çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Yaxın aylarda rayonlarımızın azad olunması qaçılmaz proses halına çatır…

Image


Ermənistan daxilində baş verən olaylar bu ölkədə ictimai-siyasi gərginliyin hələ müəyyən müddət davam edəcəyini göstərir. Belə görünür ki, İrəvanda normal fəaliyyət göstərə biləcək iqtidarın yaxın tezlikdə formalaşması çətin olacaq. Bu hal isə, öz növbəsində, Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllinə də ciddi əngəllər yaradır.

Ekspertlər isə baş verənləri iki fərqli rakursdan şərh edirlər. Bunlardan birincisi daxili qarşıdurmalar fonunda Ermənistanın daha  da zəifləməsi və beləliklə işğalçı siyasətin davam etməsinin mümkünsüzlüyü ilə bağlıdır. Digər məqam Rusiya faktoru ilə ilgilidir. İndi belə fikirlər səslənir ki, baş nazir Nikol Paşinyanın siyasətindən narazı qalan Rusiya Ermənistanda vəziyyəti gərginləşdirərək burada yeni hakimiyyət dəyişikliyinə nail olmağı düşünür. Bu versiyanı gücləndirən amillərdən biri də budur ki, Paşinyana qarşı çıxan qüvvələr birbaşa Rusiya ilə bağlı qüvvələrdir. Hesab edilir ki, Moskva istəyinə nail olsa, yaxın tezlikdə Ermənistanda yeni hakimiyyətin formalaşmasını gözləmək olar. Kremlin yeni hakimiyyətdən əsas istəklərindən biri isə məhz Qarabağ münaqişəsi ilə bağlı olacaq. Məsələ burasındadır ki, Moskva Qafqazdakı münaqişələrin həllində söz sahibi olduğunu göstərmək üçün ilk mərhələdə Dağlıq Qarabağ ətrafında işğal edilmiş bir neçə rayonun Azərbaycana qaytarılmasını istəyir. Əslində, Serj Sarksiyanın prezidentliyi dönəmində bu məsələ razılaşdırılmışdı. Amma Ermənistanda məlum hakimiyyət çevrilişi prosesin qarşısını aldı. İndi isə Ermənistanda vəziyyət yenidən qarışıb və bunun nəticələrinin Qarabağ münaqişəsinin sonrakı gedişinə təsiri xüsusi maraq doğurur.

Xatırladaq ki, Ermənistanda yeni siyasi gərginlik növbədənkənar parlament seçkiləri ilə bağlıdır. Baş nazir Nikol Paşinyan dekabrda seçkilərin keçiriləcəyini elan etsə də, parlament onu məyus edib. Belə ki, parlament “Reqlament haqqında” qanunu qəbul etməklə Paşinyanın, belə demək olarsa, əl-qolunu bağlayıb. Parlamentdə çoxluğa malik olan Respublika Partiyası növbədənkənar parlament seçkilərinin keçirilməsinin qarşısını almağa imkan verən qanun qəbul edib. Qanun layihəsi, baş nazirin ikinci dəfə seçilməsinə zərurət yaranacağı hallarda, qanunvericilik orqanının buraxılmasının yolverilməz olduğunu nəzərdə tutur. Bundan sonra Paşinyan parlamentə ultimatum verib və qanunun geri çağırılmasını tələb edib. Lakin Respublika Partiyası tələbi yerinə yetirməyib. Bu durumda Paşinyan ölkədə “əksinqilab” başladığını elan edib.

Hakimiyyətdə koalisiyaya daxil olan “Daşnaksütyun” partiyası Paşinyanın parlamentə təzyiqinə etiraz edərək, hakimiyyətdəki bütün nazirləri və qubernatorlarını geri çağırıb. Bundan dərhal sonra Nikol Paşinyan qanun layihəsinin qəbulunda iştirak etmiş “Daşnaksütyun” və “Çiçəklənən Ermənistan” partiyalarından olan nazirlərin istefaya göndərilməsi barədə qərar verib. O, parlament qarşısında tərəfdaralırının iştirakı ilə keçirilən yeni etiraz mitinqində hamının gözü qarşısında bu partiyalardan olan 6 nazirin istefası barədə əmr imzalayıb. Baş verənləri şərh edən erməni politoloqların fikrincə, Paşinyan onunla eyni fikirdə olmayan partiyaları əhalinin qəzəbi ilə şantaj etməyə çalışır. Çünki indiki məqamda hakimiyyətini möhkəmləndirməsi üçün bundan başqa rıçaqı, demək olar ki, yoxdur. Amma bu rıçaq da tədricən əldən çıxdığından, Paşinyan parlamentə öz adamlarını yerləşdirmək üçün növbədənkənar seçkilərin keçirilməsini istəyir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, İrəvan Şəhər Şurasına keçirilən seçkilərdə Nikol Paşinyanın blokunun böyük üstünlüklə qalib gəlməsi bir daha göstərdi ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi Serj Sarkisyanın lideri olduğu Respublika Partiyasının, “Qarabağ klanı“nın Ermənistan siyasətində uzun sürən hökumranlığına son verilməsi ilə nətilənəcək. Həmçinin “Çiçəklənən Ermənistan” partiyasının lideri Hagik Tsarukyan da görür ki, bu gedişlə öz sərvətini və siyasi təsirini itirəcək.  Bu səbəbdən də Respublika Partiyası ilə birlikdə hərəkət etdi. Bir sözlə, Respublika Partiyası, “Çiçəklənən Ermənistan” və “Daşnaksütyun” bir araya gələrək, Paşinyana müqavimət göstərmək qərarı verdi. Bu qüvvələrin bir araya gəlməsində Rusiya və ona bağlı Robert Köçəryanın əlinin olmasına dair erməni mediasında məlumatlar yayılmaqdadır. “Joxovurd” qəzeti yazır ki, Robert Köçəryan Respublika Partiyasının nümayəndələri, o cümlədən Serj Sarkisyanla aktiv əlaqə qurub: “Bizim məlumatımıza görə, Köçəryan xüsusilə aktiv şəkildə Sarkisyanla münasibət qurub. Onlar bu günlərdə bir araya gələrək uzun müddət müzakirə aparıblar, amma müzakirənin nə ilə bağlı olduğu açıqlanmayıb. Köçəryan, həmçinin, Respublika Partiyasının da ofisində olub”.  Bildirilir ki, sabiq prezidentlərə Hagik Tsarukyan da qoşulmağa çalışır və o, Rusiya ilə əsas əlaqələndiricilərdən birinə çevrilib.  “Joxovurd” qəzeti yazır ki, Tsarukyanın Respublika Partiyası ilə görüşləri və paralel olaraq bu ərəfədə Moskvaya iki dəfə səfər etməsi prosesin arxasında Rusiyanın bəzi dairələrinin durması ehtimalını daha da artırır. Moskva Ermənistanda Qərbə məğlub olmaq niyyətində deyil. Yox, Rusiya bu dəfə də məğlub duruma düşsə, hesab edilir ki, Kreml Paşinyana müxtəlif istiqamətlərdə ciddi təzyiqlərə başalyacaq və bu sırada Qarabağ münaqişəsi də xüsusi yer alacaq. Bunu Rusiya mediasının yazdıqlarından da aydın görmək olar. Qeyd olunur ki, əslində,  Rusiya prezidenti Vladimir Putin bu xüsusda Bakı səfərində azərbaycanlı həmkarı ilə geniş müzakirə aparıb. Bildirilir ki, formal olaraq Vladimir Putin Bakıya Rusiya-Azərbaycan Regionlararası Forumunda iştirak etmək və cüdo üzrə dünya çempionatının final mərhələsini izləmək üçün gəlmişdi. Lakin bağlı qapılar arxasında o, həmkarı İlham Əliyevlə hərbi-texniki əməkdaşlıq, KTMT, həmçinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi mövzularını müzakirə edib. Bildirilir ki, hələ cari ilin sentyabr ayının 1-də Putinin Soçidəki “Boçarov ruçey” iqamətgahında İlham Əliyev belə bir rəqəm səsləndirmişdi: “Azərbaycan Rusiyadan 5 milyard dollarlıq silah alıb və bu rəqəm artacaq”. Azərbaycan liderinin sözlərinə görə, Rusiya hərbi məhsulların dünya üzrə vacib istehsalçısı və beynəlxalq bazarlara təchizatçısıdır. Bu səbəbdən Azərbaycan bundan sonra da öz ordusunu Rusiyanın köməyi ilə modernləşdirəcək. Rus mediası yazır ki, iki ölkənin hərbi-texniki əməkdaşlığı məsələsi növbəti dəfə bu sualı verməyə vadar edir: Azərbaycan MDB-nin hərbi ittifaqı olan KTMT-nin tamhüquqlu üzvü olmağa hazırlaşmırmı? Ən azı ona görə ki, Rusiya silahını dünya qiymətləri ilə deyil, hazırda Ermənistanın etdiyi kimi Rusiyadaxili qiymətlərlə ala bilmək üçün.

Putinin bu məsələ ilə bağlı mövqeyi hələlik tam bəlli deyil. Analitiklər hesab edir ki, hazırkı vəziyyətdə çox şey Nikol Paşinyanın siyasətindən asılı olacaq. O əvvəlkitək Ermənistanı Moskvanın nüfuz orbitindən çıxarmağa çalışarsa və Avropa İttifaqı ilə NATO istiqamətində yaxınlaşma kursunu davam etdirərsə, Moskva hadisələrin bu cür inkişafından heç də xoşhal olmayacaq. Bu zaman Ermənistanı Azərbaycanın işğal edilmiş rayonlarından çıxarmaq hesabına Paşinyanın gözdən salınması planı meydana çıxır. Ermənistanın cəbhədəki məğlubiyyəti İrəvanda narazılıq partlayışına səbəb olacaq və bu halda Paşinyan ölkədən qaçmağa məcbur qalacaq. Məsələ ilə bağlı “reqnum” saytı yazır ki,  hadisələrin gedişi Ermənistanda yeni proseslərin nə ilə nəticələnməsindən çox asılı olacaq: “Paşyinyan yenidən qalib gəlib Qərbyönlü siyasətini davam etdirsə, Moskva Qarabağ kartından mütləq yararlanacaq. Prosesdən uduşlu çıxan tərəf isə Azərbaycan olacaq”.

Rusiyalı ideoloq Aleksandr Duqin isə qeyd edir ki, Moskva Qarabağ məsələsində uzun illər ərzində əldə olunmuş razılıqların Paşinyan üzündən hədər olmasını istəmir. Onun sözlərinə görə, Putin hər zaman aktiv şəkildə Qarabağ probleminin həllinə çalışıb: “Məhz Putinin sayəsində Serj Sarkisyan dönəmində Qarabağın həlli məsələsində irəlləyiş əldə edilib. Paşinyanın hakimiyyətə gəlişi Bakı, İrəvan və Moskva arasında Dağlıq Qarabağla bağlı əldə edilən razılaşmanı zərbə altına qoydu. İndi Qarabağ ətrafındakı beş rayonun Azərbaycana qaytarılmasını nəzərdə tutan həmin razılaşmanı yenidən bərpa etmək cəhdləri müşahidə edilir. Paşinyan baş nazirliyinin ilk dönəmlərində bu razılaşmalar barədə heç nə eşitmək istəmirdi, amma situasiya onu reallıqla barışmağa məcbur edir. Bakı-Moskva əlaqəsi gücləndikcə İrəvan anlayır ki, Moskvanın inamını əhəmiyyətli dərəcədə itirir. İrəvan anlayır ki, bir müddət əvvəl Ermənistan Rusiyanın müttəfiqi idi, amma indi bu funksiya Bakıya keçir”. O, Paşinyanın artıq reallıqları görməyə başladığını da bildirir: “Düşənbə sammitindəki Əliyev-Paşinyan görüşü sübut edir ki, bütün radikal və populist çıxışlarına rəğmən, Ermənistan baş naziri Azərbaycan rəhbəri ilə əlaqə qurmağın vacibliyini anlayır. Güman edirəm ki, Azərbaycan və Ermənistan liderlərinin danışığı Moskva və Bakının apardığı böyük fəaliyyətin nəticəsidir. Görünür, Paşinyan həm də taktikasını dəyişir. O başa düşür ki, Dağlıq Qarabağı danışıqlara cəlb etməklə bağlı tutduğu mövqe qeyri-realdır. Bu mövqeni isə nə Rusiya, nə də Qərb müdafiə edir. Ona görə də indiki halda söhbət Paşinyanın mövqeyinin korreksiyasından gedir”. Qeyd edilənlərdən bu qənaətə gəlmək mümkündür ki, hazırda Ermənistan daxilində cərəyan edən proseslər fonunda Qarabağ məsələsinə dair  gözləntilər iki istiqamətdən ibarətdir. Əvvəla, burada yeni hakimiyyət dəyişiklyinin olmasını istəyən Rusiya ona bağlı qüvvələrin iqtidara gəlməsini istəyir. Bu halda həmin qüvvə Kremlin Qarabağ tələbini daha maneəsiz həyata keçirəcək. Yox, Paşinyan yenidən iqtidarda qalmağı bacarsa, onda yenə Rusiyanın istəklərini yerinə yetirməli olacaq və bu zaman əsas istəklərdən biri yenə işğal altındakı bəzi rayonların azad edilməsini özündə ehtiva edəcək. Bu halda Paşinyan Moskvanın yardımı ilə hakimiyyətdə qalmağı bacaracaq. Digər variantda Paşinyan Rusiyaya qarşı çıxsa, Kreml onun devrilməsi üçün yenə bir neçə rayonun Azərbaycanın nəzarəti altına qayıtmasını təmin etməli olacaq. İstənilən halda isə yaxın tezlikdə Qarabağ məsələsində müəyyən yeniliklərin olması tamamilə gözləniləndir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ