çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Azərbaycanın Ermənistan üzərində sürətlə artan hərbi üstünlüyü kənardan daha aşkar görünməyə başlayıb

Image


Azərbaycanın malik olduğu böyük iqtisadi imkanlar ölkənin hərbi gücünün davamlı şəkildə artması, ordumuzun ən müasir silah və texnika ilə təmin edilməsinə də münbit şərait yaradır. Bunun nəticəsidir ki, texniki təminat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri  dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Digər önəmli məqam budur ki, Dağlıq Qarabağ münaqişəsi davam etdikcə, ərazilərimiz işğal altında qaldıqca Azərbaycan ordusunu davamlı şəkildə gücləndirəcək. İşğalçı Ermənistanın qeyd olunan xüsusda ölkəmizlə ayaqlaşa bilməsi isə, sadəcə, mümkünsüzdür.

Hazırda səfalət içində boğulan İrəvanın belə bir vaxtda yenidən hərbi xərclərini artırması isə ölkəni daha sürətlə uçruma yuvarlatmaq deməkdir. Rusiyanın “regnum.ru“ portalının yazdığına görə, Ermənistan 2019-cu ildə hərbi büdcəsini 647 milyon dollara qədər artırmaq niyyətinə düşüb: “Ermənistanın müdafiə büdcəsinin kəskin artımı ilk dəfə 2018-də qeydə alınıb, 2017-ci ildəkindən 17,6% çox olmaqla 518 milyon dollar təşkil edib. 2019-cu ildə  daha çox artım gözlənir və bu göstərici təxminən 647 milyon dollar olacaq. Hərbi büdcənin bu cür artırılması ÜDM faizlərində də hissolunacaq şəkildə əks olunub. Belə ki, göstərici 2018-ci ildə  3,8%-ə yaxın olub, 2019-cu ildə  4,5%-ə çatacaq. Bu tempdə sonrakı artım çətin olacaq,  ÜDM-dən 5-6% o yana getmək ölkə iqtisadiyyatı üçün artıq yetərincə təhlükəlidir“.  Portal onu da yazır ki, əslində, hərbi büdcənin artımında Rusiyadan alınan kreditlər də mühüm rol oynayır: “Büdcənin özünün artımından savayı, Rusiyanın güzəştli kreditlərini də qeyd etmək gərəkdir. Onlardan  hələlik ikisi verilib -  birinci 2016-da 200 milyon dollar, ikincisi 2018-də 100 milyon dollar. Daha 100 milyon dollarlıq kredit üçün fəal danışıqlar aparılır. Bu zaman qeyd etmək gərəkdir ki, 2019-cu il artımı istisnasız olaraq kreditin hesabınadır. Ötən iki ildə də bu vəsaitlər həmin nisbətlərdə iştirak edib“. Amma bu artımlar hələ Ermənistanın Azərbaycanla ayaqlaşa biləcəyi demək deyil. Əksinə, erməni ekspert Vahan Tumacyan qeyd edir ki, hərbi büdcənin belə artımı ölkə iqtisadiyyatının daha böyük problemlərlə üzləşməsi deməkdir: “Bununla biz Azərbaycana çata biləcəyimizi düşünürüksə, səhv edirik. Azərbaycanın təhlükəsizliyə ayırdığı xərc hələ də Ermənistanın ümumi dövlət büdcəsindən artıqdır“. Elə “regnum.ru“ portalı da məsələnin bu tərəfinə diqqət çəkir: “Aydındır ki, Ermənistanda hətta indiki artım nəzərə alınmaqla Azərbaycanın büdcəsinə çatmağa hələ çox var“.

Digər erməni hərbi ekspert Qraçya Petrosyan isə vurğulayır ki, Ermənistan Azərbaycan kimi müasir silahlar da ala bilmir. O, bunun konkret isbatı kimi Rusiyanın hər iki ölkəyə satdığı hərbi texnikanı göstərir. Qeyd edir ki, Rusiya Azərbaycana daha müasir, Ermənistana isə əsas etibarı ilə köhnə silahlar satır. Onun sözlərinə görə, Ermənistan üçün ilk növbədə Azərbaycanın Rusiyadan aldığı raket-artilleriya vasitələri, İsrail və Çexiyadan alınan uzunmənzilli döyüş vasitələri təhlükə yaradır: “Silahın mənzili baxımından baxsaq, ən güclü silah İsrailin LORA silahı sayılır. LORA, yaylım atəşindən fərqli olaraq, hədəfi operativ-strateji mənzildə məhv edən raketdir. Biz başa düşməliyik ki, burada problem Ermənistan və Azərbaycan arasında hansı tərəfin daha çox silah və hərbi sursat toplaya bilməsində deyil. Anlamalıyıq ki, belə bir miqyasda silah toplanması baş verirsə, o zaman həmin silahlar bir gün mütləq atəş açacaq. Bizim yaxın müttəfiqimiz Rusiya da çox gözəl başa düşür ki, silahla təmin etdiyi Azərbaycan həmin silahlarla Ermənistan orudusunu vuracaq”.

Bu arada Rusiyanın TASS agentliyi də xatırladır ki, Bakı Moskvadan həqiqətən də böyük həcmdə müasir silahlar alıb. Agentlik ölkəmizin son illərdə Rusiyadan aldığı silahların siyahısını dərc edib. Burada qeyd edilir ki, Azərbaycan Rusiya silahlarının ən iri idxalçılarından biridir. TASS bildirir ki, Rusiya silahlarının Azərbaycana axını 2005-ci ildən başlayıb. Belə ki, hələ 2005-2010-cu illərdə Azərbaycanın güc strukturları üçün yeni vertolyotlar alınıb. Bura Mi-172, Mi-171B, Ka-32A vertolyotlatları, 62 T-72B tankı, 4 zirehli təmir-təxliyyə maşını BREM-1, 6 “Msta-B” yedəklənən haubitsası, 70 BTR-82A yeni zirehli transportyorları, 100 “Kornet-E” tank əleyhinə raket kompleksləri, iki diviziyon S-300 PMU “Favorit” zenit-raket kompleksləri daxildir. Bunlardan əlavə, Azərbaycan tərəfi 2013-2018-ci illərdə Rusiyadan quru qoşunları üçün xeyli miqdarda yeni hərbi texnika alıb. Bunlar 100 T-90S əsas döyüş tankı, 118 BMP-3 piyada döyüş maşını, 230 ədəd BTR-82A, 166 artilleriya sistemi, o cümlədən 152 millimetrlik 18 “Msta-S” özüyeriyən haubitsaları, 18 özüyeriyən “Vena” haubitsaları, 18 “Smerç” reaktiv yaylım atəşi sistemi, 24 TOS-1A “Solntsepek” ağır odsaçan sistemləri aiddir. Eyni zamanda, Azərbaycan Rusiyadan  iki diviziyon “Xrizantema-S” tank əleyhinə özüyeriyən raket kompleksi, 152 millimetrlik yedəklənən “Msta-B” haubitsaları, 120 millimetrlik, daşınan “Sani” minaatanları, avtomobil nəqliyyatı, mühəndis avadanlıqları, zirehli təmir-təxliyyə maşını BREM-1M və BREM-L, döyüş sursatları da alıb. Eləcə də Azərbaycan Rusiyaya hava hücumundan müdafiə sistemləri sifariş edib. Həmin sifariş əsasında Azərbaycan Rusiyadan 300 daşınan zenit-raket kompleksi “İqla-S” və onlara aid 1500 raket alıb. Bakının Rusiyadan yenə silahlar alması istisna olunmur və yuxarıda qeyd olunan silahların böyük əksəriyyəti Ermənistan ordusunda yoxdur. Qraçya Petrosyan bütün bunların İrəvan tərəfindən nəzərə alınmasını vacib sayır. Onun sözlərinə görə, Azərbaycan ordusu insan resursu baxımından da Ermənistandan öndədir: “Başqa sözlə, biz anlamalıyıq ki, qarşıdurmanın əsas vasitəsi həm də əsgərlər sayılır. Bizim rəhbərliyimiz müasir aviasiya vasitələri almaq istədiyini bəyan edir. Mən hesab edirəm ki, bizim bir o qədər də böyük olmayan regionumuz üçün zərbə aviasiyasına bu qədər böyük məbləğin xərclənməsi effektiv sayıla bilməz. Çünki hər şeydən əvvəl, bu texnika çox bahadır. İkincisi isə, 400 kilometrlik radiusda fəaliyyət göstərmək üçün bu effektli variant deyil. Bunun əvəzinə dağlıq ərazi şərtlərində zərbə helikopterlərinin alınması effekt verə bilər. Yeri gəlmişkən, Azərbaycan artıq Rusiyadan dağlıq ərazidə döyüş aparmaq qabiliyyətinə malik və hətta rusların özlərinin də “uçan tank” adlandırdığı müasir zərbə helikopterləri alıb”.

Bu arada helikopterlərlə bağlı Ermənistanın narahatlığına yol açan daha bir məqam onların zərbə sistemlərinin yenilənməsidir. Belə ki, İsrailin “Rafael” şirkəti Azərbaycanın döyüş helikopterlərini modernizə edilmiş “Spike” raketləri ilə silahlandırır. Şirkətin regional direktoru Şimon Naymen faktı təsdiq edib: “Hazırda biz Azərbaycanda hərbi helikopterlərdə modernizə edilmiş “Spike” raketlərinin quraşdırılmasını həyata keçiririk. Bu raketlərin fəaliyyət radiusu 30 kilometrdir. Bu isə o deməkdir ki, modernizə edilmiş “Spike” raketi ilə silahlanmış hərbi vertolyot düşmən üçün əlçatmaz olacaq. Başqa sözlə, vertolyotlar Azərbaycanın nəzarətində olan ərazilərdən düşmənin nəzarəti altında olan ərazilərə dəqiq zərbə endirəcək, bu zaman özü atəş altına düşməyəcək”.

Burada onu da xatırladaq ki, Azərbaycan ordusunun döyüş vertolyotlarının düşmənin daşınan zenit-raket komplekslərinin fəaliyyət radiusuna daxil olmadan hədəflərə dəqiq zərbə endirmək imkanında olduğunu bu ilin mayında müdafiə naziri Zakir Həsənov da silahlı qüvvələrin 100 illiyinə həsr edilmiş mətbuat konfransı zamanı açıqlamışdı. Nazir bildirmişdi ki, 2016-cı ilin aprel döyüşlərinin təcrübəsindən çıxış edilərək, döyüş vertolyotlarının düşmənin daşınan zenit-raket komplekslərinin fəaliyyət radiusuna daxil olmadan 50 kilometrə qədər məsafədən hədəfləri vurmağa imkan verən sistemlərlə təchiz edilməsi həyata keçirilir. 2016-cı ilin aprelində Azərbaycan xüsusi təyinatlı qüvvələrinin bir vertolyotu düşmən mövqelərinə yaxın məsafədən zərbə endirərkən vurulmuşdu. Azərbaycanın döyüş vertolyotlarının İsrail istehsalı olan raketlərlə təchiz edilməsi hələ bir neçə il əvvəl başlamışdı. Lakin o zaman söhbət radiusu 10-20 kilometr olan raketlərdən gedirdi. Ermənistan isə son illərdə Rusiyadan “Verba” daşınan zenit-raket sistemləri əldə etdiyindən, həmin radiuslu raketlər Azərbaycan ordusunun vertolyotlarının düşmənə zərbə endirərkən atəş altına düşməsini qaçılmaz edə bilərdi. İndi isə vertolyotlar təmas xəttini keçmədən, yaxud hücum edən qoşunların onlarla kilometr arxasından düşmən hədəflərinə sərrast zərbələr endirib onların tanklarını, zirehli maşınlarını, atəş nöqtlərini sıradan çıxara biləcək. Bütün bunlar, öz növbəsində, ordumuzun düşmən üzərində üstünlüyünü artıran məqamlar kimi qiymətləndirilir. Elə bu səbəbdəndir ki, qeyd edilənlərin nəzərə alınmasının vacibliyi erməni ekspertlərin özləri tərəfindən də açıq şəkildə vurğulanır. Elə rus hərbi ekspert Pavel Felqenhauer də Ermənistanın narahatlığının əbəs olmadığını bildirir: “Azərbaycan müxtəlif hərbi istiqamətlər üzrə Ermənistandan çox irəlidədir.  Məsələn, Ermənistanda ümumiyyətlə ciddi aviasiya sistemi yoxdur, onların yalnız helikopterləri var.  Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, hazırda Azərbaycan silahlı qüvvələri ümumi sayına, ağır silahların sayına görə və indi də raket sahəsində, xüsusilə də İsrail raketlərinin hesabına keyfiyyətcə hərbi üstünlüyə malikdir.  Özü də onlar daha çox təkmilləşdirilib“. Belə vəziyyətdə aydındır ki, erməni tərəfinin hərbi xərcləri nə qədər artırmasından asılı olmayaraq, onun Azərbaycanla paritet yarada bilməsi mümkün deyil. Əksinə, düşmənin bu istiqamətdə addımları Ermənistanın daha da zəifləməsinə gətirib çıxarır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ