çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Azərbaycanda keçirilən “ADEX-2018” silah sərgisi İrəvanı vahiməyə salıb…

Image


Ərazilərinin Ermənistan tərəfindən işğalı davam edən Azərbaycan məsələnin dinc yolla həllində maraqlı olsa da, İrəvanın atdığı addımlar sülh ümidlərinin üzərindən xətt çəkir. Belə vəziyyətdə Azərbaycanın diqqət mərkəzində saxladığı əsas məqamlardan biri də ordusunu davamlı şəkildə gücləndirmək, onu ən müasir hərbi texnika ilə təmin etməkdir. Çünki bu gedişlə Dağlıq Qarabağ münaqişəsinin hərb müstəvisində çözülmə ehtimalı daha böyük sürətlə artır.

Ordusunu gücləndirməkdə olan Azərbaycan isə indi dünyanın ən müxtəlif ölkələrindən müasir əsgəri texnikalar alır. Qeyd olunan fonda diqqət çəkən əsas məqamlardan biri isə Bakı Expo Mərkəzində “ADEX-2018” sərgisidir. Sərgidə dünyanın müxtəlif ölkələrindən 200-ə qədər şirkət, həmçinin, onlarla ölkə öz hərbi məhsullarını nümayiş etdirir. Sərgi ilə bağlı işğalçı Ermənistanı narahat edən başlıca məqamlardan biri isə burada nümayiş etdirlən bəzi silahların Azərbaycan tərəfindən alınacağıdır. Erməni mediası açıq şəkildə yazır ki, maliyyə imkanları yüksək olan Azərbaycan sərgidə göstərilən bir sıra yeni silahları alaraq ordusunun gücünü daha da artıracaq. Azərbaycanın yeni silah alacağı ölkələr sırasında isə yenə ilk növbədə İsrail və Rusiyanın adı çəkilir. Bu mənada, sərgidə İsrailin səsdən sürətli “Rampage” raketinin nümayişi xüsusi diqqət çəkir.
Qeyd edək ki, İsrail səsdən sürətli olan “Rampage” raketini yeni yaradıb150 kilometr məsafədəki hədəfi vura bilən raketin döyüş başlığının çəkisi 150 kiloqramdır. “ADEX-2018” sərgisi hər bir ölkənin və şirkətin öz məhsullarını təqdim etdiyi platforma olsa da, İsrailin ən mühüm raketini Bakıya gətirməsi təsadüfə bənzəmir. İsrailin yeni yaratdığı dəhşətli özəlliyi ilə seçilən “Rampage” məhsulunu Bakıdakı sərgidə nümayiş etdirməsi gələcəkdə bu raketi başqa ölkələrə də sata biləcəyi deməkdir. Ehtimallara görə, Azərbaycan gələcəkdə bu raketləri ordumuzun arsenalına daxil edə bilər. Azərbaycan və İsrail arasındakı hərbi əməkdaşlıq bu raketləri əldə etməyə imkan verir. Bu məqamı gündəmə gətirən Ermənistan mediası işğalçı ölkənin qorxuya düşdüyünü açıq şəkildə ifadə edib. Məsələ ilə bağlı “armenianreport” saytı yazır: “İsrail Azərbaycanın əsas silah təchizatçılarındandır, iki ölkə arasındakı münasibətlər yüksək səviyyədədir və Azərbaycan istədiyi silahı İsraildən ala bilər. “Rampage” raketinin Bakıda nümayiş etdirilməsi də təsadüfi deyil”. “Rampage” raketi ilə yanaşı, Azərbaycanın İsraildən digər silahlar alması da gözlənilir. Rusiya mediasına açıqlamasında misirli politoloq Əmir Əldib də bunu tamamilə mümkün sayır. Ekspert vurğulayır ki, son illər İsrail və Azərbaycan arasında strateji əməkdaşlıq hiss ediləcək səviyyədə inkişaf edib. Onun sözlərinə görə, Yaxın Şərqdəki qeyri-sabit vəziyyət iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə töhfə verir və bu münasibətlər qarşılıqlı maraqlara malikdir: “Azərbaycan böyük neft ölkəsidir, İsrail isə regionda hərbi gücə malikdir. İsrail Azərbaycanın ilk beş ticarət tərəfdaşlarından biridir. Bakı İsrailin neftə olan tələbatının 40 faizini ödəyir. Azərbaycan isə İsraildən ən modern silahları alır. İsrail şirkətləri də Azərbaycanda hərbi sənayenin qurulmasında fəal iştirak edirlər. Demək olar ki, bütün dünyanın diqqəti müsəlman ölkəsi olan Azərbaycan və yəhudi dövləti İsrail arasında sürətlə inkişaf edən münasibətlərin üzərindədir”. Bu fonda İsrailin ən müasir silahlarını Azərbaycana satmasında da qəribə heç nə yoxdur.

İsraillə yanaşı Rusiya da, Ermənistanın istəklərinin əksinə olaraq, Azərbaycanla hərbi əməkdaşlığı dərinləşdirməkdə maraqlı tərəf kimi çıxış edir. Rusiyanın “Rosoboroneksport” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Aleksandr Mixiyev bildirir ki, ölkəsi Azərbaycanla  hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır: “Biz Azərbaycana yalnız hərbi texnika deyil, mütəxəssislərin hazırlanması, təmir və xidmətlə bağlı müxtəlif infrastruktur layihələri təklif edirik”. Rusiyalı ekspert Qriqori Trofimçuk isə bütün bunları təbii sayır. Onun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətləri inkişaf edir və bütün istiqamətlər üzrə möhkəmlənir. Ekspert qeyd edib ki, yüksək səviyyəli görüşlər nəticəsində siyasi, hərbi, iqtisadi və digər müstəvilərdə əməkdaşlıq məsələsi daim diqqət mərkəzindədir:  “Bu cür genişmiqyaslı danışıqlar Qarabağ probleminin müzakirəsi olmadan mümkün deyil. Zənnimcə, bunun üçün maraqlı məqam yaranır. Artıq bütün Cənubi Qafqazda, xüsusilə Ermənistanda cərəyan edən hadisələri nəzərə almaqla yeni şərait yetişib. Növbəti mərhələyə keçmək zəruridir. Bunun üçün, bütün ekspertlərin qeyd etdiyi kimi, danışıqlar formatı da daxil olmaqla, bütün məsələlərdə ziddiyyətli görünən “yeni” İrəvanla danışıqlara Bakının necə gedəcəyini anlamaq lazımdır. Bu məsələ indi hər iki paytaxt - Bakı və İrəvan üçün problemdir. Nikol Paşinyanın arxasında kimin olduğu tam aydın deyil. Biz onun ABŞ-da görüşlərinin necə keçdiyini görürük. Bu fonda isə Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri sadəcə cavab xarakteri daşımır. Bu, formal səfər də deyil. Çünki sadəcə biri-birini ziyarət etməyin vaxtı deyil, şərait də buna uyğun deyil. Bu kontekstdə bütün Cənubi Qafqaz regionunun təhlükəsizliyi fonunda Rusiya-Azərbaycan münasibətləri təkcə strateji deyil, həm də fundamental xarakter alır. Üstəlik, unutmaq olmaz ki, xüsusən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasından sonra Azərbaycan Mərkəzi Asiya və Cənubi Qafqaz, hətta bütün Qafqaz arasında zəncirin əsas halqasıdır. Bu mənada, Rusiyanın Azərbaycanla siyasi, hərbi əməkdaşlığını inkiaşf etdirməsi tamamilə təbiidir”.

Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Nyu-Yorkda keçiriləcək görüşünə toxunan Trofimçuk qeyd edib ki, bu görüş Qarabağ probleminin nizama salınması üzrə danışıqlar formatının gələcəkdə necə davam edəcəyini anlamağa kömək edəcək: “Bu məsələ indiyədək tam aydın deyil və yəqin ki, nazirlərin görüşü vəziyyətə aydınlıq gətirəcək”. Xatırladaq ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan sentyabrın 26-da Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşəcək. Bu görüş Ermənistanın baş naziri Nikol Paşinyanın bir-birinə zidd və qızışdırıcı bəyanatlarla çıxış etdiyi, nəticədə rəsmi Bakının səbrini daşırdığı bir vaxtda baş tutur.  “Kommersant” qəzetinin şərhçisi Maksim Yusinə görə, hazırda ilk baxışdan belə görünür ki, Qarabağ məsələsinin həlli üçün dialoq aparmağın heç bir mənası yoxdur. Çünki Ermənistanın yeni rəhbərliyini Qarabağ məsələsi az maraqlandırır, Nikol Paşinyanın başı hakimiyyətini möhkəmləndirməyə qarışıb. Onun əsas vəzifəsi ölkə daxilindəki opponentlərini sıradan çıxarmaq, onların revanşına imkan verməmək, parlament seçkiləri keçirmək və öz tərəfdarlarının qələbəsini təmin etməkdir: “Deməli, Qarabağ məsələsinin Paşinyana hələlik dəxli yoxdur. Bu problem həddən artıq ağrılıdır, həssasdır, seçkilər ərəfəsində isə olduqca təhlükəlidir. Onda şans ancaq seçkilərdən sonra yarana bilər. Paşinyan öz planlarını reallaşdıra bilsə, o zaman ictimaiyyətə populyar olmayan, amma həyati vacib kompromislərin zəruriliyini çatdıra bilər. Ona görə ki, uzunmüddətli perspektivdə Qarabağ problemini hər halda həll etmək lazımdır, bu isə ilk növbədə Ermənistanın maraqlarına uyğundur. Çünki vaxt onun əleyhinə işləyir. İqtisadi planda Azərbaycan güclənir, ambisioz beynəlxalq nəqliyyat və energetika layihələrində iştirak edir, öz ordusu üçün müasir silahlar alır. Ermənistan isə yarımblokada şəraitində yaşayır, nefti, qazı yoxdur, iqtisadi və hərbi planda getdikcə daha çox geriləyir”.

Maksim Yusinə görə, belə davam edərsə, Azərbaycan hakimiyyəti öz ordusunun texnoloji üstünlüyündən istifadə edib Qarabağ məsələsini güc yolu ilə həll edə bilər: “Bu situasiyada İrəvan üçün yeganə xilas yolu KTMT üzrə müttəfiqi Rusiyanın mövqeyidir. Lakin Moskva Azərbaycan hakimiyyətini hərbi ssenaridən imtina etməyə inandıra bilsə belə, iqtisadi, geosiyasi planda Ermnistan istənilən halda dalanda qalacaq. Bu dalandan çıxış yolunu axtarmaq lazımdır”.

Şərhçinin fikrincə, vəziyyətdən çıxış yolu kənar müşahidəçilər üçün mövcuddur: ermənilər ilk növbədə Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu qaytarır, Bakı isə öz növbəsində bu separatçı vilayətə yüksək status verir. Bütün bunlara gedilməsə, Qarabağ savaşının yenidən başlanması qaçılmazdır. Azərbaycanın bu mənada silahlanması da, rus ekspertə görə, tamamilə məntiqi sayıla bilər. Ekspert onu da vurğulayır ki, Azərbaycandan fərqli olaraq, Ermənistanın müasir silah lamağa pulu yoxdur və o tamamilə Rusiyadan asılıdır. Belə vəziyyətdə Azərbaycanla mümkün müharibədə Ermənistanın darmadağın olması qətiyyən şübhə doğurmur. Müharibənin qarşısının alınmasının yeganə yolu isə budur ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq və erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını təmin etmək məqsədilə beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərsin. Bu təzyiq olmasa, müharibə qaçılmaz saylıır və buna görə də bütün məsuliyyət İrəvanın üzərinə düşəcək. Çünki Azərbaycanın işğal altında 20 faiz torpağı var, rəsmi İrəvan isə bu torpaqların qaytarılması ilə bağlı nikbin bəyanatlar vermək əvəzinə, savaşdan söz açır. Halbuki, savaşda böyük məğlubiyyətə düçar olacağını da yaxşı bilir. Hər halda görünən budur ki, yaxın tezlikdə münaqişənin həlli istiqamətində əməli addımlar atılmasa, böyük savaş qaçılmazdır. Amma bu dəfə başalyacaq savaşın Qarabağ tam işğaldan azad edilənə kimi davam edəcəyi də qətiyyən şübhə doğurmur.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ