çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Azərbaycan Ermənistana təcavüzkar Qarabağ siyasətinə görə daha sarsıdıcı zərbələr vurmağa hazırlaşır

Image


Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllinin dalana dirənməsi, Ermənistanın mövcud hakimiyyətinin sülh danışıqlarından yayınması konfliktin hərbi  çözüm ehtimalını indi daha böyük sürətlə artırır. Digər tərəfdən düşmənin cəbhə təxribatlarının sayının artması da müharibəni tətikləyən növbəti amil sayılır.

Yeri gəlmişkən qeyd edək ki, belə təxribatlar nəticəsində cəbhədə düşmən itkilərinin sayı sürətlə artır. Bu xüsusda, ehtiyatda olan polkovnik Şair Ramaldanov maraqlı məlumatlar açıqlayıb: “Son bir həftə ərzində Azərbaycan ordusunun bölmələri bütün istiqamətlərdə düşmənin 5 hərbi qulluqçusunu məhv edib, bir neçə nəfər isə ağır yararlanıb”.

Onun sözlərinə görə, Ermənistanın hazırkı hökuməti və erməni əsgərləri baş nazir Nikol Paşinyan və onun populist çıxışlarının əsirinə çevrilib: “Həmişəki kimi, qarşı tərəf yalnız Ermənistandan olan üç çağırışçının adını rəsmi olaraq bəyan edib. Digər iki nəfər isə Qarabağdan hərbi xidmətə çağırıldığı üçün onların adları gizlədilib. Azərbaycan ordusunun əsgərləri Paşinyan və onun kimi digər cinayətkarların səsləndirdiyi sərsəm bəyanatlara cavab verir və verməyə də davam edəcək”. Şair Ramaldanov qeyd edib ki, bunlar hamısı Azərbaycan ordusunun gücünü göstərir: “Bu, ordumuzun işğal altında olan torpaqlarımızı azad etməyə hazır olduğunu bir daha sübut edir. Paşinyan və onun kimilər nə qədər ki, sərsəm bəyanatlar səsləndirəcək, o vaxta qədər də təmas xəttindən erməni əsgərlərinin leşini yığmaqla məşğul olacaqlar”.

Əslində Nikol Paşinyanın bütün təxribatçı davranışları Azərbaycana əraziləri azad etmək üçün hərbi yoldan başqa çıxış qoymur. Və bunu yaxşı anlayan rəsmi Bakı artıq uzun müddətdir qələbə döyüşünə hazırlaşır.  Xüsusilə Rusiya-Ermənistan münasibətlərinin uçurumun kənarına qədər gəlib çıxması da şərtləri Azərbaycanın xeyrinə dəyişdirir. Bu kontekstdə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Orucun Rusiya prezidenti Vladimir Putinin Bakı səfəri ilə bağlı aşağıdakı fikirləri xüsusi diqqət çəkir: “Qəlbi Amerikanın, ətəyi Avropanın yanında olan bir dövlətin arxasını Qarabağda rus əsgəri qoruyası deyil. Ermənistan Rusiyanın forpostluğundan çıxan kimi Azərbaycan əsgəri döyüş əmrini alacaq! Güclü liderlər və sərkərdələr müharibəni əvvəlcə siyasi-diplomatik cəbhədə qazanır, sonra silahlı meydana atılır. İlham Əliyev on illər ərzində apardığı transmilli iqtisadi-enerji savaşını gerçək hərbi eskalasiyaya çevirməyə hazırdır! Azərbaycan ordusunun qələbəsi tarixdə ilk dəfədir, nə Moskvanın, nə Tehranın, nə də Qərbin məğlubiyyəti olacaq!”. Bu fikirlərdən də aydın görünür ki, müəyyən geosiyasi səbəblər indiyə qədər Qarabağda savaşın qarşısını alırdısa, erməni işğalının uzanmasına rəvac verirdisə, artıq Bakının uğurlu diplomatik gedişləri bunları aradan qaldırır. Xüsusən də Bakı və Moskva arasında yüksəksəviyyəli münasibətlər artıq İrəvanın əsas himayədarından məhrum olduğunu göstərir. Rus tarixçi və analitik Oleq Kuznetsov bu xüsusda maraqlı məqamlara diqqət çəkərək bildirir: “Vladimir Putin Paşinyan hökumətinin bu gün apardığı daxili və xarici siyasəti bəyənmir, çünki bu, əvvəllər işlənmiş bütün mexanizmləri və qarşılıqlı təsir sxemlərini məhv edir. Putin və Paşinyanın bütün danışıqları tamamilə boş və formaldır. Heç bir dövlətin rəhbərinin, o diktator deyilsə, heç bir konkret nəticəyə gətirib çıxarmayan boş danışıqlara ayırmağa vaxtı olmamalıdır. Paşinyan Putin üçün maraqlı müsahib deyil ki, Rusiya prezidenti onunla görüşmək və ya teatr tamaşasına getmək istəsin. Hazırda Rusiya-Ermənistan münasibətlərinin gündəliyində heç bir ümumi mövzu və ya yeni birgə layihələr mövcud deyil. Bu isə iki dövlət başçısının görüşlər keçirməsinə ehtiyac olmadığını göstərir. Amma bunun əksinə olaraq, prezident İlham Əliyevlə Putinin tez-tez görüş keçirdiyini müşahidə edirik. Rusiya ilə Azərbaycan arasında əllidən çox birgə layihə ilə bağlı danışıqlar aparılıb. Onların yarısı bu ay ərzində prezidentlərin Soçi görüşündə imzalanıb. Ölkələrimizin başçıları tez-tez görüşür. Bunun səbəbi təkcə danışıqlar aparmaq və ünsiyyət qurmaq deyil, razılaşmalar əldə etməkdir. Rusiya və Azərbaycan arasında bir çox ümumi siyasi və iqtisadi maraqlar mövcuddur ki, bunların həyata keçirilməsi obyektiv olaraq iki prezident arasında xüsusi münasibətlərin olmasını tələb edir. Buna görə də Moskva-Bakı əlaqələri güclənir. Əksinə, Moskva İrəvanla daimi dialoq formatının saxlanmasında heç bir məna görmür”. Hesab olunur ki, Rusiya-Ermənistan münasibətlərində müəyyən soyuqluq yarandığı dövrdə Azərbaycan-Rusiya münasibətlərinin intensiv inkişafı Dağlıq Qarabağ probleminin həllini dalandan çıxarmaq baxımından çox vacibdir. Bütün bunlar həm də o baxımdan vacibdir ki, Moskva mümkün Qarabağ münaqişəsində İrəvanı müdafiə etməkdən imtina edəcək. Ən azından, Ermənistana dərs vermək və Rusiyanın orbitindən kənarlaşmasının nələrə gətirib çıxaracığını İrəvana göstərmək üçün. Digər tərəfdən, belə vəziyyətdə Kreml Bakı ilə strateji tərəfdaşlıq əlaqələrinin daha da yüksələcəyini yaxşı bilir. Bu şəraitdə erməni şərhçi Sarkis Artsruni yazır ki, nəticəsiz danışıqlar Qarabağda yeni eskalasiyanın başlanmasına gətirib çıxara bilər: “Ön cəbhədə gərginlik artır və Yaxın Şərqdəki eskalasiya fonunda baş verənlər bizim regionumuzda da böyük toqquşmanın ola biləcəyini göstərir”. Erməni şərhçi müharibənin nəticəsinin Ermənistan üçün ağır ola biləcəyindən qorxduğunu da etiraf edir.

Eyni mövqeni Ermənistan xüsusi təyinatlı kəşfiyyat-diversiya dəstəsinin banisi Vova Vartanov “İravnuk” qəzetinə müsahibəsində də bölüşür. O bildirir ki, Qarabağ savaşı yenidən başlaycağı təqdirdə Ermənistan çox ağır vəziyyətə düşəcək və bunun ümdə səbəbləri Bakının cari ilin mayında Naxçıvan istiqamətində yeni ərazilərə nəzarəti ələ almasıdır. Qeyd edək ki, bu ilin may ayında Şərur rayonunun Günnüt kəndi, ümumilikdə isə 11 min hektar ərazi erməni işğalından azad olunub. Ermənistan tərəfi ilk günlər bu faktı inkar etsə də sonradan təsdiq etmək məcburiyətində qalıb. Faktı təsdiq edənlərdən biri də erməni kəşfiyyatçısı Vova Vartanovdur. O bildirir ki, Ermənistandan Qarabağ istiqamətində hərbi kömək göndərilməsi artıq müşkülə çevrilib: “Bəli, vəziyyət həyəcanlıdır, 100 faiz narahatlıq var. Azərbaycan mövqelərini irəli çəkdi, lakin bununla həm də İrəvan-Mehri yolunu nəzarətə götürdü. Hansı ki, bu yolu havaya pilotsuz təyyarələr qaldırmadan artilleriya ilə vura bilərlər. Yəni Azərbaycan ordusu erməni qoşunlarının hərəkət etdiyi, silah-sursat daşındığı yolu nəzarətə götürüb. Bütün bunlar narahatlıq yaratmırmı? Vəziyyət sakitdirsə, hələ ki problem yoxdur. İndi ara-sıra atəş səsləri eşidilir. Lakin gələcəkdə irihəcmli əməliyyat başlayacaqsa, bu, ciddi problemlər yaradacaq. Çünki Azərbaycan ordusu Zəngəzura gedən yolları nəzarətə götürüb”. Bütün bunlar bir daha nümayiş etdirir ki, diplomatik müstəvi ilə yanaşı, hərbi müstəvidə də düşmən çıxılmaz duruma düşməkdədir. Belə vəziyyətdə yaxın tezlikdə zəbt olunmuş ərazilərin azad olunmasına start verilməsə, Azərbaycan bunu güc yolu ilə etməli olacaq.

Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan isə vurğulayır ki, Qarabağ məsələsində Azərbaycanın bütün istiqamətlər üzrə üstünlüyünü artıran daha bir məqam Paşinyan iqtidarı sayəsində ölkə daxilində vəziyyətin çox kəskinləşməsidir: “Təəccüblü deyil ki, öz anti-konstitusion ideyalarını yaymaq üçün iqtidardakılar bütün mümkün tədbirlərə əl atır. Onlar sosial dəstəyə bel bağladıqca sosial problemlər həll olunmur, əksinə daha da böyüyür. Paşinyan insanlara indi də bunu diqtə edir: “Bəli, siz pis yaşayırsınız, həyatınızı düzənləyə bilmirsiniz. Bunların hamısı ona görədir ki, mənim tərəfdarlarım parlamentdə üstünlüyə sahib deyillər”. Yəqin ki, yenə avam insanlar ona inanacaq. Cənab baş nazir, siz məndən də yaxşı bilirsiniz ki, parlament sizin dəqiq iqtisadi inkişaf proqramınızın olmamasında, idarəetmə aparatını dağıtmağınızda, cəmiyyətdə təcavüzkarlığı artırmağınızda günahkar deyil. Rusiyada yaşayan erməni biznesmenlər Paşinyana etimad göstərməkdən imtina edib, fransız elitası ilə görüşdə isə heç bir nəticə əldə olunmayıb. Almaniya kansleri Merkel və İtaliya prezidenti Cənubi Qafqaza səfərləri zamanı Gürcüstan və Azərbaycanda biznes forumda iştirak edib, özləri ilə investorlar gətiriblər. Amma Ermənistana gələndə belə hallar baş vermədi. Ermənistan əvvəlkindən daha böyük sürətlə zəifləyir. Belə vəziyyətdə bizim probemləri həll edə biləcəyimiz, Qarabağ siyasətimizi davam etdirməyimiz böyük sual altına düşür. Əksinə, daxildə artan qarşıdurma Qarabağ məsələsində yalnız Azərbaycanın mövqelərini gücləndirir”.

“Joxovurd” qəzeti də yazır ki, ölkə daxilində qarşıdurma kəskinləşir. Qeyd olunur ki, bu fonda Ermənistanın keçmiş prezidenti Robert Köçəryan aktiv görüşlər keçirməyə başlayıb: “Köçəryan bu dövr ərzində Milli Razılaşma Partiyasının rəhbəri Aram Arutyunyan, Razılaşma Partiyasının sədri Sarkis Avetisyan, Milli Təhlükəsizlik Partiyasının sədri Qarnik İsqulyanla görüşüb. Maraqlı olan digər məqamı isə Respublika Partiyasının deputatı Qalust Saakyan açıqlayıb. O bildirib ki, Köçəryan siyasətə qayıdıb respublikaçılara yaxın əməkdaşlıq proqramı təklif etsə, o zaman onunla əməkdaşlıq nəzərdən keçiriləcək. Deməli, Köçəryan Paşinyanı denvirməkdə maraqlıdır və bu halda baş nazirin ona qarşı yeni hücumları ölkədə vəziyyəti qarışdıracaq. Bu isə bütün istiqamətlərdə, o cümlədən Qarabağ məsələsində öz təsirini göstərəcək. Amma siyasilər bunu nəzərə almır və vəziyyət pisləşir. Hətta iş o yerə çatıb ki,  bir vaxtlar Paşinyaın müdafiə edən “Çiçəklənən Ermənistan” Partiyası da baş nazirə qarşı çıxır. Hökumət isə ciddi şəkildə bu partiyanın üzvlərinin xüsusi olaraq bölgələrdə yaranmış problemlərin həllinə əngəllər yaratdıqlarına görə narahat olmağa başlayıb. Belə ki, partiyanın üzvləri bununla ictimai narazılığın yaranmasına cəhd edirlər. Ölkədə vəziyyət qarışır”.

Bütün bunlar isə, ermənilərin özlərinin də etiraf etdiyi kimi, Qarabağ münaqişəsinə də ciddi təsir göstərir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ