çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Paşinyanın daxili siyasi böhranda yeni taktikası – növbədənkənar seçki dekabra təyin edildi...

Image


Nəzakət Məmmədova: “Hazırkı situasiyadan çıxış edərək, dekabrda keçirilməsi nəzərdə tutulan seçkilərdə Paşinyan tərəfdarlarının parlamentdə üstünlük qazanması gözlənir”

 

Ermənistanda baş verən siyasi böhranla bağlı təzadlı informasiyalar yayılır. Parlamentin xalq tərəfindən mühasirəyə alınmasından sonra Paşinyan digər fraksiyalarla razılığın əldə olunduğunu bildirsə də, sonradan həmin məlumatlar təkzib edildi. Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, istefa versə, parlamentdə təmsil olunan partiyaların deputatları baş nazir postuna ondan başqa kiminsə namizədliyini irəli sürməyəcəklər və artıq bu barədə razılıq əldə olunub.

Bu barədə Paşinyan Ermənistan parlamentinin deputatları ilə keçirdiyi görüşdən sonra deyib. Bildirib ki, “Çarukyan” bloku, “Daşnaksütyun” və Respublikaçılar Partiyası onun təklifi və xalqın tələbinə hörmət edərək, baş nazir postuna başqa namizəd təklif etməyəcəklər: "Biz razılaşdıq ki, daxili siyasi böhranı dəf etməliyik. Bunun həlli variantı kimi isə mən yaxın günlərdə istefa verəcəyimi bildirdim və dedim ki, respublikaçıların əhalini qıcıqlandırmayacağına ümid edirəm. Çünki deputatlar başqa namizəd irəli sürmək qərarına gəlsələr, bu, neqativ reaksiya doğuracaq. Növbədənkənar seçkilərin keçirilməsi ümumxalq tələbidir və buna qarşı çıxanlar xalqa müharibə elan etmiş olacaqlar. Odur ki, parlamentdə təmsil olunan qüvvələr xalqın mövqeyilə razılaşdılar”.

O, həmçinin, bildirib ki, vəzifəsindən istefa müddəti, digər namizədin irəli sürülməyəcəyinə dair zəmanət və dekabrda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə digər partiyalarla razılıq sənədi imzalanacaq.

Lakin Paşinyanın bəyanatının ardından respublikaçıların üzvü, parlamentin vitse-spikeri Eduard Şarmazanov baş nazirin dediklərini təkzib edib. Şarmazanovun sözlərinə görə, Paşinyan müxtəlif fraksiyaları təmsil edən cəmi 20 deputatla görüşüb və danışıqlar zamanı hansısa razılaşma əldə edilməyib: "Biz öz mövqeyimizi bildirdik. Razılaşma olmadığından, yenidən görüşərək müzakirələri davam etdirmək qərarına gəldik. Paşinyan, sadəcə, dekabrda növbədənkənar parlament seçkiləri keçirmək niyyətini bildirmək üçün bizimlə görüşdü. Siyasi qüvvələr seçkilərin fərqli tarixdə keçirilməsi, Seçki Məcəlləsi və polislə bağlı təkliflər irəli sürüldü. Səslənən təkliflərlə razılaşıb bir-birimizin əlini sıxdığını deyə bilmərik. Heç bir şey barədə razılığa gəlmədik”.

Şarmazanov onu da vurğulayıb ki, bütün siyasi qüvvələrin razılaşdığı bir məsələ var ki, o da dövlətin maraqlarının prioritet tutulmasıdır. Çünki belə olmasaydı və baş nazirin iddia etdiyi kimi, məqsəd seçkilərin keçirilməsinin qarşısını almaq idisə, onda digər partiyalar heç Paşinyanla danışıqlara getməzdilər: "Bu səbəbdən də ölkəni təlatümlərə sürükləmək olmaz. Hakimiyyətin bölgüsü və parlamentin müstəqilliyi prinsiplərinə hörmət etmək lazımdır”.

Xatırladaq ki, Ermənistan parlamenti "Milli Məclisin reqlamenti haqqında” Qanuna düzəlişlər edilməsi barədə qanun layihəsini qəbul edib. Buna etiraz olaraq Paşinyanın çağırışına əməl edən "Çıxış” blokunun deputatları parlamentin işini boykot edərək iclasdan çıxıblar. Qanun layihəsinin lehinə "Çarukyan” bloku, "Daşnaksütyun” və Respublikaçılar Partiyası səs veriblər. Bundan hiddətlənən Paşinyan atılan addımı "əksinqilabın rəsmən başlanması” kimi qiymətləndirib və tərəfdarlarını parlamentin önündə etiraz aksiyası keçirməyə çağırıb. Baş verənləri şərh edən erməni politoloqların fikrincə, Paşinyan onunla eyni fikirdə olmayan partiyaları əhalinin qəzəbi ilə şantaj etməyə çalışır. Çünki indiki məqamda hakimiyyətini möhkəmləndirməsi üçün bundan başqa rıçaqı, demək olar ki, yoxdur.

Belə olan təqdirdə, Ermənistanda baş verən hadisələrin sonunu necə proqnozlaşdırmaq olar? Həmin ölkədəki siyasi böhranı həll edilmiş saymaq olarmı?

Politoloq  Nəzakət Məmmədova “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanda siyasi qüvvələr arasında savaş, gördüyümüz kimi, özünün kulminasiya nöqtəsinə çatdı: “Paşinyan istefaya gedəcəyini bəyan etdi və bu ilin sonunda, daha dəqiqi, dekabr ayına növbədənkənar parlament seçkiləri təyin etdi. Bu, ilk olaraq, Paşinyanın özünün yenidən seçiləcəyinə əminliyindən irəli gəlir. İrəvan meriyasına keçirilən seçkilərdə Paşinyanın dəstəklədiyi "Mənim addımım" qüvvələrinin 80 faizdən çox səs qazanması Paşinyanın reytinqinin hakimiyyətdə olduğu 5 ay ərzində azalmadığını, köhnə hakimiyyətdən bezən əhalinin dəyişikliklər gözlədiyini, bunu edəcək şəxsin isə yalnız Paşinyan olduğuna inandığını göstərdi. İnzibati resurslardan məhrum edilən və parlamentdə mütləq üstünlüyünü itirərək 50 mandata sahib olan Respublika Partiyası və onun müttəfiqləri, hökumətdəki nazirlərini geri çağıran "Daşnaksütyun" və “Tsarukyan bloku” konstitusiya qanununa dəyişiklik etmək istədilər və bu, Paşinyanın yenidən xalqı küçələrə toplaması ilə nəticələndi”.

Politoloqun sözlərinə görə, Paşinyan seçkiləri mümkün qədər tez keçirməyə, rəqib siyasi qüvvələr isə təxirə salmağa üstünlük verirlər: “Çünki hazırda Paşinyanın reytinqi yüksəkdir, əhali inqilab eyforiyasındadır və dəyişikliklərə ümid edir. Lakin sərt iqlimi olan, yoxsul Ermənistanda qışın gəlməsi bütün problemləri daha da dərinləşdirəcək. Əhali baha qiymətlər şəraitində qışı başa vurduqdan sonra həmin vaxt Paşinyanın hakimiyyətə gəlməsinin 1 ili yaxınlaşacaq, əlbəttə ki, narazılıq artacaq”.

Nəzakət Məmmədova hesab edir ki, buna görə də Paşinyan seçkiləri erkən keçirməyə çalışır: “Ölkənin qüvvədə olan konstitusiyası parlament iki dəfə baş naziri seçə bilməzsə və ya seçmək istəməsə, onun buraxılmasını nəzərdə tutur. Oktyabrın 2-də parlament konstitusiya qanununa dəyişiklik etməklə bu müddəanı aradan qaldırmaq istədi. Paşinyan isə parlamentdaxili və ondan kənarda olan, ölkənin siyasi sisteminə təsir imkanına malik siyasi qüvvələrlə danışıqların faydasız olduğunu görüb xalqı küçəyə çıxardı. May ayında məhz bu müddəanın olması səbəbindən buraxılmaq təhlükəsi ilə qarşılaşan parlament ikinci dəfədən məcbur olub Paşinyanın baş nazir olmasına razılıq verdi, əks halda buraxılmalı idi. Görünür, inzibati resurslardan məhrum edilmiş Respublika Partiyası, "Daşnaksütyun" və "Çiçəklənən Ermənistan" vaxt qazanmaqla, qanuna dəyişiklik etmək yolu ilə Paşinyanın növbəti dəfə baş nazir seçilməsinə mane olmağı planlaşdırırdılar”.

Politoloqun sözlərinə görə, oktyabrın 2-də konstitusiya qanununa edilən dəyişiklik də Paşinyanın növbəti dəfə baş nazirliyə gedən yolunu bağlamalı idi. Rəqiblərinin bu gedişinə qarşı Paşinyan da xalqı parlament binası qarşısına toplamaqla cavab verdi: “Hazırda 105 deputatdan çox az qismi Paşinyana dəstək verir. Ona isə loyal, keçirmək istədiyi islahatlara dayaq ola biləcək qanunverici orqan lazımdır. Paşinyan hakimiyyətə gəldiyi 5 ay ərzində heç bir vədini yerinə yetirə bilməyib. Onun qarşısında duran güclü maneələrdən biri parlamentdir. İstənilən qanuna dəyişiklik etməklə parlament ölkənin nəinki siyasi sisteminə, eləcə də idarəetməsinə istədiyi formada təsir edə bilər. Sözsüz ki, Ermənistanda bu günlərdə baş verən proseslər barədə həm Trampın, həm də Putinin əvvəlcədən məlumatı var idi. Bunun üçün kəşfiyyat məlumatlarına belə ehtiyac yoxdur. Çünki Ermənistan siyasi səhnəsindəki qüvvələrin mütləq əksəriyyəti bu iki dövlətin nəzarətindədir. Orada baş verən və planlaşdırılan siyasi proseslər barədə məlumatlı olan Tramp və Putin qarışıqlıq ərəfəsində Paşinyanla görüşüb məsuliyyəti bölüşmək istəmədilər. Lakin bu iki böyük dövlətin müəyyən dairələrinin prosesləri idarə etdiyi, onun iştirakçılarını operativ şəkildə təlimatlandırdığı sirr deyil. Hazırkı situasiyadan çıxış edərək, dekabrda keçirilməsi nəzərdə tutulan seçkilərdə Paşinyan tərəfdarlarının parlamentdə üstünlük qazanması gözlənir.

Bunu indiki şəraitdən çıxış edib proqnozlaşdırmaq mümkündür. Lakin dekabra qədər Respublika Partiyası və tərəfdarları müəyyən praqmatik gedişlər etsələr, situasiyanı özlərinə uyğun dəyişə biləcəkləri variantı istisna olunmamalıdır”.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ