çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Yaxın tezlikdə Ermənistanın işğalı altındakı ərazilərin daha bir hissəsi Azərbaycanın nəzarətinə keçə bilər...

Image


Birmənalı həqiqətdir ki, Dağlıq Qarabağ münaqişəsi işğalçı Ermənistanın bütün istiqamətlər, o cümlədən sosial-iqtisadi sferada çöküşünə səbəb olan başlıca faktordur. İndi ermənilərin öz aralarında da belə etiraflara rast gəlmək mümkündür ki, münaqişənin davamı Ermənistanın, ümumiyyətlə, bir dövlət olaraq varlığına son qoya bilər.

Çünki ötən dövr ərzində yaranan vəziyyət çox aydın göstərir ki, işğal siyasətinə son qoyulmadan Ermənistanda hansısa inkişafdan danışmaq mümkünsüzdür. Özü də maraqlı tərəflərdən biri budur ki, Azərbaycan torpaqlarının işğalının müvəqqəti olması da düşmən tərəfə yaxşı məlumdur. Amma buna rəğmən, işğalın davam etdirilməsinə yenə mənasız cəhdlər göstərilir və qeyd olunduğu kimi bu hal yalnız Ermənistanın çöküşünə xidmət edir.

Bununla yanaşı, müşahidə olunan məqamlardan biri Ermənistanda artan daxili siyasi-gərginlik fonunda Qarabağ kartından istifadə cəhdlərinin yenə çoxalmasıdır. İstər hakimiyyət, istərsə də əsas müxalif qüvvələr Qarabağ məsələsindən sırf öz məqsədləri üçün yararlanmağa çalışır. Ekspertlər hesab edir ki, bu vəziyyət münaqişənin gedişinə birbaşa təsir göstərə bilər. Hazırda müşahidə olunan odur ki, Nikol Paşinyan iqtidarı Qarabağ məsələsində olduqca sərsəm və güzəştsiz mövqe sərgiləməyə salışır. Bunu erməni baş nazirin BMT tribunasından etdiyi çıxış da təsdiqləyir. Ekspertlər isə bunu təsadüfi saymır. Bu, ilk növbədə ondan qaynaqlanır ki, Paşinyan çox ciddi problemlərlə üz-üzə qalıb. Xüsusilə də daxili auditoriya getdikcə Paşinyana münasibətdə məyusluq ifadə etməyə başlayıb. Belə vəziyyətdə o çalışır ki, Dağlıq Qarabağ münaqişəsindən maksimum yararlansın və ilk növbədə elə etsin ki, parlament seçkilərinə qədər danışıqlara getməsin. Paşinyan həm də ona çalışır ki, parlament seçkilərinə qədər kompromissiz və güzəştsiz siyasət aparan lider obrazı yaratsın, nəticədə seçkilərdə qalib gəlsin. Çünki bu şəxsə indi parlament seçkilərində qalib gəlmək, necə deyərlər, hava-su kimi lazımdır. Elə onun münaqişə ilə bağlı  bütün ifadələri, sərsəm fikirləri və cəfəng yanaşmaları da ancaq bu məntiqdən qaynaqlanır. Təsadüfi deyil ki, o, BMT-dəki  çıxışının xeyli hissəsini parlamentdəki vəziyyətə həsr etdi və sözündən belə çıxdı ki, bugünkü Ermənistan parlamentində əslində devrilmiş hakimiyyətin qüvvələri mövcuddur və hakimiyyət daha çox onların əlindədir, bu da Paşinyana xeyli mane olur. Amma belə görünür ki, Paşinyana müxalif olan qüvvələr də elə Qarabağ kartından yararlanaraq onun parlamentdə qalibiyyətini əngəlləmyəi düşünür. Bu xüsusda “Qarabağ klanı”nın adı xüsusi çəkilir. Erməni mediasında səslənən fikirlərdən belə bəlli olur ki, “Qarabağ klanı” parlament seçkiləri ərəfəsində zəbt olunmuş ərazilərin müəyyən hissəsinin Azərbaycanın nəzarətinə keçməsinə çalışacaq. Bununla da Paşinyanın mövqeyinə ciddi zərbə vurulmuş olacaq ki, belə vəziyyətdə onun parlament seçkilərində qalib gəlməsi mümkünsüz olacaq. Ermənistanın nüfuzlu “Joxovurd” qəzeti yazır ki, “Qarabağ klanı”nın Paşinyana qarşı hərəkətə keçəcəyi artıq dəqiqləşib. Bildirilir ki, yay aylarındakı durğunluğa son qoyaraq, Ermənistanın müxalif Respublika Partiyası uzun fasilədən sonra yenidən partiyanın icra orqanının fəaliyyətini bərpa etmək qərarına gəlib. Respublikaçıların sədri, Ermənistanın istefaya məcbur edilən sabiq prezidenti Serj Sarkisyan yenidən partiyanın iclaslarına başçılıq etməklə “silahdaşlarını” bir araya toplamaq və aktiv fəaliyyətə keçmək qərarı verib: “Tezliklə uzun fasilədən sonra Respublika Partiyası icra orqanının payız sessiyasındakı ilk iclası keçiriləcək. Etibarlı mənbələrimiz bildirir ki, iclasa partiyanın rəhbəri Serj Sarkisyan sədrlik edəcək. Respublika Partiyasının təşkilati işlər üzrə komissiyasının sədri Ruben Tatevosyan bizə məlumat verib ki, bundan sonra partiyanın iclasları hər həftə keçirilməklə müntəzəm xarakter daşıyacaq. Lakin iclasın gündəliyi əvvəlcədən bilinmir və yalnız toplantı zamanı məlum olacaq ki, Sarkisyan partiya üzvlərini nə məqsədlə bir araya gətirir”.
Qeyd olunub ki, istefa verdikdən sonra “siyasi tənhalığa” çəkilən Sarkisyanın məhz payızda aktivləşmək qərarı onun baş nazir Nikol Paşinyana qarşı ciddi mübarizəyə hazırlaşdığından xəbər verir. Çünki Sarkisyan kimi “avtoritet” öz ambisiyalarından əl çəkərək bu cür asanlıqla məğlub edilməsilə barışacaq şəxs deyil. Bu mənada, kifayət qədər əlaqələrə və təcrübəyə malik keçmiş prezidentin yeni hökumətə qarşı "qisas planı"nı işə salacağı istisna edilmir. Elə Sarkisyanın Paşinyanın payızda istefa verərək növbədənkənar parlament seçkilərini gələn ilin yazına yox, bu ilin sonuna salacağı ilə bağlı yayılan məlumatlardan sonra aktivləşməsi də bununla izah edilir. Erməni mediası yazır ki, parlamentin Paşinyanın nəzarətinə keçməsinin qarşısını almaq üçün Sarkisyan qarşıdakı iclaslarda Respublika Partiyasına ciddi təlimat verərək, silahdaşlarına hökumətlə mübarizənin yeni metodlarını təqdim edəcək. Erməni politoloq Astmik Şapaxatyan bilirir ki, Respublika Partiyası qanunverici orqana nəzarəti saxlamaq niyyətindədir. Bu fonda Respublika Partiyası parlamentin buraxılmasına izn verməyəcək, Paşinyan isə insanları yenidən küçələrə səsləyəcək: “Hələlik parlamentin buraxılması ilə bağlı müzakirələr gedir. Məncə, indiki situasiyada növbədənkənar seçki inqilabın ictimai epiloqu olacaq. Hazırkı parlament cəmiyyət üçün heç bir ümid vəd etmir”. Şapaxatyan Paşinyanın ABŞ-dan geri qayıtdıqdan sonra öz planlarını gerçəkləşdirə biləcəyini söyləyib. Onun sözlərinə görə, hazırkı hökumət seçkidə böyük fərqlə qalib gəlsə, o zaman onları Levon Ter-Petrosyanın taleyi gözləyə bilər. Qeyd edək ki, 90-cı illərdə Petrosyan Qarabağ klanı və Rusiyanın təzyiqi ilə məcburi istefaya göndərilib. Onun istefasından bir müddət sonra isə Ermənistanda parlament teraktı baş tutub və nəticədə daxili siyasətdəki aparıcı simaların əsas qismi məhv edilib. Amma yuxarıda qeyd olunduğu kimi, “Qarabağ klanı” heç də Paşinyanın parlamenti öz nəzarətinə almasına imkan vermək niyyətində deyil. Bunun üçün ona bütün istiqamətlərədə ciddi müqavimfət göstəriləcək və bura Qarabağ konflikti də daxildir. “Qarabağ klanı” hesab edir ki, Ermənistanın işğal altında saxladığı ərazilərdən daha bir hissəsi azad olsa, bu, Paşinyan iqtidarı üçün böyük zərbə olacaq. Özü də burada nəzərə almaq lazımdır ki, “Qarabağ klanı”nın işğal altındakı ərazilərdə təsir dairəsi Paşinyana nisbətdə kifayət qədər yüksəkdir.

Digər tərəfdən onu da ayrıca qeyd etmək lazım gəlir ki, Paşinyan iqtidarının devrilməsində Rusiya da maraqlı tərəf kimi çıxış edir. Bu səbəbdən “Qarabağ klanı”na Moskvanın lazımi dəstək verəcəyi şübhə doğurmur. Elə erməni siyasi şərhçi Sarkis Artsruni də vurğulayır ki, Kreml Paşinyan iqtidarına mənfi münasibət bəsləyir və Rusiya prezidentinin Ermənistan səfərini təxirə salması bunun real təzahürü oldu: “Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan Rusiya prezidentinin yaxın vaxtlarda Ermənistana baş çəkəcəyini bildirsə də, artıq bunun baş verməyəcəyi dəqiqdir. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov İrəvana siqnal verdi ki, Moskva üçün Putinin Ermənistana səfəri heç də prioritet deyil və İrəvan öz “növbəsini” sakitcə gözləyə bilər. Uşakov xatırladıb ki, Rusiya və Ermənistan liderlərinin son görüşü “bu yaxınlarda” olub. Bu yaxınlarda, daha dəqiqi, sentyabrın 1-də Soçidə Putin Azərbaycan prezidenti İlham Əliyevi qəbul edib, amma bu, Kremlin başçısına Azərbaycan prezidenti ilə yeni görüşü keçirməyə mane olmur. Yeni görüş isə Bakıda keçirilir. Həm də, Ermənistan formal planda Rusiyanın regional müttəfiqidir və Azərbaycandan fərqli olaraq, Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Amma Uşakovun sözlərində daha çox təhqiredici işarə var idi. O, imkan daxilində Rusiya siyasətində Ermənistanın rolunu, beləliklə, Putinin Ermənistana səfərinin dövlət və siyasi qiymətini kiçildir. Halbuki, erməni tərəfi inadla iddia edir ki, Putinin İrəvana səfəri rəsmi olacaq. Uşakov isə tədbirləri sadalayır ki, Paşinyan bu tədbirlərin gedişatında Vladimir Putinlə “şəkil çəkdirə” bilər. Yeri gəlmişkən, baş nazir Nikol Paşinyan Putinlə üç dəfə görüşüb və bunlardan heç biri rəsmi deyildi”. Erməni şərhçinin sözlərinə görə, Putinin ətrafında əmindirlər ki, Ermənistanın qaçmağa yeri yoxdur və o, “qardaş” Putinin səfərini səbrlə gözləyəcək, təbii, Rusiya prezidentinin bir neçə saat boş vaxtı olacaqsa. Sarkis Artsruni qeyd edir ki, bununla Rusiya Paşinyana hansı qiymət qoyduğunu aydın göstərir və belə vəziyyətdə Moskvanın Paşinyanın  sələfləri olan Serj Sarkisyan və Robert Köçəryanı dəstəkləməsi erməni baş nazir üçün heç də müsbət sonluq vəd etmir. Bu həm də o deməkdir ki, “Qarabağ klanı”nın bu təmsilçilərinin Qarabağ münaqişəsi ətrafında gedişlərinə Moskva da göz yumacaq. Beləliklə, səslənən fikirlərdən bəlli olur ki, Ermənistan daxilində cərəyan edən proseslər Qarabağ münaqişəsinin gedişinə də öz təsirini göstərəcək. Digər tərəfdən, hadisələrin gedişindən o da aydın görünür ki, Ermənistan daxilində baş verənlər bu ölkənin daha böyük sürətlə zəifləməsinə rəvac verir. Bu mənada hesab olunur ki, Ermənistanın Azərbaycana diplomatiya, hərbi müstəvidə də müqavimət göstərmək imkanları azalacaq. Yəni qarşıdakı dövr ərzində Azərbaycan düşmən ölkə üzərində üstünlüyünü daha da artıracaq imkanlar əldə edəcək. Aydındır ki, belə vəziyyət, öz növbəsində, Qarabağ konfliktinin həllinin daha da tezləşməsinə rəvac verəcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ