çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Qarabağ şüarı altında zəif mitinqlər - milli mənafe baxımından yolverilməz fenomen kimi...

Image


Qabil Hüseynli: “Qarşıya müqəddəs vəzifələr qoyulsa da, alınan nəticə qənaətbəxş olmadı”

 

Sentyabrın 29-da bir qrup siyasi partiya və ictimai təşkilat “Məhsul” stadionunda “Qarabağa azadlıq” şüarı ilə mitinq keçirib. Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpa edilməsi tələbi ilə keçirilən mitinqdə minlərlə insan iştirak edib. Mitinq bu yaxınlarda yaradılmış “Qarabağ” ictimai komitəsi tərəfindən təşkil edilib.

Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı mitinqi açarkən bildirib ki, aksiyanın məqsədi Qarabağın azad edilməsi üçün ictimai fəallığı ən yüksək səviyyəyə çatdırmaqdır: “Hakimiyyət və müxalifət Qarabağ məsələsində birləşməlidir. Cəmiyyətin bütöv iradəsini nümayiş etdirməli və hakimiyyətdən işğal edilmiş ərazilərin azad edilməsi üzrə radikal addımlar atmağı tələb etməliyik.

Mediada gedən məlumatlardan məlum olur ki, mitinqin təşkilatçısı olan “Qarabağ” komitəsi bu ilin yayında kütləvi aksiyaların, elmi konfransların, sərgilərin və s. keçirilməsi ilə Qarabağ münaqişəsinə daimi ictimai diqqətin saxlanması məqsədilə təsis edilib. Komitəyə 17 ictimai birlik və hərəkat, o cümlədən Qarabağ Azadlıq Təşkilatı, Klassik Xalq Cəbhəsi, Milliyyətçi Hərəkat, Vətəndaş Həmrəyliyi, İslam Partiyası, Bəyaz Partiya, Milli-Demokrat Partiyası, Qarabağ Veteranları Təşkilatı və s., həmçinin, fərdi qaydada 13 Qarabağ müharibəsi veteranı daxildir.

Qeyd edək ki, “Qarabağa azadlıq” şüarı ilə keçirilən mitinqə münasibət birmənalı olmayıb. Sosial şəbəkələr və mətbuat vasitəsilə bildirilən fikirlərdən aydın olur ki, narazılığın kökündə əsasən mitinqin adı ilə iştirakçıların sayı arasında olan uyğunsuzluq göstərilir. Qeyd edilir ki, Qarabağ problemi ilə bağlı təşkil olunan mitinqdə iştirakçı sayının minlərlə ölçülməsi müəyyən dairələrdə lazımsız təsəvvür yarada bilər. Həmçinin, qeyd edilir ki, bu problemlə Azərbaycan iqtidarı dərindən məşğul olur və mitinqdə bu yöndə iqtidara ünvanlanan iradlar tam yersizdir.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov bildirib ki, stadionda keçirilən bir mitinqlə Dağlıq Qarabağ problemi ilə bağlı münasibət formalaşdırmaq olmaz: "Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı zəruri addımları atır. Həm danışıqlarda, həm də ordunun gücləndirilməsində, yeni silahlarla təchiz olunmasında lazımi işlər görülür. Elə Bakıda keçirilən son iki hərbi parad buna daha bir nümunədir. O cümlədən qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müharibə veteranlarına, şəhid ailələrinə diqqət və qayğı bilavasitə Dağlıq Qarabağ münaqişəsinə olan bir münasibətdir”.

Siyavuş Novruzovun sözlərinə görə, Dağlıq Qarabağ adı altında hər hansı bir mitinq keçirmək və bundan istifadə etmək bu gün yersiz addımdır: “Bugünkü mitinqin mahiyyəti ondan ibarətdir ki, bir qrup insan öz ətrafına adam toplaya bilmədiyi üçün Azərbaycanın taleyüklü məsələsini, yaxud hər bir Azərbaycan vətəndaşını düşündürən bir məsələni ortaya atmaqla orada insanları bir yerə cəmləyib öz maraqlarını həyata keçirməyə çalışır. Həmin qruplar Avropadan, başqa yerlərdən çağırışlar edirlər. Azərbaycanda mitinq keçirməyə nə ehtiyac var? Bütün Azərbaycan xalqı işğal olunmuş ərazilərimizin azad edilməsini istəyir. Əgər bu insanların Dağlıq Qarabağla bağlı belə ürəkləri yanırsa, onda Avropa küçələrində, Ermənistan səfirliklərinin, beynəlxalq təşkilatların qarşısında nümayiş keçirsinlər, Xocalı soyqırımı ilə bağlı müxtəlif təbliğat materialları yaysınlar, etirazlarını bildirsinlər. Ancaq əksinə, həmin insanlar orada Azərbaycan əleyhinə iş aparırlar, Azərbaycanın daxilində isə Dağlıq Qarabağ məsələsini qaldırırlar”.

Qeyd edək ki, məlum mitinqin keçirilməsi həm də Düşənbədə MDB dövlət başçılarının sammitində münaqişə tərəfləri arasında gərginliyin azaldılmasına dair razılığın əldə olunması ilə eyni ərəfəyə təsadüf edir. Məhz belə məqamda Qarabağ adı ilə mitinqin keçirilməsi nə dərəcədə lazım idi?

Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, belə təyinatlı mitinqlərə çox ciddi şəkildə hazırlaşılmalıdır: “Hiss edilirdi ki, mitinqi keçirən təşkilatlar uzun müddətdir ki, belə aksiyanın keçirilməsinə çalışırdılar. Bu təşəbbüsə cəmiyyətdə birmənalı mövqe yox idi. Hesab edilirdi ki, bu adla keçiriləcək aksiya çox möhtəşəm olmalıdır və orada yalnız bir siyasi zümrə təmsil edilməməlidir. Yəni bu mitinqdə siyasi mənsubiyyət kənara qoyulmalı və iqtidarlı-müxalifətli hamı orada iştirak etməli idi. Xüsusilə də əsas gözlənti bundan ibarətiydi ki, mitinqdə məcburi köçkünlər kütləvi şəkildə iştirak etməlidirlər. Ehtimallara görə, bu amillər nəzərə alınsaydı və təşkilat komitəsi deyilən istiqamətdə yaxşı iştirak etsəydi, nəticə yaxşı ola bilərdi. Etiraf edim ki, bu həm danışıqlar prosesinə müsbət təsir göstərərdi, həm də Qarabağ probleminə münasibətdə Azərbaycan xalqının iradəsini əks etdirə bilərdi. Ancaq mitinq komitəsinin istədiyi yerdən də görünürdü ki, onlar çox da kütləviliyi gözləməyiblər. Çünki mitinqin keçirildiyi stadion ən çox halda 10 min nəfərin iştirakını mümkün edirdi. Hazırlıqla bağlı vaxtın az olması da təşkilatçılara bağlı olan məsələdir. Çünki bunu da onların özləri müəyyən edirdi. Hesab edirəm ki, mitinqin təşkilat komitəsinə iqtidar nümayəndələri də əlavə edilməli idi. Bir sözlə, mitinq yaxşı hazırlanmalıydı. Hesab edirəm ki, bu mitinqi keçirənlər lazım olan məqsədlərinə nail ola bilmədilər. Həmçinin, yer uğurlu seçilməmişdi. Çünki bəri başdan bilinirdi ki, ora yüz minləri, milyonları yığmaq qeyri-mümkündür. Buna görə də keçirilən mitinq ümummilli xarakter daşımadı. Qarşıya müqəddəs vəzifələr qoyulsa da, alınan nəticə qənaətbəxş olmadı”.

Qabil Hüseynli mitinqin Düşənbədə münaqişə tərəfləri arasında əldə olunan razılaşma ərəfəsinə təsadüf etdiyinə də aydınlıq gətirdi: “Əslində, Paşinyanın belə bir təşəbbüsdə olacağı da gözlənilməz idi. Gördünüz ki, Paşinyan birdən-birə öz istiqamətini 180 dərəcə dəyişərək, əvvəlki radikallığından imtina edib, konstruktivliyə yaxın mövqe ortaya qoydu. Ancaq bu heç də o anlama gəlməməlidir ki, Ermənistan bu mövqeyini sona qədər qoruyacaq. Fikrimcə, izdihamlı Qarabağ mitinqi nə vaxt keçirilsə, təsirli olar”.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ