olunduğu kimi, öz neytrallığını qorumaq hüququna malikdir. Ancaq bu formatlarla sıx əlaqələr qurmaq üçün müşahidəçi qismində çıxış etməyə hazırdır. Rəsmi Bakı başa düşür ki, hətta bu istiqamətdə atdığı addımlar Ermənistana qarşı qeyri-hərbi silah ola bilər. Odur ki, bu istiqamətdə işlərini daha da genişləndirir”.

Rusiya Elmlər Akademiyasının Avropa İnstitutunun direktor müavini Sergey Fyodorov isə hesab edir ki, KTMT Qarabağ probleminin həlli üçün yaxşı meydança ola bilər. Onun sözlərinə görə, bu köhnəlmiş münaqişənin həlli üçün bütün imkanlardan, həmçinin KTMT meydançasından istifadə etmək lazımdır. Müasir İdeologiyanın İnkişafı üzrə Milli İnstitutun direktor müavini İqor Şatrovun da məsələ ilə bağlı fikirləri olduqca maraqlıdır: “Azərbaycanın KTMT-nin yaranmasında rolu olub. Azərbaycan 1993-cü ilin sentyabrında Kollektiv Təhlükəsizlik Müqaviləsini beş il müddətinə imzalayıb. Lakin beş ildən sonra Azərbaycan bu müqaviləni uzatmayıb. Hazırda Azərbaycanla Rusiya arasında iqtisadi, hərbi-texniki sahədə əməkdaşlıq yüksək səviyyədədir. Bizim cənub qonşularımızla sərhəddə təhlükəsizlik elə Rusiyanın cənubunda təhlükəsizlik deməkdir. Moskva Azərbaycanın KTMT və Avrasiya İqtisadi İttifaqı kimi təşkilatlara daxil olması məsələsinə əsla müdaxilə etməyəcək. Azərbaycan KTMT-yə daxil olmaq istəsə, onun atacağı ilk addım müşahidəçi üzv statusu almaqdır. Bu fonda isə məsələnin həllində yeni dinamika müşahidə edilə bilər“. Bütün bu açıqlamalardan aydın görünür ki, Bakı üçün KTMT-yə üzvlük və ya ilk mərhələdə müşahidəçi statusunu alınması elə də çətin deyil. Elə Ermənistanı qorxudan da budur. Amma KTMT-yə üzv olmadan da Bakı təşkilat çərçəivsində Ermənisatnı artıq ciddi təzyiq altında saxlaya bilir. Təşkialt üzvlərinin Azərbaycanla bütün istiqamətlərdə genişlənən əməkdaşlığı, Ermənistanın bu məsələdə narazılığına ümumiyyətlə əhəmiyyət verilməməsi qeyd olunanların təsdiqi sayıla bilər.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ