çərşənbə axşamı günü, 10 noyabr 2026
     

İkihakimiyyətlilik Ermənistanı siyasi xəritədən silir…

Image


Ermənistan daxilində baş verənlər bu ölkədə artıq ikihakimiyyətlilyin formalaşdığını, ictimai-siyasi müstəvidə gərginliyin pik həddə çatmaqda olduğunu göstərir. Hazırda yekun mənzərə bundan ibarətdir ki, parlamentdə çoxluğa nəzarət edən Respublika, "Daşnaksütyun" və "Çiçəklənən Ermənistan" partiyaları baş nazir Paşinyana qarşı birləşib.

Onlar Paşinyanın növbədənkənar parlament seçkilərini cari ilin dekabrında keçirməsinə qarşıdır və seçkilərin, ən yaxşı halda, gələn ilin mayında keçirilə biləcəyini bəyan edirlər. Bu fonda Paşinyanla həmin qüvvələr arasında ziddiyyət yaranıb və baş nazirin istəyinin əksinə olaraq, həmin qüvvələr növbədənkənar parlament seçkilərinin bu ilin dekabrında keçirilməsinə imkan verməyəcəklərini bildirir. Paşinyanın mitinqlər vasitəsilə həmin qüvvələrə təzyiqi isə artıq beynəlxalq miqyasda da narazılıq yaradır. Elə bu fonda Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ermənistandakı siyasi qüvvələri demokratiya və qanunun aliliyi prinsiplərinə tam şəkildə hörmət etməyə, növbədənkənar parlament seçkilərinə hazırlaşarkən tələskənliyə yol verməməyə çağırıb. AŞPA-nın monitorinq qrupunun Ermənistan üzrə həmməruzəçisi Yuliya Levoçkina bu xüsusda bildirib: “Biz Ermənistanda növbədənkənar seçkilərin keçirilməsinə dair çağırışları başa düşürük, amma bu seçkilərin keçirilməsi zamanı Ermənistan hökumətini və bütün siyasi qüvvələri Avropa norma və standartlarına tam şəkildə riayət olunmasını təmin etməyə çağırırıq. Seçkilərə hazırlıq üçün Ermənistandakı bütün siyasi qüvvələrin kifayət qədər vaxta malik olması vacibdir”.
AŞPA nümayəndəsi onu da bildirib ki, Ermənistanda Seçki Məcəlləsinə istənilən dəyişiklik Venesiya Komissiyasının təlimatlarına tamamilə uyğun gəlməlidir. Bu səbəbdən də, AŞPA Ermənistanda növbədənkənar seçkilər və mümkün konstitusiya islahatlarının həyata keçirilməsi üçün tələsməməyi məsləhət görüb. Erməni  mediası isə AŞPA-nın bu bəyanatını Ermənistan baş naziri Nikol Paşinyana xəbərdarlıq kimi qiymətləndirib. 

Məsələ ilə bağlı Rusiyanın “regnum.ru” saytı yazır ki, yaranmış durumda ikihakimiyyətlilik Ermənistanı çökdürür: “İnqilabın ikinci dalğası” Ermənistanı bürüyüb. Paytaxtdakı zahiri hadisələr sovet filmlərinin çoxunun iqtibas gətirdiyi quruluşu yada salır: küçələrə səpələnmiş adamlar parlamenti çevrəyə alır, rəhbər hökumətə ultimatum təqdim edir. Əlbəttə, gələcək tarixçilər Ermənistanda hadisələrin indiki gedişini diqqətlə araşdıracaq, indiki olduqca kəskin siyasi böhranın səbəblərini üzə çıxaracaq, sıxılandan sonra respublikada durumu belə sürətlə qarışdıran “buraxılış cəftəsi”ni aşkarlamağa cəhd edəcəklər.

Paşinyan hakimiyyətə kütlənin çiynində gəlib, gücünün azlıqda olduğu parlamenti özünün hökumət başçısı təyin edilməyinə səs verməyə vadar edib. İkihakimiyyətlilik belə formalaşıb: meydanda qeyri-formal hakimiyyət mərkəzi və çoxluğun respublikaçılarda olduğu parlament. Bununla da siyasi böhranın növbəti mərhələsi aşkarlanıb (birincisi kimi Serj Sarkisyanın istefasına səbəb olmuş 23 aprel küçə etirazlarını sayırıq). Aydın idi ki, yeni hakimiyyət modeli müvəqqəti xarakterə malikdir, amma durumun tam iflasına yol verməmək üçün bütün siyasi proseslər Ermənistanın qüvvədə olan Konstitusiyası çərçivəsində hərəkətlənib və davam etməkdədir. Fəaliyyətin sonrakı alqoritmi Paşinyanın da elan etdiyi erkən parlament seçkilərini nəzərdə tutur. Düzdür, əvvəlcə o təklif edib ki, bu, 2019-un may-iyununda keçirilsin. Amma baş nazirin başçılıq etdiyi “Vətəndaş müqaviləsi” partiyasının daxil olduğu seçkiöncəsi “Mənim addımım” bloku İrəvan ağsaqqallar şurasına seçkilərdə 81,06% səs toplayaraq qalib gələndə aydın olub ki, paytaxt fəth edilib və davam etmək lazımdır. Yəni erkən parlament seçkilərinin müddətini yaxınlaşdırmaq gərəkdir. Belə də edilib. Paşinyan bildirib ki, seçkilər artıq 2018-in dekabrında baş tutmalıdır. Ermənistan parlamenti məhz bu durumda “Milli Məclisin reqlamenti haqda” qanunda dəyişikliklər edilməsi haqda qanun layihəsi qəbul edib – qanunverici qurumun işini dayandırmamaq üçün, hətta baş nazir istefa verəcəyi halda, işinin davam etdirilməsi nəzərdə tutulur. Hökumət başçısı bu aksiyanı “əksinqilabın startı” kimi dəyərləndirərək, respublikaçıları ölkənin siyasi meydanından yox etməyi tələb edib və tərəfdarlarını küçələrə çıxaraq Milli Məclisi mühasirəyə almağa çağırıb. Sonra nə olub, məlumdur. Amma bundan sonra nə olacaq?

Bütün əlamətlərə əsasən, Paşinyanın partiyası dekabrda qələbə çalardı ki, bu da baş nazirin hakimiyyətini Konstitusiya baxımından legitimləşdirərdi. Parlament çoxluğu meydana çıxardı. Amma Paşinyan bu andan Ermənistanın taleyinə, dövlətçiliyinin saxlanmasına görə tam siyasi məsuliyyət daşıyacaq, bunun üçün onun etirazçıların liderindən idarəçiyə və dövlətçiyə transfer etməsi gərəkdir. Ancaq kütlənin özəlliyi bundan ibarətdir ki, prinsipcə, dövləti asanlıqla sındırmağa qabildir. Ancaq  kütlə onu yönəltməyi bacarmır. Praktika, o cümlədən inqilabi praktika göstərir ki, “böyük gözləntilərin” nəhəng dalğasında məmurları kabinetlərdən qovmaq mümkündür. Amma situasiyanı konstruktiv  məcraya yönəltmək xeyli çətindir. Küçə inqilabçıları yetərincə idarəçilik vərdişlərinə malik deyillər və vədlərin yerinə yetirilməsi üçün kifayət qədər resursları yoxdur. Baş nazir bu yolda ciddi problemlərlə üzləşməli, balans və güzəştlər aramaq sənəti sərgiləməli, üfüqi və şaquli icra və qanunvericilik qurmalı olacaq.

Ya da “inqilabi kanonlar”la ölkənin siyasi meydanını təmizləməyi, cəmiyyətdə qarşıdurmanın yüksək dərəcəsini qızışdırmağı, siyasi rəqibləri əzmək üçün öz tərəfdarlarını daimi səfərbərlikdə saxlamaqdan ötrü mübarizə alovunu körükləməyi davam etdirəcək. Hələ iqtisadiyyat, adamların gündəlik yaşayışını təmin etmək də var… Nəhayət, Paşinyan bu gün uduzan, sabah isə yeni hökumətin səhvlərindən faydalanıb faktiki olaraq keçid dövründə hələ öz peşəkarlığını göstərmək imkanı əldə etməyən qarşı tərəfin hakimiyyət kabinetlərinə düşdüyü şəraitdə durumun səbatsızlığı üzərində oynamağa cəhd edə biləcək Ermənistan siyasətinin veterenları ilə nə edəcək? O, Dağlıq Qarabağ münaqişəsi kimi “miras”ın qeydinə necə qalacaq? İrəvanın bu yöndə səhvləri bütün Ermənistanı dünyanın siyasi xəritəsindən silə bilər”.

Rusiyanın digər nəşri olan “Kommersant”ın da məsələyə yanaşması olduqca maraqlıdır: “Beş aylıq baş nazirlik müddətində Nikol Paşinyan islahat adlandıra biləcəyimiz heç bir şey etməyib. Paşinyanın nazir və müşavirlərlə ayrılmasındakı rahatlıq onun komandasının hələ də formalaşmadığını göstərir. Paşinyanın xarici siyasətdə buraxdığı səhvlər, hər şeydən əvvəl KTMT baş katibinin həbsi ətrafında qalmaqallı hadisə onu Ermənistanın təhlükəsizliyinin və iqtisadiyyatının əhəmiyyətli hissəsinin asılı olduğu Moskvaya qarşı yönəldib. O hər şeyi silməyə çalışdı. Hakimiyyəti çoxminlik kütlənin əlindən qəbul edən Paşinyan Vladimir Putin, Nursultan Nazarbayev və Aleksandr Lukaşenko kimi uzunömürlü prezidentlər üçün onlardan birinə çevrilə bilmədi. Bu şəxslər “k”, “ü”, “ç”, “ə” hərflərindən, demək olar ki, həmişə “Qərb” sözünü düzəldirlər. Onların Qərbə münasibəti isə hər kəsə məlumdur. İnqilabçı baş nazirin həm də bunları xatırlaması vacibdir: insanların Paşinyanın çağırışı ilə küçələrə çıxmaqdan yorulacaqları, onun “Feysbuk“ səhifəsi əvəzinə öz soyuducularına baxacaqları vaxt mütləq gələcək. Həmin an onların soyuducularında görəcəkləri isə Paşinyanın siyasi gələcəyini müəyyən edəcək”.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ