Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Avropa və Avrasiya məsələləri üzrə ABŞ dövlət katibinin köməkçisi Ves Miçel ilə görüşüb.
Xarici İşlər Naziliyindən baki-xeber.com-a verilən məlumata görə, tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox məsələləri üzrə fikir mübadiləsi aparıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə edilib.