çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Bakı ilə hərbi əməkdaşlığa can atan Qərb şirkətlərinin sayı artır – Ermənistanın narahatlığını artıran yeni proseslər başlayır...

Image


Bakıda 29 ölkənin 224 şirkətini bir araya gətirən “ADEX-2018” beynəlxalq müdafiə sərgisinin Azərbaycana gətirdiyi əsas üstünlüklərdən biri də hərb sahəsində yeni tərəfdaşlıq əlaqələri qurmasıdır. Bura ilk növbədə Qərb şirkətləri ilə əldə edilən yeni əməkdaşlıqlar aid olunur. Belə görünür ki, Qarabağ münaqişəsi səbəbindən hərb müstəvisində Azərbaycanla indiyə qədər əməkdaşlıqdan qaçan Qərb şirkətləri artıq bu siyasətlərində ciddi dəyişikliklərə start verirlər. Hər halda, Fransanın “Naval Group” şirkətinin atdığı addımlar da bu qənaəti əhəmiyyətli dərəcədə gücləndirir.

Məlumat üçün bildirək ki,  “Naval Group” şirkəti Bakıda keçirilən “ADEX-2018”  sərgisində özünün OPV-90 mühafizə gəmisinin layihəsini təqdim edib. Fransa tərəfi bəyan edir ki, 87 metr uzunluğunda OPV-90 dənizdə hərəkətə nəzarət, dəniz ehtiyatlarının mühafizəsi, axtarış-xilasetmə əməliyyatları, həmçinin humanitar yardımın göstərilməsi kimi mülki və hərbi vəzifələrin yerinə yetirilməsinə qadirdir. 1500 ton su basımı olan gəmi 5-10 tonluq helikopterləri daşımaq imkanına malikdir.

“Naval Group” şirkətinin Marketinq Departamentinin rəhbəri Filip Darcın “Azeridefence”ə verdiyi açıqlamaya görə, Fransa Hərbi Dəniz Qüvvələrinin 10 ildən artıq müddətdə istismarında olan OPV-90 gəmisinin üzərində Azərbaycan Silahlı Qüvvələrinin təklifinə uyğun olaraq təkmilləşdirmə işləri aparılır. Bu isə o deməkdir ki, yaxın tezlikdə Azərbaycan Silahlı Qüvvələrinin ixtiyarında OPV-90 gəmisi olacaq.  Yeni nəsil döyüş gəmisi hesab olunan OPV-90 dənizdə sınaqdan keçirilib. Departament rəhbərinin sözlərinə görə, yeni OPV-90 gəmisi Fransa və Azərbaycan mühəndisləri tərəfindən birgə inşa olunacaq. Azərbaycan tərəfinin tələbinə uyğun olaraq yeni gəminin top və gəmi əleyhinə raket kompleksləri, o cümlədən hava hücumundan müdafiə sistemləri və sair Fransa müdafiə sənayesi tərəfindən yenilənəcək. Ekspertlər isə bütün bunları yüksək qiymətləndirir və bildirirlər ki, artıq yaxın tezlikdə Fransanın digər hərbi texnikasının da Azərbaycana gəlişini gözləmək olar. Fransadan sonra Avropanın digər aparıcı hərbi şirkətləri ilə Azərbaycanın əlaqələrinin genişlənməsi proqnozlaşdırılır.

Xatırladaq ki, bundan əvvəl artıq Çexiya da Azərbaycanla hərbi əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bəyan edib. Çexiyanın sənaye və ticarət naziri Marta Novakova ölkəsinin Azərbaycana hərbi məhsullar sata biləcəyini də istisna etmir. Qeyd edir ki, Çexiyada istehsal olunan yüksək keyfiyyətli təyyarə və radarların Azərbaycana satışı ilə bağlı əməkdaşlıq qurula bilər. Qeyd edək ki,  Azərbaycan ordusunun ixtiyarında Çexiya istehsalı olan “Dana” özüyeriyən artilleriya sistemləri mövcuddur. Bütün bunlar Qərb şirkətlərinin silah bazarının artıq Azərbaycanın üzünə açıldığını göstərir.

Qeyd edilənlərə paralel olaraq Azərbaycan ənənəvi tərəfdaşları ilə də hərbi əməkdaşlığını dərinləşdirir. Bunu “ADEX-2018” sərgisinin iştirakçısı, İsrailin Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq idarəsinin regional direktoru Yevgeni Kilştokun açıqlaması da aydın göstərir. Məlumat üçün bildirək ki, İsrail daim “ADEX” sərgilərində iştirak edib və bu il 12 şirkət öz məhsullarını, silah və təhlükəsizlik sistemlərini, eləcə də digər sahələr üzrə yeni məhsullarını təqdim edir. Azərbaycanın onların məhsullarının satışı üçün yaxşı bazar olduğunu vurğulayan Yevgeni Kilştok bildirir: “Biz bu tərəfdaşlığa görə qürur hiss keçirir, Azərbaycan Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər strukturların beynəlxalq tenderlərində fəal iştirak edirik. İsrailin müdafiə sənayesinin məhsullarının keyfiyyəti və yüksək texnologiyası əsasən döyüş şəraitində sübuta yetirilib və buna görə də rəqabətin ildən-ilə artmasına baxmayaraq, bizim məhsullara və işgüzar təkliflərimizə böyük tələbat var”. İsraillə əməkdaşlıq fonunda artıq ölkəmizdə “Pegasus120” tipli yeni pilotsuz uçuş vasitəsinin istehsalı nəzərdə tutulur. Sözügedən uçuş vasitəsinin İsrailin “Aeronautics” şirkətilə müştərək əsasla "Azad Systems" müəsisəsində istehsal olunacağı gözlənir.

Rusiyanın  “Rosoboroneksport” dövlət şirkətinin baş direktoru Aleksandr Mixeyev də Azərbaycanla ölkəsinin hərbi əməkdaşlığının genişlənəcəyini bildirir: “Biz bu sərgidə Rusiya üçün çox əhəmiyyətli olan Azərbaycanla hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi sahəsində qiymətli və daha vacibi, çox müsbət təcrübə qazanırıq. Biz Azərbaycana həm hərbi texnika, həm də ona xidmət edilməsi və onun təmiri, mütəxəssis hazırlığı ilə əlaqədar müxtəlif infrastruktur layihələri təklif edirik”. Onun sözlərinə görə, Rusiya Azərbaycanın hərbi-texniki məhsullar aldığı ölkələr arasında aparıcı yerlərdən birini tutur. Azərbaycan Rusiyadan son illərdə dəyəri 5 milyard dollardan çox olan hərbi məhsullar alıb və bu rəqəmin artması proqonozlaşdırılır.  Bütün bunlar “ADEX-2018” sərgisinin böyük əhəmiyyətini bir daha göstərir. Hərbçi ekspert Üzeyir Cəfərov  qeyd edir ki, Bakıda sayca üçüncüsü keçirilən bu sərgi bir çox dövlətlərin marağındadır: “Əvvəlki illərə baxanda, həm iştirakçı şirkətlərin, həm də ölkələrin sayı çoxalıb. Azərbaycan və ümumilikdə regionumuz həmin ölkələr üçün böyük maraq kəsb edir. Azərbaycan bu sərgi vasitəsilə hərbi sənaye sahəsində qısa müddətdə əldə etdiyi uğurları nümayiş etdirir. Bununla yanaşı, sərginin siyasi əhəmiyyəti də var. Bu sərgi dünyanın başqa ölkələrində keçirilmiş sərgilərdən bir  çox parametrlərinə görə fərqlənir”.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ