çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Paşinyan Ermənistanın Qarabağ təcavüzkarlığının iç üzünü BMT tribunasında tam açıb göstərdi…

Image


Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün istər Azərbaycan, istərsə də vasitəçilər tərəfindən edilən cəhdlərin üzərindən Ermənistanın mövcud hakimiyyətinin qalın xətt çəkməsi aydın şəkildə özünü göstərməkdədir. Bunu Ermənistanın baş nazir Nikol Paşinyanın BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışı zamanı səsləndirdiyi fikirlər də təsdiq edir. Bu çıxışdan bir daha bəlli olur ki, İrəvan Qarabağ konfliktinin dinc yolla həllini istəmir və o üzdən problemin həlli üçün savaşdan başqa yol qalmır.

Qeyd edək ki, hakimiyyətə gəldiyindən bəri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı populist və sərsəm bəyanatlarla çıxış edən Paşinyan BMT-də də Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti daha da gərginləşdirəcək bəyanatlar verib: “Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində ola bilməz. Qarabağ münaqişəsinin nizama salınması Ermənistanın xarici siyasətinin prioriteti olaraq qalır. Dağlıq Qarabağın statusu və təhlükəsizliyi danışıqlar prosesində Ermənistanın xüsusi prioriteti olacaq”. Bundan başqa, baş nazir münaqişənin “əsas subyekti” adlandırdığı Dağlıq Qarabağla Azərbaycanın dialoqa başlamalı olduğu barədə tələbini də yeniləyib. Ekspertlər isə hesab edir ki, əvvəla, BMT tribunasında belə mövqe sərgiləməklə Paşinyan özünü gülünc duruma salıb. Ən azı ona görə ki, Paşinyanın tribunasından çıxış etdiyi BMT-nin Qarabağ münaqişəsi ilə bağlı məlum dörd qətnaməsi var və onların hamısında Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qeyd olunur. Belə ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 822 , 853, 854 və 884  saylı qətnamələri yekdilliklə qəbul edərək, Azərbaycan ərazilərinin işğalını pisləyib. Həmin qətnamələrdə də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edib. Eyni zamanda işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edib. Hətta 874 saylı qətnamədə BMT Təhlükəsizlik Şurası ATƏT-in Minsk Qrupunun bütün üzvləri tərəfindən təqdim olunan “Təhlükəsizlik Şurasının 822 və 853 saylı qətnamələrinin icrası üçün təxirəsalınmaz tədbirlər haqqında yeniləşdirilmiş vaxt cədvəli” da müəyyən edib. Təhlükəsizlik Şurasının  853 saylı qətnaməsinin mandatı əsasında tərtib olunan bu sənəd Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən mərhələli şəkildə və konkret vaxt qrafiki əsasında çıxarılmasını nəzərdə tutur. İndi belə sənədlər ortada ola-ola Paşinyanın BMT tribunasından Qarabağ məsələsi ilə bağlıyenə sərsəm fikirlər səsləndirməsi həm onun özünün bu mötəbər təşkilatda rüsvayçı vəziyyətə düşməsini, Qarabağ danışıqlarının mahiyyətindən xəbərsiz olmasını göstərir, həm də konfliktin sülh yolu həllini mümkünsüz hala gətirir. Özü də bütün bunlar dünyanın  gözü qarşısında baş verir.

Belə vəziyyət Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Nyu-York görüşünü də əhəmiyyətsiz edir. Yeri gəlmişkən qeyd edək ki, Mnatsakanyan özü də destruktiv mövqe sərgiləyir. Belə ki, erməni nazir Azərbaycan-Ermənistan sərhədində və qoşunların təmas xəttində vəziyyətin gərginləşməsinə görə məsuliyyəti rəsmi Bakının üzərinə atmağa çalışır.

Lakin Ermənistandan fərqli olaraq, Azərbaycan elə BMT-də konfliktin dinc müstəvidə həllini istədyini açıq bəyan edir. Bakı münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrini rəhbər tutaraq, ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən real addımlar atılması, Ermənistanın substantiv danışıqlar masasına qaytarılmasını tələb edir. Bakı bəyan edir ki, Ermənistandan beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında üzərinə düşən öhdəliklərin yerinə yetirilməsinin tələb edilməsi təmin olunmalıdır. Əks təqdirdə İrəvanın konstruktiv mövqeyə gəlməsi çətin olacaq və Paşinyanın BMT-dəki çıxışı Bakının bu mövqeyində bir daha haqlı olduğunu göstərir.

İşğalçı ölkənin hazırkı mövqeyi, sadəcə, Qarabağ münaqişəsinin yenidən alovlanmasına xidmət edir. Erməni siyasi şərhçi Samvel Akopyan isə ölkəsinin hamilərini itirdiyi bir vaxtda müharibənin yenidən başlanmasının ölkəsi üçün fəlakət olacağını vurğulayır. “Nikol Paşinyan: tütün qutusunda baş nazir” sərlövhəli şərhində  o, diqqəti ilk növbədə buna yönəldir ki, Paşinyanı ABŞ hakimiyyətə gətirib və qarşısına konkret hədəflər qoyub: “Paşinyanın Ermənistanı Rusiya kimi ənənəvi müttəfiqlərindən ayırması da bu hədəflərdən biridir. Vaşinqtonun əsas hədəflərindən biri Paşinyanın əli ilə Qarabağ münaqişəsini həll etməkdir. Çünki Azərbaycanın əraziləri hərbi yolla azad etmək planı və bu işdə NATO üzvü olan Türkiyənin onu dəstəkləməsi KTMT-nin timsalında Rusiyanın da məsələyə qarışması ilə nəticələnə bilər. ABŞ bunu NATO ilə Rusiya arasında hərbi münaqişənin başlanması olaraq görür. Hərçənd, Qarabağa görə NATO və Rusiyanın toqquşmasını nə Vaşinqtonda, nə Brüsseldə, nə də Ankarada istəyirlər. Buna görə də ABŞ və Türkiyə Qarabağın azad edilməsinin fərqli yolunu seçdi: Ermənistan cəmiyyəti Qarabağı könüllü şəkildə Azərbaycana qaytarsın. Paşinyanın korrupsiya ilə mübarizə şüarı altında “Qarabağ klanını”  təqib etməsi də bu planın bir hissəsi kimi görünür”. Akopyan məqaləsində Respublika Partiyasının deputatı Artaşes Qeqamyanın Paşinyana müraciətini də xatırladır. A.Qeqamyan “İravunk” qəzetində Paşinyana ünvanladığı müraciətində deyirdi: “Sən öz azarkeşlərini inandırırsan ki, erməni xalqının arasında qaralar və ağlar var. Nə edirsən et, amma cinsi azlıqları gizli və açıq müdafiə edərək, bizim ailə dəyərlərimizi məhv etmə. İrəvanın polis bölmələrinə, bütün ermənilərin katolikosuna hücum edən təcavüzkar dini sektaları himayə etmə. Soros tərəfindən maliyyələşdirilənlər 15-18 noyabrda İrəvanda “Şərqi Avropa və Mərkəzi Asiyanın LQBT – xaçpərəstlərinin forumu” adı altında növbəti yığıncaq keçirməyi planlaşdırır. Səndən xahiş edirəm, inqilab və əksinqilab haqqında əsəbi nitqlərinlə insanlara əzab verməyi dayandır. Bəlkə sən anlamırsan, lakin Ermənistanın milli təhlükəsizliyi təhdid altındadır”.
S.Akopyan iddia edir ki, Türkiyə və Azərbaycanın Qarabağı azad etmək planlarını işə saldığı ərəfədə Ermənistanın daxilindəki xaotik vəziyyət getdikcə inkişaf edir:
“Artıq şübhə etməməliyik ki, ABŞ tütün qutusunu açacaq, oradan Nikol Paşinyan çıxacaq və Qarabağı Azərbaycana qaytarmalı olacaq. Düzdür, baş nazir indi Qarabağla bağlı sərt bəyanatlar səsləndirir. Amma Azərbaycan hərbi hərəkətə keçəndə onu dayandırmaq çətin olacaq. Rusiya və ABŞ da işə qarışmayacaq. Ona görə yaxşı olardı ki, Paşinyan Qarabağ məsələsində ölçülü-biçili danışsın. Ermənistanı ağır mərhumiyyətlərin gözlədiyi yeni Qarabağ savaşını körükləməsin”. Ekspert xatırladır ki, aprel döyüşləri və Günnüt əməliyyatlarındakı məğlubiyyətləri Paşinyan diqqətdən qaçırmamalıdır.

Rusiya Aktual İqtisadiyyat İnstitunun rəhbəri Nikita İsayev isə Paşinyana məsləhət görür ki, Moskvanın dəstəyini itirdiyini yaddan çıxarmasın. O, İrəvandan fərqli olaraq, Bakının Kremlə daha yaxın olduğunu və bunun Qarabağ münaqişəsinə də öz təsirini göstərdəyini vurğulayır. Bildirir ki, Azərbaycanla Rusiya arasında dialoqun aktivləşməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə təkan verə bilər. Rusiya prezidenti Vldaimir Putinin ölkəmizə səfərinə diqqət çəkən Nikita İsayev qeyd edir ki, iki ölkənin həm siyasi, həm də iqtisadi sahədə əməkdaşlıq üçün geniş imkanları var: “Azərbaycan və Rusiya arasında aktiv siyasi dialoqa baxmayaraq, iqtisadi münasibətlər arzulanan səviyyədə deyil. Həm Rusiya, həm də Azərbaycan iqtisadiyyatının əsas hissəsini neft və qaz sahəsi təşkil edir. Hər iki ölkə qeyri-neft sektorunun inkişafında maraqlıdır. İki ölkə logistika sahəsində əməkdaşlığı inkişaf etdirə, “Şimal-Cənub“ nəqliyyat dəhlizi də iki ölkə üçün böyük imkanlar yarada bilər. Siyasi məqama gəldikdə isə, qeyd etmək istərdim ki, Qərb və Rusiyanın arasında qalan Ermənistanın Moskva ilə münasibətləri soyuqlaşır. Bu isə Rusiya və Azərbaycan arasında münasibətlərin isinməsinə səbəb olur. Rusiya və Azərbaycan prezidentləri arasında tez-tez baş tutan görüşlər bir növ Ermənistana işarədir ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin həll olunması məsələsində Azərbaycanın yanında ola bilər. Biz bilirik ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində aparıcı rola malikdir”.

Beləliklə, real vəziyyətin təhlili göstərir ki, Ermənistan beynəlxalq müstəvidə hami və dayaqlarından məhrum olub. Hərbi müstəvidə isə Azərbaycandan qat-qat zəifdir. Bu vəziyyətdə isə İrəvanın sərsəm Qarabağ açıqlamaları bu ölkənin uduzacağı yeni savaşı qaçılmaz edir və buna görə də, dəfələrlə qeyd olunduğu kimi, məsuliyyət sırf Ermənistan tərəfinin üzərinə düşür. İndi Ermənistana rəhbərlik edən Paşinyanın Qarabağ məsələsində ciddi hərbi təzyiq görməyənə qədər ağıllanmayacağı da şübhə doğurmur. Məsələ burasındadır ki, Paşinyan onu hakimiyyətə gətirən səbəbləri, yəni yoxsulluğu, səfaləti, işsizliyi aradan qaldırmaq üçün ciddi addımlar atmaq imkanında deyil. Bu səbəbdən küçənin dəstəyini, ən azından, növbədənkənar parlament seçkilərinə qədər qoruyub saxlamağın yeganə yolu kimi Qarabağ məsələsi ətrafında ifrat radikallıq və populizmi görür. Amma qeyd olunduğu kimi, bu vəziyyət də öz növbəsində Qarabağ münaqişəsinin yenidən başlanmasını qaçılmaz edir. Digər tərəfdən faktdır ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğu vəziyyətin gərginləşməsi və insidentlərin baş verməsinin əsas səbəbidir. Bu vəziyyətin davamı isə müharibəni tətikləyən başlıca faktorlardan biri qismində çıxış edir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ